Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مُعَقِّبَاتٌ لاَ يَخِيبُ قَائِلُهُنَّ : يُسَبِّحُ اللَّهَ فِي دُبُرِ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ ، وَيَحْمَدُهُ ثَلاَثًا وَثَلاَثِينَ ، وَيُكَبِّرُهُ أَرْبَعًا وَثَلاَثِينَ.

“Subhə:n-Alla:h! (otuz üç dəfə), Əlhəmdulilləh! (otuz üç dəfə), Alla:hu əkbər! (otuz dörd dəfə). Allah pak və müqəddəsdir! (otuz üç dəfə). Həmd Allahadır! (otuz üç dəfə). Allah Böyükdür! (otuz dörd dəfə). Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir-birinin ardı ilə gələn kəlmələri deyənlər məhrum olmazlar. Onlar hər namazdan sonra otuz üç dəfə “subhə:n-Allah!”, otuz üç dəfə “əlhəmdulilləh!”, otuz dörd dəfə “Alla:hu əkbər!” deməkdir”.”

Kəb ibn Ucra
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 1332, 1349. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5882.

İstinad

Müsəlmanın qalası, 73 (Kitab 26, 5)

Hədislərlə müsəlmanın qalası — Salam verib namazı bitirdikdən sonra edilən zikrlər