لاَ إِلَهَ إَلاَّ اللهُ
Lə: ilə:hə illəllah!
Allahdan başqa ibadətə layiq məbud yoxdur!
Hədis
عَنْ عَبْدِ اللهِ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: إِنَّ اللهَ قَسَمَ بَيْنَكُمْ أَخْلَاقَكُمْ كَمَا قَسَمَ بَيْنَكُمْ أَرْزَاقَكُمْ، وَإِنَّ اللهَ يُعْطِي الْمَالَ مَنْ يُحِبُّ، وَمَنْ لَا يُحِبُّ، وَلَا يُعْطِي الْإِيمَانَ، إِلَّا مَنْ يُحِبُّ فَإِذَا أَحَبَّ عَبْدًا أَعْطَاهُ الْإِيمَانَ فَمَنَ ضَنَّ بِالْمَالِ أَنْ يُنْفِقَهُ وَهَابَ اللَّيْلَ أَنْ يُكَابِدَهُ، وَخَافَ الْعَدُوَّ أَنْ يُجَاهِدَهُ فَلْيُكْثِرْ مِنْ سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ فَإِنَّهُنَّ مُقَدِّمَاتٌ مُجَنِّبَاتٌ، وَمُعَقِّبَاتٌ وَهُنَّ الْبَاقِيَاتُ الصَّالِحَاتُ
“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, Allah ruzini sizin aranızda bölüşdürdüyü kimi, əxlaqı da sizin aranızda bölüşdürmüşdür. Allah mal-dövləti sevdiyinə də verir, sevmədiyinə də. İmanı isə yalnız sevdiyinə verir. Əgər Allah bir bəndəni sevərsə, ona iman verər. Kim malını xərcləməyə xəsislik edərsə, gecə (namazına qalxmağa) tənbəllik edərsə, düşmənlə cihad etməkdən qorxarsa, qoy “Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah, Alla:hu əkbər”– desin. Bunlar öndən, yanlardan və arxadan qoruyanlardır. Əbədi qalacaq saleh əməllər də elə bunlardır”.”
Qeyd
əl-Beyhəqi “Şuabul-İman” 599. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2714.
İstinad
Müsəlmanın qalası, 229 (Kitab 111, 1)
Hədislərlə müsəlmanın qalası — Qorxduqda nə deyilir