Xoşa gəlməyən bir hadisə baş verdikdə yaxud istədiyi bir iş baş tutmadıqda edilən dua
Dua

قَدَرُ اللهِ وَمَا شَاءَ فَعَلَ

Qadərulla:hi va mə: şə:ə fəal!

Allahın qədəridir. O, istədiyini edir!

Hədis

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « الْمُؤْمِنُ الْقَوِىُّ خَيْرٌ وَأَحَبُّ إِلَى اللَّهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ وَفِى كُلٍّ خَيْرٌ احْرِصْ عَلَى مَا يَنْفَعُكَ وَاسْتَعِنْ بِاللَّهِ وَلاَ تَعْجِزْ وَإِنْ أَصَابَكَ شَىْءٌ فَلاَ تَقُلْ لَوْ أَنِّى فَعَلْتُ كَانَ كَذَا وَكَذَا. وَلَكِنْ قُلْ قَدَرُ اللَّهِ وَمَا شَاءَ فَعَلَ فَإِنَّ لَوْ تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah üçün güclü mömin zəif mömindən daha yaxşı və daha sevimlidir. Onların hər ikisində xeyir var. Sənə fayda verən şeyi götür, yalnız Allahdan kömək dilə və aciz olma! Sənə bir hadisə üz versə, demə ki, “kaş belə edəydim”. Əksinə, de: “Bu, Allahın qədəridir. O istədiyini edir! - (Qadərulla:hi va mə: şə:ə fəal)”. Çünki “əgər” şeytana qapı açır”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 4816, 6945.

İstinad

Müsəlmanın qalası, 146 (Kitab 46, 1)

Hədislərlə müsəlmanın qalası — Xoşa gəlməyən bir hadisə baş verdikdə yaxud istədiyi bir iş baş tutmadıqda edilən dua