زَوَّدَكَ اللهُ التَّقْوَى، وَغَفَرَ ذَنْبَكَ، وَيَسَّرَ لَكَ الْخَيْرَ حَيْثُمَا كُنْتَ
Zəvvadək-əlla:hut-təqva:, va ğafəra zənbək, va yəssəra ləkəl-xayra heysumə: kuntə!
Allah sənin azuqəni təqva etsin, günahını bağışlasın və harada olsan xeyir əldə etməyi sənin üçün asanlaşdırsın!
Hədis
عَنْ أَنَسٍ قَالَ جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنِّى أُرِيدُ سَفَرًا فَزَوِّدْنِى. قَالَ «زَوَّدَكَ اللَّهُ التَّقْوَى». قَالَ زِدْنِى. قَالَ « وَغَفَرَ ذَنْبَكَ ». قَالَ زِدْنِى بِأَبِى أَنْتَ وَأُمِّى. قَالَ « وَيَسَّرَ لَكَ الْخَيْرَ حَيْثُمَا كُنْتَ ».
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən səfərə çıxmaq istəyirəm, mənə xeyir-dua et“. Peyğəmbər ﷺ dedi: “Allah sənin azuqəni təqva etsin! – (Zəvvadək-əlla:hut-təqva:!)”. O dedi: “Yenə dua et!” Peyğəmbər ﷺ dedi: “Günahını bağışlasın! – (Va ğafəra zənbək!)”. O dedi: “Yenə dua et, atam-anam sənə fəda olsun!” O dedi: “Harada olsan xeyir əldə etməyi sənin üçün asanlaşdırsın! – (Va yəssəra ləkəl-xayra heysumə: kuntə!)”.”
Qeyd
ət-Tirmizi, 3444, 3776. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 3579.
İstinad
Müsəlmanın qalası, 217 (Kitab 100, 2)
Hədislərlə müsəlmanın qalası — Vidalaşdıqda sakinlərin müsafir üçün etdiyi dua