مُطِرْنَا بِفَضْلِ اللهِ وَرَحْمَتِهِ
Mutirnə: bifadlillə:hi va rahmətihi.
Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərildi.
Hədis
عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِىِّ أَنَّهُ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الصُّبْحِ بِالْحُدَيْبِيَةِ عَلَى إِثْرِ سَمَاءٍ كَانَتْ مِنَ اللَّيْلَةِ ، فَلَمَّا انْصَرَفَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « هَلْ تَدْرُونَ مَاذَا قَالَ رَبُّكُمْ » . قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ « أَصْبَحَ مِنْ عِبَادِى مُؤْمِنٌ بِى وَكَافِرٌ ، فَأَمَّا مَنْ قَالَ مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ فَذَلِكَ مُؤْمِنٌ بِى وَكَافِرٌ بِالْكَوْكَبِ ، وَأَمَّا مَنْ قَالَ بِنَوْءِ كَذَا وَكَذَا فَذَلِكَ كَافِرٌ بِى وَمُؤْمِنٌ بِالْكَوْكَبِ » .
“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Peyğəmbər ﷺ Hudeybiyyədə gecə ikən yağmış yağışdan sonra bizə Sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə buyurdu?” Səhabələr: “Allah və Onun elçisi daha yaxşı bilir”– dedilər. Peyğəmbər ﷺ dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. “Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərildi”– deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan və filan ulduza görə nazil oldu”– deyənlərə gəldikdə isə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər”.”
Qeyd
əl-Buxari, 801, 846; Muslim, 104, 240.
İstinad
Müsəlmanın qalası, 177 (Kitab 66, 1)
Hədislərlə müsəlmanın qalası — Yağış yağandan sonra edilən zikr