يَهْدِيْكُمُ اللهُ وَيُصْلِحُ بَالَكُمْ
Yəhdi:kumulla:hu va yuslihu bə:ləkum!
Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!
Hədis
عَنْ أَبِي مُوسَى قَالَ: كَانَ الْيَهُودُ يَتَعَاطَسُونَ عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجَاءَ أَنْ يَقُولَ لَهُمْ: يَرْحَمُكُمُ اللَّهُ، فَكَانَ يَقُولُ: يَهْدِيكُمُ اللَّهُ وَيُصْلِحُ بَالَكُمْ.
“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Yəhudilər Peyğəmbərin ﷺ yanında qəsdən asqırardılar ki, Peyğəmbər ﷺ onlara: “Allah sənə rəhm etsin!”– desin. Lakin Peyğəmbər ﷺ onlara: “Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!”- deyərdi”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 940, 1114; ət-Tirmizi, 2739, 2958. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 1277.
İstinad
Müsəlmanın qalası, 193 (Kitab 78, 1)
Hədislərlə müsəlmanın qalası — Kafir asqırıb “əlhəmdulilləh” desə, ona nə deyilir