بَارَكَ اللهُ لَكَ فِي أَهْلِكَ وَمَالِكَ، إِنَّمَا جَزَاءُ السَّلَفِ الْحَمْدُ وَالأَدَاءُ
Bə:rakəlla:hu ləkə fi: əhlikə va mə:likə, innəmə: cəzə:us-sələfil-həmdu val-ədə:u.
Allah sənin ailəni və malını bərəkətli etsin! Həqiqətən, borcun qarşılığı təşəkkür etmək və onu ödəməkdir.
Hədis
عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي رَبِيعَةَ قَالَ : اسْتَقْرَضَ مِنِّي النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْبَعِينَ أَلْفًا ، فَجَاءَهُ مَالٌ فَدَفَعَهُ إِلَيَّ ، وَقَالَ : بَارَكَ اللَّهُ لَكَ فِي أَهْلِكَ وَمَالِكَ ، إِنَّمَا جَزَاءُ السَّلَفِ الْحَمْدُ وَالأَدَاءُ.
“Rəvayət edilir ki, Abdullah ibn Əbu Rabia ﵁ demişdir: “Peyğəmbər ﷺ məndən qırx min dirhəm borc aldı. Sonra ona pul gəldi və borcunu mənə qaytardı. O dedi: “Allah sənin ailəni və malını bərəkətli etsin! Həqiqətən, borcun qarşılığı təşəkkür etmək və onu ödəməkdir”.”
Qeyd
ən-Nəsəi “Sunən” 4604, 4683, 4700. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 2424.
İstinad
Müsəlmanın qalası, 207 (Kitab 91, 1)
Hədislərlə müsəlmanın qalası — Borcu qaytararkən onu verən şəxs üçün edilən dua