Vitr namazının salamından sonra edilən zikr
Dua

سُبْحَانَ الْمَلِكِ الْقُدُّوسِ

Subhə:nəl-Məlikil-Quddu:s!

Müqəddəs Hökmdar pak və nöqsansızdır! (üç dəfə)

Hədis

عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُوتِرُ بِثَلاَثِ رَكَعَاتٍ ، كَانَ يَقْرَأُ فِي الأُولَى بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَفِي الثَّانِيَةِ بِقُلْ يَا أَيُّهَا الْكَافِرُونَ ، وَفِي الثَّالِثَةِ بِقُلْ هُوَ اللَّهُ أَحَدٌ ، وَيَقْنُتُ قَبْلَ الرُّكُوعِ ، فَإِذَا فَرَغَ ، قَالَ عِنْدَ فَرَاغِهِ : سُبْحَانَ الْمَلِكِ الْقُدُّوسِ ، ثَلاَثَ مَرَّاتٍ يُطِيلُ فِي آخِرِهِنَّ.

“Ubeyy ibn Kəb ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Vitr namazını üç rükət qılardı. Birinci rükətində “əl-Ə'lə” surəsini, ikinci rükətində “əl-Kəfirun” surəsini, üçüncü rükətində isə “əl-İxlas” surəsini oxuyardı. Rukudan qabaq qunut tutar, namazı bitirdikdə isə üç dəfə “Müqəddəs Hökmdar pak və nöqsansızdır! – (Subhə:nəl-Məlikil-Quddu:s!)”- deyər, üçüncü dəfə deyəndə uzadardı.”

Ubey ibn Kəb
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 1681, 1710. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ən-Nəsəi, 1699.

İstinad

Müsəlmanın qalası, 125 (Kitab 35, 1)

Hədislərlə müsəlmanın qalası — Vitr namazının salamından sonra edilən zikr