سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ
Subhə:nəkə Alla:hummə va bihəmdik, əşhədu ən lə: ilə:hə illə: ənt, əstəğfirukə va ətu:bu ileyk!
Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm!
Hədis
عَنْ أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : بِأَخَرَةٍ إِذَا أَرَادَ أَنْ يَقُومَ مِنَ الْمَجْلِسِ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ فَقَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ ، إِنَّكَ لَتَقُولُ قَوْلاً مَا كُنْتَ تَقُولُهُ فِيمَا مَضَى ، فَقَالَ : كَفَّارَةٌ لِمَا يَكُونُ فِي الْمَجْلِسِ.
“Rəvayət edilir ki, Əbu Bərzə əl-Əsləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ məclisin sonunda qalxmaq istədikdə buyurardı: “Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mən şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur! Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm!” Bu zaman bir kişi dedi: “Ey Allahın Elçisi, sən bundan əvvəl demədiyin bir sözü deyirsən”. Peyğəmbər ﷺ buyurdu: “Bu, məclisdə olan günahlara kəffarədir”.”
Qeyd
Başlığa haşiyə: Kəffarə - günahın bağışlanması üçün verilən əvəzdir. Əbu Davud, 4859, 4861. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1517.
İstinad
Müsəlmanın qalası, 201 (Kitab 85, 1)
Hədislərlə müsəlmanın qalası — Məclisin kəffarəsi