Gecə vaxtı namaz qılmaq
عَنْ أَبِي الدَّرْدَاءِ ، يَبْلُغُ بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَتَى فِرَاشَهُ ، وَهُوَ يَنْوِي أَنْ يَقُومَ فَيُصَلِّيَ مِنَ اللَّيْلِ ، فَغَلَبَتْهُ عَيْنُهُ حَتَّى يُصْبِحَ ، كُتِبَ لَهُ مَا نَوَى ، وَكَانَ نَوْمُهُ صَدَقَةً عَلَيْهِ مِنْ رَبِّهِ.
“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim yatağına girdiyi zaman gecə qalxıb namaz qılacağına niyyət edərsə, sonra da yuxu ona qalib gələr və yatıb qalarsa, niyyət etdiyinin savabını qazanar və bu yuxu onun üçün Rəbbindən bir sədəqə olar”.”
Qeyd
ən-Nəsəi “Sunən” 1787, 1798. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 601.
İstinad
Fəzilətli əməllər, 247 (Kitab 5, 43)
Fəzilətli əməllər — Nafilə namazlar