Zahidlik

Allah Elçisinin ﷺ nəsihətləri

عَنْ سُلَيْمِ بْنِ جَابِرٍ الْهُجَيْمِيِّ قَالَ: أَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْتَبٍ فِي بُرْدَةٍ، وَإِنَّ هُدَّابَهَا لَعَلَى قَدَمَيْهِ، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ، أَوْصِنِي، قَالَ: «عَلَيْكَ بِاتِّقَاءِ اللَّهِ، وَلاَ تَحْقِرَنَّ مِنَ الْمَعْرُوفِ شَيْئًا، وَلَوْ أَنْ تُفْرِغَ لِلْمُسْتَسْقِي مِنْ دَلْوِكَ فِي إِنَائِهِ، أَوْ تُكَلِّمَ أَخَاكَ وَوَجْهُكَ مُنْبَسِطٌ، وَإِيَّاكَ وَإِسْبَالَ الإِزَارِ، فَإِنَّهَا مِنَ الْمَخِيلَةِ، وَلاَ يُحِبُّهَا اللَّهُ، وَإِنِ امْرُؤٌ عَيَّرَكَ بِشَيْءٍ يَعْلَمُهُ مِنْكَ فَلاَ تُعَيِّرْهُ بِشَيْءٍ تَعْلَمُهُ مِنْهُ، دَعْهُ يَكُونُ وَبَالُهُ عَلَيْهِ، وَأَجْرُهُ لَكَ، وَلاَ تَسُبَّنَّ شَيْئًا». قَالَ: فَمَا سَبَبْتُ بَعْدُ دَابَّةً وَلا إِنْسَانًا.

“Rəvayət edilir ki, Suleym ibn Cabir əl-Huceymi ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəldim. O, bir paltarın içində dizlərini qatlayıb baldırlarını bir-birinə keçirərək oturmuşdu. Bürüncəyin ətəyi onun ayaqlarının üstündə idi. Mən dedim: “Ey Allahın Elçisi, mənə nəsihət et!” Peyğəmbər ﷺ buyurdu: “Allahdan qorx, yaxşı işləri heç vaxt dəyərsiz hesab etmə, hətta, su istəyən kimsənin qabına öz qabından su tökməklə və ya qardaşınla gülərüzlü halda söhbət etməklə (ona yaxşılıq et!) Libasının ətəyini (topuqdan aşağı) uzatmaqdan çəkin! Çünki bu, təkəbbürlükdəndir və Allah bunu sevmir. Əgər bir adam səndə olan nöqsanı bilib sənə eyib tutarsa, sən onda olan nöqsanı bildiyin halda ona eyib tutma. Burax onu, qoy günahı öz boynuna düşsün, savab isə sənə qalsın. Onu söymə!” (Suleym ibn Cabir) dedi: “Mən o vaxtdan bəri nə bir heyvanı, nə də bir insanı söymədim”.”

Suleym ibn Cabir əl-Huceymi
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 1182. Hədis səhih li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 1352.

İstinad

Fəzilətli əməllər, 672 (Kitab 14, 30)

Fəzilətli əməllər — Zahidlik