Beytul-Məqdisdə namaz qılmağın fəziləti
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَنَّ سُلَيْمَانَ بْنَ دَاوُدَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا بَنَى بَيْتَ الْمَقْدِسِ سَأَلَ اللَّهَ عَزَّ وَجَلَّ خِلاَلاً ثَلاَثَةً سَأَلَ اللَّهَ عَزَّ وَجَلَّ حُكْمًا يُصَادِفُ حُكْمَهُ فَأُوتِيَهُ وَسَأَلَ اللَّهَ عَزَّ وَجَلَّ مُلْكًا لاَ يَنْبَغِى لأَحَدٍ مِنْ بَعْدِهِ فَأُوتِيَهُ وَسَأَلَ اللَّهَ عَزَّ وَجَلَّ حِينَ فَرَغَ مِنْ بِنَاءِ الْمَسْجِدِ أَنْ لاَ يَأْتِيَهُ أَحَدٌ لاَ يَنْهَزُهُ إِلاَّ الصَّلاَةُ فِيهِ أَنْ يُخْرِجَهُ مِنْ خَطِيئَتِهِ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ». فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَمَّا اثْنَتَانِ فَقَدْ أُعْطِيَهُمَا وَأَرْجُو أَنْ يَكُونَ قَدْ أُعْطِيَ الثَّالِثَةَ
“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Davudun oğlu Süleyman ﷺ Beytul-Məqdisi (Qüds məscidini) tikəndə Allahdan ﷿ üç şey istədi; Allahdan ﷿ düzgün hökm çıxarmağı istədi, bu ona verildi. Allahdan ﷿ özündən sonra heç kəsə verilməyəcək bir səltənət istədi, bu da ona verildi. Allahdan ﷿ Beytul-Məqdisin tikintisini qurtardıqda, ora namaz qılmaq üçün gələn hər kəsi günahlarından, anasından doğulduğu gündə olduğu kimi təmizləməsini istədi”. Sonra Peyğəmbər ﷺ dedi: “İkisi ona verildi və ümid edirəm ki, üçüncüsü də ona verilmişdir”.”
Qeyd
İbn Macə, 1408; ən-Nəsəi “Sunən” 693, 701. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2090.
İstinad
Fəzilətli əməllər, 255 (Kitab 5, 51)
Fəzilətli əməllər — Nafilə namazlar