اللَّهُمَّ فَأَيُّمَا مُؤْمِنٍ سَبَبْتُهُ فَاجْعَلْ ذَلِكَ لَهُ قُرْبَةً إِلَيْكَ يَوْمَ الْقِيَامَةِ
Alla:hummə fəəyyumə: mu'minin səbəbtuhu fəc al zə:likə ləhu qurbətən ileykə yavməl-qiyə:məti!
Allahım, hansı mömini söymüşəmsə, Qiyamət günü bunu onun üçün Sənə yaxınlaşdıran bir vasitə et!
Hədis
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «اللَّهُمَّ فَأَيُّمَا مُؤْمِنٍ سَبَبْتُهُ فَاجْعَلْ ذَلِكَ لَهُ قُرْبَةً إِلَيْكَ يَوْمَ الْقِيَامَةِ»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Allahım, hansı bir mömini təhqir etmişəmsə, Qiyamət günü bunu onun Sənə yaxınlaşması üçün bir vasitə et!””
Qeyd
əl-Buxari, 5884, 6361.
İstinad
Müsəlmanın qalası, 223 (Kitab 106, 1)
Hədislərlə müsəlmanın qalası — Söydüyün adam üçün edəcəyin dua