Nafilə namazlar

Misvak və ondan istifadə edib namaz qılmaq

عَنْ عَلِىٍّ قَالَ: أُمِرْنَا بِالسِّوَاكِ وَقَالَ:«إِنَّ الْعَبْدَ إِذَا قَامَ يُصَلِّى أَتَاهُ الْمَلَكُ فَقَامَ خَلْفَهُ يَسْتَمِعُ الْقُرْآنَ وَيَدْنُو، فَلاَ يَزَالُ يَسْتَمِعُ وَيَدْنُو حَتَّى يَضَعَ فَاهُ عَلَى فِيهِ، فَلاَ يَقْرَأُ آيَةً إِلاَّ كَانَتْ فِى جَوْفِ الْمَلَكِ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə misvakdan istifadə etməyi əmr edib buyurdu: “Bəndə qalxıb namaz qılanda bir mələk gəlib onun arxasında dayanır, ona yaxınlaşıb oxuduğu Quranı dinləyir. O, qulaq asaraq o qədər yaxınlaşır ki, hətta onunla ağız-ağıza durur. Onun oxuduğu hər bir ayə də mələyin daxilinə keçir”.”

Əli
Səhih

Qeyd

əl-Beyhəqi “Sunənul-Kubra” 161, 165. Hədis səhih li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 1213.

İstinad

Fəzilətli əməllər, 256 (Kitab 5, 52)

Fəzilətli əməllər — Nafilə namazlar