عَنْ عَلِىٍّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ أَتَى أَخَاهُ الْمُسْلِمَ عَائِدًا مَشَى فِى خِرَافَةِ الْجَنَّةِ حَتَّى يَجْلِسَ فَإِذَا جَلَسَ غَمَرَتْهُ الرَّحْمَةُ فَإِنْ كَانَ غُدْوَةً صَلَّى عَلَيْهِ سَبْعُونَ أَلْفَ مَلَكٍ حَتَّى يُمْسِىَ وَإِنْ كَانَ مَسَاءً صَلَّى عَلَيْهِ سَبْعُونَ أَلْفَ مَلَكٍ حَتَّى يُصْبِحَ».
“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: ”Kim xəstə müsəlman qardaşını ziyarət etməyə gələrsə, (onun yanına gəlib) oturanadək Cənnət bağlarında yeriyər. Oturduqda isə onu rəhmət bürüyər. Bunu səhər edərsə, axşamadək yetmiş min mələk onun üçün bağışlanma diləyər. Axşam edərsə, səhərədək yetmiş min mələk onun üçün bağışlanma diləyər”.”
Qeyd
İbn Məcə, 1442, 1509. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5934.
İstinad
Müsəlmanın qalası, 264 (Kitab 131, 1)
Hədislərlə müsəlmanın qalası — Xəstəni ziyarət etməyin fəziləti