Malını sənə təklif edən şəxs üçün edilən dua
Dua

بَارَكَ اللهُ لَكَ فِي أَهْلِكَ وَمَالِكَ

Bə:rakəlla:hu ləkə fi: əhlikə va mə:likə!

Allah sənin üçün ailəni və malını bərəkətli etsin!

Hədis

عَنْ أَنَسٍ قَالَ قَدِمَ عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ الْمَدِينَةَ فَآخَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَهُ وَبَيْنَ سَعْدِ بْنِ الرَّبِيعِ الأَنْصَارِىِّ ، وَكَانَ سَعْدٌ ذَا غِنًى ، فَقَالَ لِعَبْدِ الرَّحْمَنِ أُقَاسِمُكَ مَالِى نِصْفَيْنِ ، وَأُزَوِّجُكَ . قَالَ بَارَكَ اللَّهُ لَكَ فِى أَهْلِكَ وَمَالِكَ ، دُلُّونِى عَلَى السُّوقِ . فَمَا رَجَعَ حَتَّى اسْتَفْضَلَ أَقِطًا وَسَمْنًا ، فَأَتَى بِهِ أَهْلَ مَنْزِلِهِ ، فَمَكَثْنَا يَسِيرًا - أَوْ مَا شَاءَ اللَّهُ - فَجَاءَ وَعَلَيْهِ وَضَرٌ مِنْ صُفْرَةٍ ، فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْيَمْ » . قَالَ يَا رَسُولَ اللَّهِ تَزَوَّجْتُ امْرَأَةً مِنَ الأَنْصَارِ . قَالَ « مَا سُقْتَ إِلَيْهَا » . قَالَ نَوَاةً مِنْ ذَهَبٍ ، أَوْ وَزْنَ نَوَاةٍ مِنْ ذَهَبٍ . قَالَ « أَوْلِمْ وَلَوْ بِشَاةٍ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Abdur-Rahmən ibn Auf Mədinəyə gəldikdə, Peyğəmbər ﷺ onu Səd ibn ər-Rabi ilə qardaş elan etdi. Səd ibn ər-Rabi varlı adam idi və Abdur-Rahmənə dedi: “Gəl var-dövlətimin yarısını sənə verim və səni evləndirim”. Abdur-Rahmən dedi: “Allah sənin üçün ailəni və malını bərəkətli etsin! Sən mənə bazarı göstər”. (Bazarda Abdur-Rahmən əldə etdiyi qazancla) qurut və yağ aldı və onları evinə gətirdi. Allahın istədiyi qədər vaxt keçdikdən sonra o, paltarında sarı bir ləkə olduğu halda gəldi. Peyğəmbər ﷺ ona dedi: “Sənə nə olub?” O dedi: “Ey Allahın Elçisi, ənsardan olan bir qadınla evlənmişəm”. Peyğəmbər ﷺ dedi: “Nə qədər mehr vermisən?” O dedi: “Bir çəyirdək ağırlığında qızıl vermişəm”. Peyğəmbər ﷺ buyurdu: “Bir qoyunla belə olsa, ziyafət ver”.”

Ənəs
Səhih

Qeyd

əl-Buxari, 1908, 2044, 2049.

İstinad

Müsəlmanın qalası, 205 (Kitab 89, 1)

Hədislərlə müsəlmanın qalası — Malını sənə təklif edən şəxs üçün edilən dua