Nafilə namazlar

Nafilə namazların fəziləti

عَنْ ضمرة بن حبيب عَنْ رَجُل مِنْ أَصْحَابِ النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال تَطَوُّعُ الرَّجُلِ في بَيْتِهِ يَزِيدُ على تَطَوُّعِهِ عِنْدَ النَّاسِ كَفَضْلِ صلاةِ الرَّجُلِ في جَماعَةٍ على صَلاته وَحْدَهُ

“Dumra ibn Həbib ﵀ səhabələrdən bir kişidən rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kişinin camaatla qıldığı namaz tək qıldığı namazdan üstün olduğu kimi, evində qıldığı nafilə namazı da camaat arasında qıldığı nafilə namazlarından daha üstündür”.”

Dumra ibn Həbib
Səhih

Qeyd

Abdur-Razzəq, 4835; İbn Əbu Şeybə, 6516. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2953.

İstinad

Fəzilətli əməllər, 254 (Kitab 5, 50)

Fəzilətli əməllər — Nafilə namazlar