Ayaqyoluna girərkən edilən dua

)بِسْمِ اللهِ( اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ عَنْ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « سَتْرُ مَا بَيْنَ أَعْيُنِ الْجِنِّ وَعَوْرَاتِ بَنِى آدَمَ إِذَا دَخَلَ أَحَدُهُمُ الْخَلاَءَ أَنْ يَقُولَ بِسْمِ اللَّهِ ». عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلاَءَ قَالَ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ »

“(Bismilləh!) Alla:hummə, inni: əu:zu bikə minəl-xubsi val-xabə:is! (Allahın adı ilə!) Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram! Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Adəm övladının övrəti ilə cinlərin gözləri arasında olan pərdə sizdən birinin ayaqyoluna girdikdə “Bismilləh” deməsidir”. Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ayaqyoluna girərkən belə deyərdi: “Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram! – (Alla:hummə, inni: əu:zu bikə minəl-xubsi val-xabə:is!)”.”

Əli ibn Əbu Talib
Səhih

Qeyd

ət-Tirmizi, 606, 609. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3611. əl-Buxari, 142, 5847, 6322.

İstinad

Müsəlmanın qalası, 10 (Kitab 6, 1)

Hədislərlə müsəlmanın qalası — Ayaqyoluna girərkən edilən dua