اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، واهْدِنِي، وَعَافِنِي وَارْزُقْنِي حَدَّثَنَا أَبُو مَالِكٍ الأَشْجَعِىُّ عَنْ أَبِيهِ قَالَ كَانَ الرَّجُلُ إِذَا أَسْلَمَ عَلَّمَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ ثُمَّ أَمَرَهُ أَنْ يَدْعُوَ بِهَؤُلاَءِ الْكَلِمَاتِ « اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَاهْدِنِى وَعَافِنِى وَارْزُقْنِى ».
“İslamı yeni qəbul edənin bu kəlmələrlə dua etməsi daha yaxşıdır: Alla:hummə-ğfirli:, varhəmni:, vahdini:, va a:fini:, varzuqni:! Allahım, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə salamatlıq və ruzi ver! Əbu Malik əl-Əşcai atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir kimsə İslamı qəbul etdikdə, Peyğəmbər ﷺ həmin adama namaz qılmağı öyrədər, sonra əmr edərdi ki, Allaha bu kəlmələrlə dua etsin: “Allahım, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə salamatlıq və ruzi ver!” Peyğəmbər ﷺ baş barmağından başqa qalan barmaqlarını yığdı və dedi: “Bu sözlər sənin həm dünyanı, həm də axirətini cəm edər”.”
Qeyd
Muslim, 4864-4865, 7025-7026.
İstinad
Müsəlmanın qalası, 235 (Kitab 116, 2)
Hədislərlə müsəlmanın qalası — Kəffarələr haqda