Nafilə namazlar

Təravih namazı

عَنْ أَبِى ذَرٍّ قَالَ صُمْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يُصَلِّ بِنَا حَتَّى بَقِىَ سَبْعٌ مِنَ الشَّهْرِ فَقَامَ بِنَا حَتَّى ذَهَبَ ثُلُثُ اللَّيْلِ ثُمَّ لَمْ يَقُمْ بِنَا فِى السَّادِسَةِ وَقَامَ بِنَا فِى الْخَامِسَةِ حَتَّى ذَهَبَ شَطْرُ اللَّيْلِ فَقُلْنَا لَهُ يَا رَسُولَ اللَّهِ لَوْ نَفَّلْتَنَا بَقِيَّةَ لَيْلَتِنَا هَذِهِ فَقَالَ «إِنَّهُ مَنْ قَامَ مَعَ الإِمَامِ حَتَّى يَنْصَرِفَ كُتِبَ لَهُ قِيَامُ لَيْلَةٍ». ثُمَّ لَمْ يُصَلِّ بِنَا حَتَّى بَقِىَ ثَلاَثٌ مِنَ الشَّهْرِ وَصَلَّى بِنَا فِى الثَّالِثَةِ وَدَعَا أَهْلَهُ وَنِسَاءَهُ فَقَامَ بِنَا حَتَّى تَخَوَّفْنَا الْفَلاَحَ. قُلْتُ لَهُ وَمَا الْفَلاَحُ قَالَ السُّحُورُ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə oruc tutduq. O, Ramazanın qurtarmasına bir həftə qalmış fərz namazından başqa bir namaz qıldırmadı. Gecənin üçdə biri keçənə qədər namaz qıldırdı. (Ayın bitməsinə) altı gün qalmış (yəni iyirmi dördüncü gecə) namaz qıldırmadı, beş gün qalmış (yəni iyirmi beşinci gecə) isə gecənin yarısına qədər bizə namaz qıldırdı. Biz ona dedik: “Ey Allahın Elçisi! Bəlkə bu gecənin qalan hissəsini də bizə nafilə namaz qıldırasan?” O buyurdu: “Kim imamla birlikdə namaza başlayar və onunla birlikdə bitirərsə, ona gecəni namazla keçirməyin savabı yazılar!” Sonra ayın sonuna üç gün qalmışa qədər bizimlə namaz qılmadı. Üçüncü gün isə ailəsini və qadınlarını çağırdı və bizimlə “nicat” olana qədər namaz qıldı”. Mən dedim: “Nicat nədir?” O dedi: “Səhur”.”

Əbu Zərr
Səhih

Qeyd

ət-Tirmizi, 806, 811; Əbu Davud, 1375, 1377. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2/193, hədis: 447.

İstinad

Fəzilətli əməllər, 235 (Kitab 5, 31)

Fəzilətli əməllər — Nafilə namazlar