بِسْمِ اللهِ، تَوَكَّلْتُ عَلَى اللهِ، وَلاَحَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ
Bismilləh, təvəkkəltu aləlla:hi va lə: həulə va lə: quvvətə illə billəh!
Allahın adı ilə! Allaha təvəkkül etdim! Qüdrət və güc yalnız Allahdadır!
Hədis
عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا خَرَجَ الرَّجُلُ مِنْ بَيْتِهِ فَقَالَ بِسْمِ اللَّهِ تَوَكَّلْتُ عَلَى اللَّهِ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ». قَالَ «يُقَالُ حِينَئِذٍ هُدِيتَ وَكُفِيتَ وَوُقِيتَ فَتَتَنَحَّى لَهُ الشَّيَاطِينُ فَيَقُولُ لَهُ شَيْطَانٌ آخَرُ كَيْفَ لَكَ بِرَجُلٍ قَدْ هُدِىَ وَكُفِىَ وَوُقِىَ».
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kişi evindən çıxarkən: “Allahın adı ilə! Allaha təvəkkül etdim! Qüdrət və güc yalnız Allahdadır!”- deyərsə, o zaman ona belə deyilər: “Sən doğru yola yönəldin və qorundun”. Bu zaman şeytanlar qırağa çəkilir və bir şeytan digərinə belə deyir: “Doğru yola yönəldilən və qorunan kişiyə sən nə edə bilərsən?!””
Qeyd
Əbu Davud, 5095, 5097; ət-Tirmizi, 3426, 3754. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 3666.
İstinad
Müsəlmanın qalası, 17 (Kitab 11, 1)
Hədislərlə müsəlmanın qalası — Evdən çıxarkən edilən zikr