اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَالْعَجْزِ وَالْكَسَلِ، وَالْبُخْلِ وَالْجُبْنِ، وَضَلَعِ الدَّيْنِ وَغَلَبَةِ الرِّجَالِ
Alla:hummə, inni: əu:zu bikə minəl-həmmi val-həzəni, val-aczi val-kəsəli, val-buxli val-cubni, va dalə'id-deyni va ğaləbətir-ricə:li!
Allahım! Üzüntü və kədərdən, acizlik və tənbəllikdən, xəsislik və qorxaqlıqdan, borc altında qalmaqdan və insanların məni sıxışdırmasından Sənə sığınıram!
Hədis
سَمِعْتُ أَنَسًا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ ، وَالْعَجْزِ وَالْكَسَلِ ، وَالْجُبْنِ وَالْبُخْلِ ، وَضَلَعِ الدَّيْنِ ، وَغَلَبَةِ الرِّجَالِ » .
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ belə deyərdi: “Allahım! Üzüntü və kədərdən, acizlik və tənbəllikdən, xəsislik və qorxaqlıqdan, borc altında qalmaqdan və insanların sıxışdırmasından Sənə sığınıram!””
Qeyd
əl-Buxari, 5892, 6369.
İstinad
Müsəlmanın qalası, 127 (Kitab 36, 2)
Hədislərlə müsəlmanın qalası — Üzüntü və kədər anında oxunan dua