Bu zikrləri dedikdə Cənnətdə ağac əkilir

عَنْ جَابِرٍ أَنَّ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ قَالَ: سُبْحَانَ اللهِ الْعَظِيمَ غُرِسَ لَهُ شَجَرَة فِي الْجَنَّةِ». سُبْحَانَ اللهِ الْعَظِيمَ عَنِ ابْنِ عُمَرَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَكْثِروُا مِنْ غِرَسِ الْجَنَّةِ فَإِنَّهُ عَذْبٌ مَاؤُهَا، طَيِّبٌ تُرَابُهَا، فَأَكْثِروُا مِنْ غِرَاسِهَا: لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ». لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim: “Subhə:n-Alla:hil-azi:m! - (Əzəmətli Allah pak və müqəddəsdir!)”- deyərsə, Cənnətdə onun üçün bir ağac əkilər”. Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cənnətin bitkilərini çoxaldın! Həqiqətən, onun suyu şirin, torpağı isə xoşagələndir. Elə isə: “Lə: həulə va lə: quvvətə illə: billəh! – (Qüdrət və güc yalnız Allahdadır!)”- (deməklə) onun bitkilərini çoxaldın!””

Cabir
Səhih

Qeyd

İbn Hibban, 824. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 64. ət-Tabərani “Mucəmul-Kəbir” 13354. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1213.

İstinad

Müsəlmanın qalası, 243 (Kitab 123, 1)

Hədislərlə müsəlmanın qalası — Bu zikrləri dedikdə Cənnətdə ağac əkilir