Səcdədə edilən dua
Dua

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ، لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ

Alla:hummə inni: əu:zu birida:kə min səxatikə va bimu'a:fə:tikə min uqu:bətikə va əu:zu bikə minkə, lə: uhsi: sənə:ən aleykə əntə kəmə əsneytə alə: nəfsikə!

Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!

Hədis

عَنْ عَائِشَةَ قَالَتْ فَقَدْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً مِنَ الْفِرَاشِ فَالْتَمَسْتُهُ فَوَقَعَتْ يَدِى عَلَى بَطْنِ قَدَمَيْهِ وَهُوَ فِى الْمَسْجِدِ وَهُمَا مَنْصُوبَتَانِ وَهُوَ يَقُولُ «اللَّهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ وَأَعُوذُ بِكَ مِنْكَ لاَ أُحْصِى ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə mən Allah Elçisini ﷺ gecə yatağında tapa bilmədim. Əlimlə onu axtardıqda əlim onun ayaqlarına dəydi. O, səcdə vəziyyətində ayaqları (səcdə etdikdə dabanları) dik vəziyyətdə belə deyirdi: “Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!””

Aişə
Səhih

Qeyd

Əbu Davud, 1429. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1280.

İstinad

Müsəlmanın qalası, 48 (Kitab 20, 7)

Hədislərlə müsəlmanın qalası — Səcdədə edilən dua