اللَّهُمَّ بَارِكْ لَنَا فِيهِ وَزِدْنَا مِنْهُ عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : دَخَلْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَا وَخَالِدُ بْنُ الوَلِيدِ عَلَى مَيْمُونَةَ فَجَاءَتْنَا بِإِنَاءٍ مِنْ لَبَنٍ فَشَرِبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا عَلَى يَمِينِهِ وَخَالِدٌ عَلَى شِمَالِهِ ، فَقَالَ لِي : الشَّرْبَةُ لَكَ ، فَإِنْ شِئْتَ آثَرْتَ بِهَا خَالِدًا ، فَقُلْتُ : مَا كُنْتُ أُوثِرُ عَلَى سُؤْرِكَ أَحَدًا ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَطْعَمَهُ اللَّهُ الطَّعَامَ فَلْيَقُلْ : اللَّهُمَّ بَارِكْ لَنَا فِيهِ وَأَطْعِمْنَا خَيْرًا مِنْهُ ، وَمَنْ سَقَاهُ اللَّهُ لَبَنًا فَلْيَقُلْ : اللَّهُمَّ بَارِكْ لَنَا فِيهِ وَزِدْنَا مِنْهُ. وَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيْسَ شَيْءٌ يَجْزِي مَكَانَ الطَّعَامِ وَالشَّرَابِ غَيْرُ اللَّبَنِ.
“Allahın süd nəsib etdiyi kimsə isə belə desin: Alla:hummə, bə:rik lənə: fi:hi va zidnə: minhu! Allahım, bunu bizim üçün bərəkətli et və bundan bizə çox nəsib et! Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən və Xalid ibn Valid Allah Elçisi ﷺ ilə birlikdə Məymunənin yanına gəldik. Məymunə bizə bir qab süd gətirdi. Allah Elçisi ﷺ ondan içdi. Mən onun sağında, Xalid isə solunda idi. Allah Elçisi ﷺ mənə dedi: “İçmə növbəsi səndədir. Əgər istəyirsənsə, sənin əvəzinə Xalid içsin”. Mən dedim: “Səndən artıq qalan südü heç kimlə əvəz etmərəm”. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Allah kimə yemək nəsib edərsə, belə desin: “Allahım, bunu bizim üçün bərəkətli et və bizə bundan daha xeyirlisini nəsib et!” Allahın süd nəsib etdiyi kimsə isə belə desin: “Allahım, bunu bizim üçün bərəkətli et və bundan bizə çox nəsib et!” Allah Elçisi ﷺ belə dedi: “Süddən başqa həm yemək, həm də içməyin yerini verən heç bir şey yoxdur”.”
Qeyd
ət-Tirmizi, 3455, 3789. Hədis həsəndir. Bax: Səhih Sunən ət-Tirmizi, 2749.
İstinad
Müsəlmanın qalası, 184 (Kitab 70, 4)
Hədislərlə müsəlmanın qalası — Yeməyə başlayarkən edilən dua