Minik vasitəsi büdrədikdə və ya ilişib qaldıqda edilən dua
Dua

بِسْمِ اللهِ

Bismilləh!

Allahın adı ilə!

Hədis

عَنْ أَبِي الْمَلِيح، عَنْ رَجُلٍ قَالَ: كُنْتُ رَدِيفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَثَرَتْ دَابَتُهُ، فَقُلتُ: تَعِسَ الشَّيْطَانُ فَقَالَ: «لا تَقُلْ تَعِسَ الشَّيْطُانُ فَإِنَّكَ إِذَا قُلتَ ذَلِكَ تَعَاظَمَ حَتَّى يَكُونَ مِثلَ الَبَيتِ وَيَقُولُ: بِقُوَّتِي، وَلَكِن قُلْ: بِسْمِ اللهِ فَإِنَّكَ إِذَا قُلتَ ذَلِكَ تَصَاغَرَ حَتَّى يَكُونَ مِثلَ الذُّبَابِ».

“Əbul-Məlih ﵀ rəvayət edir ki, bir kişi dedi: “Mən Peyğəmbərin ﷺ miniyinin tərkində yol gedirdim. Birdən heyvanın ayağı sürüşdü. Mən: “Məhv olsun şeytan!”- dedim. Peyğəmbər ﷺ dedi: “Məhv olsun şeytan!”- demə, çünki sən bunu söylədikdə, o, ev boyda olana qədər şişir və deyir: “Bu iş mənim qüvvəmlə olur”. Lakin sən: “Allahın adı ilə! - (Bismilləh!)”- de, çünki sən bunu söylədikdə, o, milçək boyda olana qədər kiçilir”.”

Əbul-Məlih
Səhih

Qeyd

Əbu Davud, 4982, 4984. Hədis səhihdir. Bax: Səhih əl-Kəlimut-Tayyib, 237.

İstinad

Müsəlmanın qalası, 214 (Kitab 98, 1)

Hədislərlə müsəlmanın qalası — Minik vasitəsi büdrədikdə və ya ilişib qaldıqda edilən dua