اللهُ أَكْبَرُ كَبِيرًا، وَالْحَمْدُ للهِ كَثِيرًا، وَسُبْحَانَ اللهِ بُكْرَةً وَأَصِيلاً
Alla:hu əkbəru kəbi:ran, val-həmdulillə:hi kəsi:ran, va subhə:n-Alla:hi bukratən va əsi:lən!
Allah böyüklükdə ən Böyükdür! Allaha çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun!
Hədis
عَنِ ابْنِ عُمَرَ قَالَ بَيْنَمَا نَحْنُ نُصَلِّى مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ قَالَ رَجُلٌ مِنَ الْقَوْمِ اللَّهُ أَكْبَرُ كَبِيرًا وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا وَسُبْحَانَ اللَّهِ بُكْرَةً وَأَصِيلاً. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَنِ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا». قَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا يَا رَسُولَ اللَّهِ. قَالَ «عَجِبْتُ لَهَا فُتِحَتْ لَهَا أَبْوَابُ السَّمَاءِ».
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir dəfə biz Allah Elçisi ﷺ ilə birlikdə namaz qılırdıq. Camaatdan bir kişi belə dua etdi: “Allah böyüklükdə ən Böyükdür! Allaha çoxlu həmd olsun! Səhər-axşam Allaha təriflər olsun! – (Alla:hu əkbəru kəbi:ran, val-həmdulillə:hi kəsi:ran, va subhə:n-Alla:hi bukratən va əsi:lən!)”. Allah Elçisi ﷺ dedi: “Bu kəlmələri kim dedi?” Həmin kişi dedi: “Mən idim, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu kəlmələrə təəccüb etdim. Bu kəlmələr səbəbilə səmanın qapıları açıldı”.”
Qeyd
Muslim, 943, 1386.
İstinad
Müsəlmanın qalası, 32 (Kitab 17, 5)
Hədislərlə müsəlmanın qalası — Namaza başlayarkən birinci təkbirdən – “Allahu Əkbər” dedikdən - sonra edilən açılış duası