Təzə paltar geyinərkən edilən dua
Dua

اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ كَسَوْتَنِيهِ، أَسْأَلُكَ مِنْ خَيْرِهِ وَخَيْرِ مَا صُنِعَ لَهُ، وَأَعُوذُ بِكَ مِنْ شِرِّهِ وَشَرِّ مَا صُنِعَ لَهُ

Alla:hummə, ləkəl-həmdu əntə kəsəutəni:hi, əs əlukə min xayrihi va xayri mə: sunia ləhu va əu:zu bikə min şərrihi va şərri mə: sunia ləhu!

Allahım, həmd Sənədir! Bunu mənə Sən geyindirdin. Onun xeyrini və onun istifadəsinin xeyrini Səndən diləyirəm! Onun şərindən və onun istifadəsinin şərindən Sənə sığınıram!

Hədis

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اسْتَجَدَّ ثَوْبًا سَمَّاهُ بِاسْمِهِ إِمَّا قَمِيصًا أَوْ عِمَامَةً ثُمَّ يَقُولُ « اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ كَسَوْتَنِيهِ أَسْأَلُكَ مِنْ خَيْرِهِ وَخَيْرِ مَا صُنِعَ لَهُ وَأَعُوذُ بِكَ مِنْ شَرِّهِ وَشَرِّ مَا صُنِعَ لَهُ ». قَالَ أَبُو نَضْرَةَ فَكَانَ أَصْحَابُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا لَبِسَ أَحَدُهُمْ ثَوْبًا جَدِيدًا قِيلَ لَهُ تُبْلِى وَيُخْلِفُ اللَّهُ تَعَالَى.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Peyğəmbər ﷺ təzə paltar geyinərkən onu öz adı ilə adlandıraraq “köynək və ya əmmamə” deyər, sonra isə belə dua edərdi: “Allahım, həmd Sənədir! Bunu mənə Sən geyindirdin. Onun xeyrini və onun istifadəsinin xeyrini Səndən diləyirəm! Onun şərindən və onun istifadəsinin şərindən Sənə sığınırıq! – (Alla:hummə, ləkəl-həmdu əntə kəsəutəni:hi, əs əlukə min xayrihi va xayri mə: sunia ləhu va əu:zu bikə min şərrihi va şərri mə: sunia ləhu!)”. Əbu Nədra buyurur ki, Peyğəmbərin ﷺ səhabələri təzə paltar geyinərkən biri digərinə belə dua edərdi: “Bunu köhnəldəsən, Uca Allah da yenisini versin! – (Tubli: və yuxlifulla:hu təa:lə!)”.”

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

Əbu Davud, 4020, 4022; ət-Tirmizi, 1767, 1873. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 1838.

İstinad

Müsəlmanın qalası, 6 (Kitab 3, 1)

Hədislərlə müsəlmanın qalası — Təzə paltar geyinərkən edilən dua