Zahidlik

Allah bir qula xeyir istəsə, onu istifadə edər

عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ عَلَيْكُمْ أَنْ لاَ تَعْجَبُوا بِأَحَدٍ ، حَتَّى تَنْظُرُوا بِمَ يُخْتَمُ لَهُ ، فَإِنَّ الْعَامِلَ يَعْمَلُ زَمَانًا مِنْ عُمْرِهِ ، أَوْ بُرْهَةً مِنْ دَهْرِهِ ، بِعَمَلٍ صَالِحٍ ، لَوْ مَاتَ عَلَيْهِ دَخَلَ الْجَنَّةَ ، ثُمَّ يَتَحَوَّلُ فَيَعْمَلُ عَمَلاً سَيِّئًا ، وَإِنَّ الْعَبْدَ لَيَعْمَلُ الْبُرْهَةَ مِنْ دَهْرِهِ بِعَمَلٍ سَيِّئٍ ، لَوْ مَاتَ عَلَيْهِ دَخَلَ النَّارَ ، ثُمَّ يَتَحَوَّلُ فَيَعْمَلُ عَمَلاً صَالِحًا. وَإِذَا أَرَادَ اللَّهُ بِعَبْدٍ خَيْرًا اسْتَعْمَلَهُ قَبْلَ مَوْتِهِ ، قَالُوا : يَا رَسُولَ اللهِ وَكَيْفَ يَسْتَعْمِلُهُ ؟ قَالَ يُوَفِّقُهُ لِعَمَلٍ صَالِحٍ ، ثُمَّ يَقْبِضُهُ عَلَيْهِ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir insanın sonunun necə olacağını görmədən onun etdiyi əmələ heyran olmayın. İnsan ömürünün bir zamanında – və ya müəyyən bir vaxt – yaxşı iş görər. Əgər həmin əməl üzərində ölsəydi, mütləq Cənnətə girərdi. Lakin sonra o insan dəyişər və pis əməl edər. Elə insan da var ki, müəyyən bir vaxt pis iş görər. Əgər o əməl üzrə ölsəydi mütləq Cəhənnəmə girərdi. Lakin sonra dəyişər və yaxşı iş görər. Uca Allah bir qulu üçün xeyir istədikdə, ölümündən əvvəl ona xeyir əməl etdirər”. Səhabələr: “Ey Allahın Elçisi, ona xeyir əməli necə etdirər?”- deyə soruşduqda, Peyğəmbər ﷺ: “Onu yaxşı iş görməyə müvəffəq edər, sonra onun canını həmin əməl üzərində alar” deyə cavab verdi”.”

Ənəs
Səhih

Qeyd

Əhməd, 12214, 12235, 12238. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1334.

İstinad

Fəzilətli əməllər, 659 (Kitab 14, 17)

Fəzilətli əməllər — Zahidlik