Nafilə namazlar

Zöhr namazından qabaq qılınan namaz

عَنْ أَبِي صَالِحٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أرْبَعُ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ يَعْدِلنَ بِصَلاَةِ السَّحَرِ».

“Rəvayət edilir ki, Əbu Salih ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Zöhr namazından əvvəl dörd rükət (nafilə namazı) gecə namazına bərabərdir”.”

Əbu Salih
Həsən

Qeyd

İbn Əbu Şeybə “Musannəf” 5940. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1431.

İstinad

Fəzilətli əməllər, 215 (Kitab 5, 11)

Fəzilətli əməllər — Nafilə namazlar