Səhih əl-BuxariQüsl kitabı

Kitab 5

Qüsl kitabı

كِتَابُ الغُسْلِ

46

hədis

Fəsil 1

Qüsl almazdan qabaq dəstəmaz almaq

باب الْوُضُوءِ قَبْلَ الْغُسْلِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ بَدَأَ فَغَسَلَ يَدَيْهِ ، ثُمَّ يَتَوَضَّأُ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ ، ثُمَّ يُدْخِلُ أَصَابِعَهُ فِى الْمَاءِ ، فَيُخَلِّلُ بِهَا أُصُولَ شَعَرِهِ ثُمَّ يَصُبُّ عَلَى رَأْسِهِ ثَلاَثَ غُرَفٍ بِيَدَيْهِ ، ثُمَّ يُفِيضُ الْمَاءَ عَلَى جِلْدِهِ كُلِّهِ .

“Peyğəmbərin zövcəsi Aişə ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ cənabətli olduqda qüsl almazdan qabaq əllərini yuyardı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alar, sonra barmaqlarını suyun içinə salar və onlarla saçlarının dibini isladardı. Sonra əlləri ilə başına üç ovuc su tökər, sonra da bütün bədəninə su tökərdi.”

Aişə
SəhihBuxari, 248 (Qüsl, 1)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ تَوَضَّأَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وُضُوءَهُ لِلصَّلاَةِ غَيْرَ رِجْلَيْهِ ، وَغَسَلَ فَرْجَهُ ، وَمَا أَصَابَهُ مِنَ الأَذَى ، ثُمَّ أَفَاضَ عَلَيْهِ الْمَاءَ ، ثُمَّ نَحَّى رِجْلَيْهِ فَغَسَلَهُمَا ، هَذِهِ غُسْلُهُ مِنَ الْجَنَابَةِ .

“Peyğəmbərin zövcəsi Məymunə ﵄ demişdir: “Allah Elçisi ﷺ ayaqlarından başqa dəstəmaz əzalarını namaz üçün dəstəmaz aldığı kimi yuyaraq dəstəmaz aldı. Sonra cinsiyyət orqanını və ona bulaşanları yudu. Sonra üstünə su tökdü, sonra isə ayaqlarını bir kənara çəkib yudu. Onun cənabətli halda etdiyi qüsl belə idi”.”

Məymunə
SəhihBuxari, 249 (Qüsl, 2)

Fəsil 2

Kişinin öz zövcəsi ilə birlikdə çimməsi

باب غُسْلِ الرَّجُلِ مَعَ امْرَأَتِهِ

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ مِنْ قَدَحٍ يُقَالُ لَهُ الْفَرَقُ .

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə “fəraq” deyilən bir qabdan su götürüb qüsl alardıq”.”

Aişə
SəhihBuxari, 250 (Qüsl, 3)

Fəsil 3

Bir saa və buna yaxın miqdarda su ilə qüsl almaq

باب الْغُسْلِ بِالصَّاعِ وَنَحْوِهِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنِى عَبْدُ الصَّمَدِ قَالَ حَدَّثَنِى شُعْبَةُ قَالَ حَدَّثَنِى أَبُو بَكْرِ بْنُ حَفْصٍ قَالَ سَمِعْتُ أَبَا سَلَمَةَ يَقُولُ دَخَلْتُ أَنَا وَأَخُو عَائِشَةَ عَلَى عَائِشَةَ فَسَأَلَهَا أَخُوهَا عَنْ غُسْلِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَتْ بِإِنَاءٍ نَحْوًا مِنْ صَاعٍ ، فَاغْتَسَلَتْ وَأَفَاضَتْ عَلَى رَأْسِهَا ، وَبَيْنَنَا وَبَيْنَهَا حِجَابٌ . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ يَزِيدُ بْنُ هَارُونَ وَبَهْزٌ وَالْجُدِّىُّ عَنْ شُعْبَةَ قَدْرِ صَاعٍ .

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən və Aişənin qardaşı Aişənin yanına gəldik. Aişənin qardaşı ondan Peyğəmbərin ﷺ qüslü barədə soruşdu. Aişə bir qab – təxminən bir saa miqdarında su gətizdirdi, sonra qüsl aldı və suyu başının üzərindən tökdü. Bu əsnada bizimlə onun arasında pərdə tutulmuşdu”.”

Əbu Sələmə
SəhihBuxari, 251 (Qüsl, 4)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ قَالَ حَدَّثَنَا زُهَيْرٌ عَنْ أَبِى إِسْحَاقَ قَالَ حَدَّثَنَا أَبُو جَعْفَرٍ أَنَّهُ كَانَ عِنْدَ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ هُوَ وَأَبُوهُ ، وَعِنْدَهُ قَوْمٌ فَسَأَلُوهُ عَنِ الْغُسْلِ . فَقَالَ يَكْفِيكَ صَاعٌ . فَقَالَ رَجُلٌ مَا يَكْفِينِى . فَقَالَ جَابِرٌ كَانَ يَكْفِى مَنْ هُوَ أَوْفَى مِنْكَ شَعَرًا ، وَخَيْرٌ مِنْكَ ، ثُمَّ أَمَّنَا فِى ثَوْبٍ .

“Əbu Cəfər ﵀ rəvayət edir ki, atası Cabir ibn Abdullahın yanında olduqda Cabirin yanında olan bir toplum ondan qüsl barəsində soruşdu. Cabir: “Sənə bir saa su kifayət edər”– deyə cavab verdi. Oradakılardan biri: “Mənə bəs eləmir”– dedikdə, Cabir: “Saçı sənin (saçından) daha gur, özü də səndən daha xeyirli olan birinə bəs edərdi”– dedi, sonra əynində bir paltar olduğu halda bizə namazda imamlıq etdi.”

Əbu Cəfər
SəhihBuxari, 252 (Qüsl, 5)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنْ عَمْرٍو عَنْ جَابِرِ بْنِ زَيْدٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَيْمُونَةَ كَانَا يَغْتَسِلاَنِ مِنْ إِنَاءٍ وَاحِدٍ . قَالَ أَبُو عَبْدِ اللَّهِ كَانَ ابْنُ عُيَيْنَةَ يَقُولُ أَخِيرًا عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ ، وَالصَّحِيحُ مَا رَوَى أَبُو نُعَيْمٍ .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ və Məymunə (su götürərək) bir qabdan qüsl alardılar.”

İbn Abbas
SəhihBuxari, 253 (Qüsl, 6)

Fəsil 4

Başına üç dəfə su tökən

باب مَنْ أَفَاضَ عَلَى رَأْسِهِ ثَلاَثًا

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا زُهَيْرٌ عَنْ أَبِى إِسْحَاقَ قَالَ حَدَّثَنِى سُلَيْمَانُ بْنُ صُرَدٍ قَالَ حَدَّثَنِى جُبَيْرُ بْنُ مُطْعِمٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَّا أَنَا فَأُفِيضُ عَلَى رَأْسِى ثَلاَثًا » . وَأَشَارَ بِيَدَيْهِ كِلْتَيْهِمَا

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Allah Elçisi ﷺ: “Mənə gəldikdə isə, mən başıma üç dəfə su tökürəm”– dedi və bunu başa salmaq üçün əlləri ilə işarə etdi”.”

Cubeyr ibn Mutim
SəhihBuxari, 254 (Qüsl, 7)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مِخْوَلِ بْنِ رَاشِدٍ عَنْ مُحَمَّدِ بْنِ عَلِىٍّ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُفْرِغُ عَلَى رَأْسِهِ ثَلاَثًا .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ (qüsl aldıqda) başının üstündən üç dəfə su tökərdü”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 255 (Qüsl, 8)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا مَعْمَرُ بْنُ يَحْيَى بْنِ سَامٍ حَدَّثَنِى أَبُو جَعْفَرٍ قَالَ قَالَ لِى جَابِرٌ أَتَانِى ابْنُ عَمِّكَ يُعَرِّضُ بِالْحَسَنِ بْنِ مُحَمَّدٍ ابْنِ الْحَنَفِيَّةِ قَالَ كَيْفَ الْغُسْلُ مِنَ الْجَنَابَةِ فَقُلْتُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَأْخُذُ ثَلاَثَةَ أَكُفٍّ وَيُفِيضُهَا عَلَى رَأْسِهِ ، ثُمَّ يُفِيضُ عَلَى سَائِرِ جَسَدِهِ . فَقَالَ لِى الْحَسَنُ إِنِّى رَجُلٌ كَثِيرُ الشَّعَرِ . فَقُلْتُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَكْثَرَ مِنْكَ شَعَرًا .

“Rəvayət edilir ki, Əbu Cəfər ﵀ demişdir: “Cabir mənə bunları danışdı: “Əmim oğlu yanıma gəldi – Cabir “əmim oğlu” deməklə Həsən ibn Muhəmməd ibn əl-Hənəfiyyəni qəsd edirdi – və dedi: “Cənabət qüslu necə alınır?” Mən dedim: “Peyğəmbər ﷺ üç ovuc su götürər və bunları başının üzərindən tökərdi, sonra da bədəninin qalan hissəsinin üzərinə tökərdi”. Həsən mənə dedi: “Mən saçı çox adamam”. Mən dedim: “Peyğəmbərin ﷺ saçı sənin saçından daha çox idi”.”

Əbu Cəfər
SəhihBuxari, 256 (Qüsl, 9)

Fəsil 5

Bir dəfə su tökmək

باب الْغُسْلِ مَرَّةً وَاحِدَةً

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ عَنِ الأَعْمَشِ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَتْ مَيْمُونَةُ وَضَعْتُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَاءً لِلْغُسْلِ ، فَغَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ، ثُمَّ أَفْرَغَ عَلَى شِمَالِهِ فَغَسَلَ مَذَاكِيرَهُ ، ثُمَّ مَسَحَ يَدَهُ بِالأَرْضِ ، ثُمَّ مَضْمَضَ وَاسْتَنْشَقَ وَغَسَلَ وَجْهَهُ وَيَدَيْهِ ، ثُمَّ أَفَاضَ عَلَى جَسَدِهِ ، ثُمَّ تَحَوَّلَ مِنْ مَكَانِهِ فَغَسَلَ قَدَمَيْهِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Məymunə belə dedi: “Mən Peyğəmbərə ﷺ yuyunmaq üçün su qoydum. O, iki və ya üç dəfə əllərini yudu. Ondan sonra sol əli üzərinə su tökərək qasığını yudu. Sonra əlini yerə sürtdü. Sonra ağzını yaxaladı və burnuna su çəkdi. Üzünü və əllərini yudu. Sonra bədəninə su tökdü. Sonra yerini dəyişərək ayaqlarını yudu”.”

İbn Abbas
SəhihBuxari, 257 (Qüsl, 10)

Fəsil 6

Badyadan su götürərək qüsl alan

باب مَنْ بَدَأَ بِالْحِلاَبِ أَوِ الطِّيبِ عِنْدَ الْغُسْلِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنْ حَنْظَلَةَ عَنِ الْقَاسِمِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ دَعَا بِشَىْءٍ نَحْوَ الْحِلاَبِ ، فَأَخَذَ بِكَفِّهِ ، فَبَدَأَ بِشِقِّ رَأْسِهِ الأَيْمَنِ ثُمَّ الأَيْسَرِ ، فَقَالَ بِهِمَا عَلَى رَأْسِهِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ cənabətli halda olduqda və qüsl almaq istədikdə badya boyda bir qabda su gətizdirər, suyu əli ilə götürüb əvvəlcə başının sağ tərəfini, sonra da sol tərəfini yuyar, sonra suyu iki əli ilə götürüb başına tökərdi”.”

Aişə
SəhihBuxari, 258 (Qüsl, 11)

Fəsil 7

Cənabət qüslu alanda ağzı yaxalamaq və buruna su çəkmək

باب الْمَضْمَضَةِ وَالاِسْتِنْشَاقِ فِى الْجَنَابَةِ

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ قَالَ حَدَّثَنَا أَبِى حَدَّثَنَا الأَعْمَشُ قَالَ حَدَّثَنِى سَالِمٌ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ حَدَّثَتْنَا مَيْمُونَةُ قَالَتْ صَبَبْتُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلاً ، فَأَفْرَغَ بِيَمِينِهِ عَلَى يَسَارِهِ فَغَسَلَهُمَا ، ثُمَّ غَسَلَ فَرْجَهُ ، ثُمَّ قَالَ بِيَدِهِ الأَرْضَ فَمَسَحَهَا بِالتُّرَابِ ، ثُمَّ غَسَلَهَا ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ ، ثُمَّ غَسَلَ وَجْهَهُ ، وَأَفَاضَ عَلَى رَأْسِهِ ، ثُمَّ تَنَحَّى فَغَسَلَ قَدَمَيْهِ ، ثُمَّ أُتِىَ بِمِنْدِيلٍ ، فَلَمْ يَنْفُضْ بِهَا .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Mən qüsl alması üçün Peyğəmbərə ﷺ su gətirdim. O, sağ əli ilə sol əlinə su tökdü və əllərini yudu. Sonra cinsiyyət üzvünü yudu. Sonra əlini yerə vuraraq torpağa sürtdü və yudu. Sonra ağzını yaxaladı və burnunun içini yudu. Sonra üzünü yudu və başının üzərindən su əndərdi. Sonra kənara çəkilərək ayaqlarını yudu. Sonra ona dəsmal gətirildi, lakin o, bununla silinmədi”.”

Məymunə
SəhihBuxari, 259 (Qüsl, 12)

Fəsil 8

Təmiz olması üçün əlin torpağa sürtülməsi

باب مَسْحِ الْيَدِ بِالتُّرَابِ لِيَكُونَ أَنْقَى

حَدَّثَنَا الْحُمَيْدِىُّ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اغْتَسَلَ مِنَ الْجَنَابَةِ ، فَغَسَلَ فَرْجَهُ بِيَدِهِ ، ثُمَّ دَلَكَ بِهَا الْحَائِطَ ثُمَّ غَسَلَهَا ، ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ، فَلَمَّا فَرَغَ مِنْ غُسْلِهِ غَسَلَ رِجْلَيْهِ .

“Məymunə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ cənabət qüslu aldıqda əli ilə cinsiyyət üzvünü yudu. Sonra əlini divara sürtdü, sonra da əlini yudu. Sonra namaz üçün alınan dəstəmaz kimi dəstəmaz aldı. Qüsl almağı bitirdikdə ayaqlarını yudu”.”

Məymunə
SəhihBuxari, 260 (Qüsl, 13)

Fəsil 9

Cənabətli olanın əli təmizdirsə, əlini yumadan yuyunacağı suqabına sala bilərmi?

باب هَلْ يُدْخِلُ الْجُنُبُ يَدَهُ فِى الإِنَاءِ قَبْلَ أَنْ يَغْسِلَهَا إِذَا لَمْ يَكُنْ عَلَى يَدِهِ قَذَرٌ غَيْرُ الْجَنَابَةِ

وَأَدْخَلَ ابْنُ عُمَرَ وَالْبَرَاءُ بْنُ عَازِبٍ يَدَهُ فِى الطَّهُورِ ، وَلَمْ يَغْسِلْهَا ثُمَّ تَوَضَّأَ . وَلَمْ يَرَ ابْنُ عُمَرَ وَابْنُ عَبَّاسٍ بَأْسًا بِمَا يَنْتَضِحُ مِنْ غُسْلِ الْجَنَابَةِ .

İbn Ömər və əl-Bəra ibn Azib ﵃ əlləri təmiz olduqda onları yumadan suqabına salar və dəstəmaz alardılar. İbn Ömər və İbn Abbas ﵃ cənabət qüslu aldıqda sıçrayan suda bir problem görməzdilər.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ أَخْبَرَنَا أَفْلَحُ عَنِ الْقَاسِمِ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ تَخْتَلِفُ أَيْدِينَا فِيهِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə bir qabdan su götürüb qüsl edərdik, əllərimiz də o qaba tərəf gedib-gələrdi”.”

Aişə
SəhihBuxari, 261 (Qüsl, 14)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ غَسَلَ يَدَهُ .

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ qüsl aldıqda əlini yuyardı”.”

Aişə
SəhihBuxari, 262 (Qüsl, 15)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى بَكْرِ بْنِ حَفْصٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ مِنْ جَنَابَةٍ . وَعَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ مِثْلَهُ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə bir qabdan su götürüb cənabət qüslu alardıq”.”

Aişə
SəhihBuxari, 263 (Qüsl, 16)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ جَبْرٍ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْمَرْأَةُ مِنْ نِسَائِهِ يَغْتَسِلاَنِ مِنْ إِنَاءٍ وَاحِدٍ . زَادَ مُسْلِمٌ وَوَهْبٌ عَنْ شُعْبَةَ مِنَ الْجَنَابَةِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ qadınlarından biri ilə birlikdə eyni qabdan su götürüb qüsl alardı”. Ravi Şubə: “Cənabət qüslu alardı” demişdir.”

Ənəs ibn Malik
SəhihBuxari, 264 (Qüsl, 17)

Fəsil 10

Qüsl və dəstəmazı bir-birindən ayırmaq

باب تَفْرِيقِ الْغُسْلِ وَالْوُضُوءِ

وَيُذْكَرُ عَنِ ابْنِ عُمَرَ أَنَّهُ غَسَلَ قَدَمَيْهِ بَعْدَ مَا جَفَّ وَضُوءُهُ

İbn Ömər ﵄ ayaqlarınını üzü dəstəmaz suyundan quruduqdan sonra yumuşdur.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَحْبُوبٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَتْ مَيْمُونَةُ وَضَعْتُ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَاءً يَغْتَسِلُ بِهِ ، فَأَفْرَغَ عَلَى يَدَيْهِ ، فَغَسَلَهُمَا مَرَّتَيْنِ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ، ثُمَّ أَفْرَغَ بِيَمِينِهِ عَلَى شِمَالِهِ ، فَغَسَلَ مَذَاكِيرَهُ ، ثُمَّ دَلَكَ يَدَهُ بِالأَرْضِ ، ثُمَّ مَضْمَضَ وَاسْتَنْشَقَ ، ثُمَّ غَسَلَ وَجْهَهُ وَيَدَيْهِ ثُمَّ غَسَلَ رَأْسَهُ ثَلاَثًا ، ثُمَّ أَفْرَغَ عَلَى جَسَدِهِ ، ثُمَّ تَنَحَّى مِنْ مَقَامِهِ فَغَسَلَ قَدَمَيْهِ .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Mən qüsl alması üçün Allah Elçisinə ﷺ su gətirib qoydum. O, su tökərək iki və ya üç dəfə əllərini yudu. Sonra sağ əli ilə sol əlinə su töküb cinsiyyət üzvünü yudu. Sonra əlini yerə vuraraq torpağa sürtdü. Sonra ağzını yaxaladı və burnunun içini yudu. Sonra üzünü və əllərini yudu. Sonra başını üç dəfə yudu. Sonra bədəninə su tökdü. Sonra kənara çəkilərək ayaqlarını yudu”.”

Məymunə
SəhihBuxari, 265 (Qüsl, 18)

Fəsil 11

Qüsl aldıqda sağ əli ilə sol əlinə su tökən

باب مَنْ أَفْرَغَ بِيَمِينِهِ عَلَى شِمَالِهِ فِى الْغُسْلِ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ بِنْتِ الْحَارِثِ قَالَتْ وَضَعْتُ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلاً وَسَتَرْتُهُ ، فَصَبَّ عَلَى يَدِهِ ، فَغَسَلَهَا مَرَّةً أَوْ مَرَّتَيْنِ - قَالَ سُلَيْمَانُ لاَ أَدْرِى أَذَكَرَ الثَّالِثَةَ أَمْ لاَ - ثُمَّ أَفْرَغَ بِيَمِينِهِ عَلَى شِمَالِهِ ، فَغَسَلَ فَرْجَهُ ، ثُمَّ دَلَكَ يَدَهُ بِالأَرْضِ أَوْ بِالْحَائِطِ ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ ، وَغَسَلَ وَجْهَهُ وَيَدَيْهِ ، وَغَسَلَ رَأْسَهُ ، ثُمَّ صَبَّ عَلَى جَسَدِهِ ، ثُمَّ تَنَحَّى فَغَسَلَ قَدَمَيْهِ ، فَنَاوَلْتُهُ خِرْقَةً ، فَقَالَ بِيَدِهِ هَكَذَا ، وَلَمْ يُرِدْهَا .

“Rəvayət edilir ki, Məymunə bint əl-Haris ﵂ demişdir: “Mən qüsl alması üçün Allah Elçisinə ﷺ su gətirib qoydum və ona pərdə düzəltdim. O, su tökərək əlini bir və ya iki dəfə yudu. Sonra sağ əli ilə sol əlinə su töküb cinsiyyət üzvünü yudu. Sonra əlini yerə vuraraq torpağa və ya divara sürtdü. Sonra ağzını yaxaladı və burnunun içini yudu. Sonra üzünü və əllərini yudu. Sonra başını yudu. Sonra bədəninə su tökdü. Sonra kənara çəkilərək ayaqlarını yudu. Bu arada silinməsi üçün ona parça uzatdım, lakin əli ilə istəmədiyinə işarə etdi”.”

Məymunə bint əl-Haris
SəhihBuxari, 266 (Qüsl, 19)

Fəsil 12

Cinsi yaxınlıq etdikdən sonra bunu bir daha təkrar etmək və bir qüsl ilə bütün qadınları ilə yaxınlıq edən

باب إِذَا جَامَعَ ثُمَّ عَادَ ، وَمَنْ دَارَ عَلَى نِسَائِهِ فِى غُسْلٍ وَاحِدٍ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ وَيَحْيَى بْنُ سَعِيدٍ عَنْ شُعْبَةَ عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ عَنْ أَبِيهِ قَالَ ذَكَرْتُهُ لِعَائِشَةَ فَقَالَتْ يَرْحَمُ اللَّهُ أَبَا عَبْدِ الرَّحْمَنِ ، كُنْتُ أُطَيِّبُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَطُوفُ عَلَى نِسَائِهِ ، ثُمَّ يُصْبِحُ مُحْرِمًا يَنْضَخُ طِيبًا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah İbn Ömərə rəhm etsin! Mən Allah Elçisinə ﷺ ətir vurardım; o da öz zövcələri ilə (hamısının evinə bir-bir gedərək) yaxınlıq edərdi. Səhəri gün isə bədənindən ətir qoxusu gəldiyi halda ehrama girərdi”.”

Aişə
SəhihBuxari, 267 (Qüsl, 20)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدُورُ عَلَى نِسَائِهِ فِى السَّاعَةِ الْوَاحِدَةِ مِنَ اللَّيْلِ وَالنَّهَارِ ، وَهُنَّ إِحْدَى عَشْرَةَ . قَالَ قُلْتُ لأَنَسٍ أَوَكَانَ يُطِيقُهُ قَالَ كُنَّا نَتَحَدَّثُ أَنَّهُ أُعْطِىَ قُوَّةَ ثَلاَثِينَ . وَقَالَ سَعِيدٌ عَنْ قَتَادَةَ إِنَّ أَنَسًا حَدَّثَهُمْ تِسْعُ نِسْوَةٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ gecənin və ya gündüzün bir vaxtında öz qadınları ilə yaxınlıq edərdi. Onlar on bir qadın idi. Ənəsdən soruşdular: “Onun buna taqəti çatırdımı?” O dedi: “Biz öz aramızda deyərdik ki, ona otuz kişinin gücü verilmişdir”. Ənəsin rəvayət etdiyi digər hədisdə deyilir: “Onlar doqquz qadın idi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 268 (Qüsl, 21)

Fəsil 13

Məzini yumaq və buna görə dəstəmaz almaq

باب غَسْلِ الْمَذْىِ وَالْوُضُوءِ مِنْهُ

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ أَبِى حَصِينٍ عَنْ أَبِى عَبْدِ الرَّحْمَنِ عَنْ عَلِىٍّ قَالَ كُنْتُ رَجُلاً مَذَّاءً فَأَمَرْتُ رَجُلاً أَنْ يَسْأَلَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ فَسَأَلَ فَقَالَ « تَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ » .

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Məndən tez-tez məzi axırdı. Qızının məqamına (mənim zövcəm olduğuna) görə Peyğəmbərdən ﷺ bu haqda soruşmağı başqa adama dedim, o da soruşdu. Peyğəmbər ﷺ buyurdu: “Cinsiyyət üzvünü yu və dəstəmaz al!””

Əli
SəhihBuxari, 269 (Qüsl, 22)

Fəsil 14

Ətirləndikdən sonra qüsl alan və bədənində ətirin izi qalan

باب مَنْ تَطَيَّبَ ثُمَّ اغْتَسَلَ وَبَقِىَ أَثَرُ الطِّيبِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ عَنْ أَبِيهِ قَالَ سَأَلْتُ عَائِشَةَ فَذَكَرْتُ لَهَا قَوْلَ ابْنِ عُمَرَ مَا أُحِبُّ أَنْ أُصْبِحَ مُحْرِمًا أَنْضَخُ طِيبًا . فَقَالَتْ عَائِشَةُ أَنَا طَيَّبْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ طَافَ فِى نِسَائِهِ ثُمَّ أَصْبَحَ مُحْرِمًا .

“Rəvayət edilir ki, Muhəmməd ibn əl-Muntəşir ﵀ demişdir: “Mən Aişəyə İbn Ömərin ehramlı olduğu halda ətir vurmağı xoşlamamasını danışdım. Aişə dedi: “Mən Allah Elçisinə ﷺ ətir vurardım, o da öz zövcələri ilə (bir-bir evlərinə gedərək) yaxınlıq edər, səhəri gün isə (bədənindən ətir qoxusu gəldiyi halda) ehrama girərdi”.”

Muhəmməd ibn əl-Muntəşir
SəhihBuxari, 270 (Qüsl, 23)

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا الْحَكَمُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ كَأَنِّى أَنْظُرُ إِلَى وَبِيصِ الطِّيبِ فِى مَفْرِقِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ مُحْرِمٌ .

“Rəvayət edilir k, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ehramda ikən, onun saçını ayırdığı yerdəki ətirin parıltısı indiyə qədər gözlərimin önündədir”.”

Aişə
SəhihBuxari, 271 (Qüsl, 24)

Fəsil 15

Qüsl əsnasında dərisini su ilə yaxşıca islatdığını zənn edib saçların dibini ovxalamaq

باب تَخْلِيلِ الشَّعَرِ حَتَّى إِذَا ظَنَّ أَنَّهُ قَدْ أَرْوَى بَشَرَتَهُ أَفَاضَ عَلَيْهِ

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ غَسَلَ يَدَيْهِ ، وَتَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ثُمَّ اغْتَسَلَ ، ثُمَّ يُخَلِّلُ بِيَدِهِ شَعَرَهُ ، حَتَّى إِذَا ظَنَّ أَنْ قَدْ أَرْوَى بَشَرَتَهُ ، أَفَاضَ عَلَيْهِ الْمَاءَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ cənabətli olduqdan sonra qüsl aldıqda əllərini yuyar və namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alar, ondan sonra qüsl edərdi. Sonra yaş əli ilə saçlarının dibini ovxalayardı. Başının dərisini tam islatdığını yəqin etdikdə üstünə üç dəfə su tökər, sonra da bədəninin qalan hissəsini yuyardı”.”

Aişə
SəhihBuxari, 272 (Qüsl, 25)

وَقَالَتْ كُنْتُ أَغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ نَغْرِفُ مِنْهُ جَمِيعًا .

“Həmçinin Aişə ﵂ demişdir: “Mən və Allah Elçisi ﷺ birlikdə bir qabdan ovucla su götürüb qüsl alardıq”.”

Aişə
SəhihBuxari, 273 (Qüsl, 26)

Fəsil 16

Cənabət qüslu aldıqda dəstəmaz alan və bədəninin qalan hissəsini yuyarkən dəstəmaz üzvlərini yumayan

باب مَنْ تَوَضَّأَ فِى الْجَنَابَةِ ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ ، وَلَمْ يُعِدْ ، غَسْلَ مَوَاضِعِ الْوُضُوءِ مَرَّةً أُخْرَى .

حَدَّثَنَا يُوسُفُ بْنُ عِيسَى قَالَ أَخْبَرَنَا الْفَضْلُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا الأَعْمَشُ عَنْ سَالِمٍ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ قَالَتْ وَضَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضُوءًا لِجَنَابَةٍ فَأَكْفَأَ بِيَمِينِهِ عَلَى شِمَالِهِ مَرَّتَيْنِ ، أَوْ ثَلاَثًا ، ثُمَّ غَسَلَ فَرْجَهُ ، ثُمَّ ضَرَبَ يَدَهُ بِالأَرْضِ - أَوِ الْحَائِطِ - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ، ثُمَّ مَضْمَضَ وَاسْتَنْشَقَ ، وَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ ، ثُمَّ أَفَاضَ عَلَى رَأْسِهِ الْمَاءَ ، ثُمَّ غَسَلَ جَسَدَهُ ، ثُمَّ تَنَحَّى فَغَسَلَ رِجْلَيْهِ . قَالَتْ فَأَتَيْتُهُ بِخِرْقَةٍ ، فَلَمْ يُرِدْهَا ، فَجَعَلَ يَنْفُضُ بِيَدِهِ .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Mən Peyğəmbərə ﷺ yuyunmaq üçün su qoydum. O, iki və ya üç dəfə əllərini yudu. Ondan sonra sol əli üzərinə su tökərək qasığını yudu. Sonra əlini yerə sürtdü. Sonra ağzını yaxaladı və burnuna su çəkdi. Üzünü və əllərini yudu. Sonra bədəninə su tökdü. Sonra yerini dəyişərək ayaqlarını yudu”.”

Məymunə
SəhihBuxari, 274 (Qüsl, 27)

Fəsil 17

Adam məsciddə ikən cənabətli olduğunu xatırlasa, təyəmmüm etmədən bayıra çıxmalıdır

باب إِذَا ذَكَرَ فِى الْمَسْجِدِ أَنَّهُ جُنُبٌ يَخْرُجُ كَمَا هُوَ وَلاَ يَتَيَمَّمُ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أُقِيمَتِ الصَّلاَةُ ، وَعُدِّلَتِ الصُّفُوفُ قِيَامًا ، فَخَرَجَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا قَامَ فِى مُصَلاَّهُ ذَكَرَ أَنَّهُ جُنُبٌ فَقَالَ لَنَا : « مَكَانَكُمْ » . ثُمَّ رَجَعَ فَاغْتَسَلَ ، ثُمَّ خَرَجَ إِلَيْنَا وَرَأْسُهُ يَقْطُرُ ، فَكَبَّرَ فَصَلَّيْنَا مَعَهُ . تَابَعَهُ عَبْدُ الأَعْلَى عَنْ مَعْمَرٍ عَنِ الزُّهْرِىِّ . وَرَوَاهُ الأَوْزَاعِىُّ عَنِ الزُّهْرِىِّ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə namaza başlamaq üçün iqamə verildi və cərgələr düzəldi. Allah Elçisi ﷺ bizim yanımıza gəlib namaza durduqda cənabətli olduğunu xatırladı. O bizə: “Yerinizdən tərpənməyin!”– dedi və evinə qayıdıb qüsl aldı, sonra başından su damcılaya-damcılaya yanımıza gəlib təkbir gətirdi və biz də onunla birlikdə namaz qıldıq”.”

Əbu Hureyra
SəhihBuxari, 275 (Qüsl, 28)

Fəsil 18

Cənabət qüslu aldıqda (qalan damcılara görə) əlləri silkələmək

باب نَفْضِ الْيَدَيْنِ مِنَ الْغُسْلِ عَنِ الْجَنَابَةِ

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا أَبُو حَمْزَةَ قَالَ سَمِعْتُ الأَعْمَشَ عَنْ سَالِمٍ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَتْ مَيْمُونَةُ وَضَعْتُ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غُسْلاً ، فَسَتَرْتُهُ بِثَوْبٍ ، وَصَبَّ عَلَى يَدَيْهِ فَغَسَلَهُمَا ، ثُمَّ صَبَّ بِيَمِينِهِ عَلَى شِمَالِهِ ، فَغَسَلَ فَرْجَهُ ، فَضَرَبَ بِيَدِهِ الأَرْضَ فَمَسَحَهَا ، ثُمَّ غَسَلَهَا فَمَضْمَضَ ، وَاسْتَنْشَقَ ، وَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ ، ثُمَّ صَبَّ عَلَى رَأْسِهِ ، وَأَفَاضَ عَلَى جَسَدِهِ ، ثُمَّ تَنَحَّى فَغَسَلَ قَدَمَيْهِ ، فَنَاوَلْتُهُ ثَوْبًا فَلَمْ يَأْخُذْهُ ، فَانْطَلَقَ وَهْوَ يَنْفُضُ يَدَيْهِ .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Mən qüsl alması üçün Peyğəmbərə ﷺ su gətirib qoydum. Görünməmək üçün ona pərdə çəkdim. Sonra o, əllərinə su töküb onları yudu. Sonra sağ əli ilə sol əlinə su töküb cinsiyyət üzvünü yudu. Sonra əlini torpağa sürtdü və yudu. Sonra ağzını yaxaladı və burnunun içini yudu. Sonra üzünü və qollarını. Sonra başına və bədəninə su tökdü. Sonra kənara çəkilərək ayaqlarını yudu. Sonra ona bir paltar olan parça uzatdım, lakin onu götürmədi və əllərini silkələyərək kənara çəkildi”.”

Məymunə
SəhihBuxari, 276 (Qüsl, 29)

Fəsil 19

Qüsl almağı başının sağ tərəfini yumaqla başlayan

باب مَنْ بَدَأَ بِشِقِّ رَأْسِهِ الأَيْمَنِ فِى الْغُسْلِ

حَدَّثَنَا خَلاَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ نَافِعٍ عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ عَنْ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ عَنْ عَائِشَةَ قَالَتْ كُنَّا إِذَا أَصَابَتْ إِحْدَانَا جَنَابَةٌ ، أَخَذَتْ بِيَدَيْهَا ثَلاَثًا فَوْقَ رَأْسِهَا ، ثُمَّ تَأْخُذُ بِيَدِهَا عَلَى شِقِّهَا الأَيْمَنِ ، وَبِيَدِهَا الأُخْرَى عَلَى شِقِّهَا الأَيْسَرِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Birimiz cənabət halında olduqda suyu əli götürüb başına üç dəfə tökərdi. Sonra suyu əli ilə götürüb sağ tərəfinə, digər əli ilə də sol tərəfinə töküb yuyunardı”.”

Aişə
SəhihBuxari, 277 (Qüsl, 30)

Fəsil 20

Xəlvətə çəkilib təklikdə çılpaq çimən və örtünüb çimməyin daha fəzilətli olmasına görə örtünüb çimən

باب مَنِ اغْتَسَلَ عُرْيَانًا وَحْدَهُ فِى الْخَلْوَةِ ، وَمَنْ تَسَتَّرَ فَالتَّسَتُّرُ أَفْضَلُ

وَقَالَ بَهْزٌ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُ أَحَقُّ أَنْ يُسْتَحْيَا مِنْهُ مِنَ النَّاسِ » .

Bəhz ﵀ atasından və babasından rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah həya edilməyə insanlardan daha layiqdir”.

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ عَنْ مَعْمَرٍ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « كَانَتْ بَنُو إِسْرَائِيلَ يَغْتَسِلُونَ عُرَاةً ، يَنْظُرُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، وَكَانَ مُوسَى يَغْتَسِلُ وَحْدَهُ ، فَقَالُوا وَاللَّهِ مَا يَمْنَعُ مُوسَى أَنْ يَغْتَسِلَ مَعَنَا إِلاَّ أَنَّهُ آدَرُ ، فَذَهَبَ مَرَّةً يَغْتَسِلُ ، فَوَضَعَ ثَوْبَهُ عَلَى حَجَرٍ ، فَفَرَّ الْحَجَرُ بِثَوْبِهِ ، فَخَرَجَ مُوسَى فِى إِثْرِهِ يَقُولُ ثَوْبِى يَا حَجَرُ . حَتَّى نَظَرَتْ بَنُو إِسْرَائِيلَ إِلَى مُوسَى ، فَقَالُوا وَاللَّهِ مَا بِمُوسَى مِنْ بَأْسٍ . وَأَخَذَ ثَوْبَهُ ، فَطَفِقَ بِالْحَجَرِ ضَرْبًا » . فَقَالَ أَبُو هُرَيْرَةَ وَاللَّهِ إِنَّهُ لَنَدَبٌ بِالْحَجَرِ سِتَّةٌ أَوْ سَبْعَةٌ ضَرْبًا بِالْحَجَرِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İsrail oğulları çılpaq olaraq, bir-birinə baxa-baxa çimirdilər. Musa isə təklikdə çimərdi. (İsrail oğulları): “Musaya bizimlə birlikdə çimməyə mane olan, ancaq onun dəbə olmasıdır”– dedilər. Bir dəfə Musa çimməyə getdi və paltarını daşın üstünə qoydu. Birdən daş onun paltarını götürüb qaçdı. Musa: “Paltarımı (qaytar), ey daş!” deyə-deyə daşın arxasınca qaçdı. Nəhayət, İsrail oğulları Musanı çılpaq gördülər və: “Allaha and olsun ki, Musada heç bir qüsur yox imiş”– dedilər. Musa paltarını götürdü və daşı vurmağa başladı”. Əbu Hureyra dedi: “Allaha and olsun! Musa daşa altı, yaxud yeddi zərbə vurmaqla daşı tənbeh etdi”.”

Əbu Hureyra
SəhihBuxari, 278 (Qüsl, 31)

وَعَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بَيْنَا أَيُّوبُ يَغْتَسِلُ عُرْيَانًا فَخَرَّ عَلَيْهِ جَرَادٌ مِنْ ذَهَبٍ ، فَجَعَلَ أَيُّوبُ يَحْتَثِى فِى ثَوْبِهِ ، فَنَادَاهُ رَبُّهُ يَا أَيُّوبُ ، أَلَمْ أَكُنْ أَغْنَيْتُكَ عَمَّا تَرَى قَالَ بَلَى وَعِزَّتِكَ وَلَكِنْ لاَ غِنَى بِى عَنْ بَرَكَتِكَ » . وَرَوَاهُ إِبْرَاهِيمُ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ صَفْوَانَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بَيْنَا أَيُّوبُ يَغْتَسِلُ عُرْيَانًا » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əyyub çılpaq çimərkən onun üstünə qızıldan çəyirtkələr töküldü. Əyyub (onları) paltarının (cibinə) yığmağa başladı. (Bu vaxt) Rəbbi onu çağırıb: “Ey Əyyub! Məgər Mən səni bu gördüyündən (də artığı ilə) zəngin etmədimmi?”– deyə buyurdu. Əyyub: “Bəli, Sənin izzətinə and olsun ki, (elədir). Lakin mən Sənin bərəkətinə (hər zaman) möhtacam”– deyə cavab verdi”. Həmçinin Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Əyyub lüt qüsl alardı”.”

Əbu Hureyra
SəhihBuxari, 279 (Qüsl, 32)

Fəsil 21

İnsanların yanında qüsl etdikdə pərdə tutmaq

باب التَّسَتُّرِ فِى الْغُسْلِ عِنْدَ النَّاسِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ أَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ أَنَّ أَبَا مُرَّةَ مَوْلَى أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أُمَّ هَانِئٍ بِنْتَ أَبِى طَالِبٍ تَقُولُ ذَهَبْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الْفَتْحِ ، فَوَجَدْتُهُ يَغْتَسِلُ وَفَاطِمَةُ تَسْتُرُهُ فَقَالَ « مَنْ هَذِهِ » . فَقُلْتُ أَنَا أُمُّ هَانِئٍ .

“Rəvayət edilir ki, Ummu Hani bint Əbu Talib ﵂ demişdir: “Mən Məkkənin fəthi ilində Allah Elçisinin ﷺ yanına getdim və onun qüsl aldığını, Fatimənin də pərdə tutduğunu gördüm. Allah Elçisi ﷺ: “Bu qadın kimdir?”– deyə soruşdu. “Mənəm, Ummu Hani”– deyə cavab verdim”.”

Ummu Hani bint Əbu Talib
SəhihBuxari, 280 (Qüsl, 33)

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ عَنْ كُرَيْبٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ مَيْمُونَةَ قَالَتْ سَتَرْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يَغْتَسِلُ مِنَ الْجَنَابَةِ ، فَغَسَلَ يَدَيْهِ ثُمَّ صَبَّ بِيَمِينِهِ عَلَى شِمَالِهِ ، فَغَسَلَ فَرْجَهُ ، وَمَا أَصَابَهُ ، ثُمَّ مَسَحَ بِيَدِهِ عَلَى الْحَائِطِ أَوِ الأَرْضِ ، ثُمَّ تَوَضَّأَ وُضُوءَهُ لِلصَّلاَةِ ، غَيْرَ رِجْلَيْهِ ، ثُمَّ أَفَاضَ عَلَى جَسَدِهِ الْمَاءَ ، ثُمَّ تَنَحَّى فَغَسَلَ قَدَمَيْهِ . تَابَعَهُ أَبُو عَوَانَةَ وَابْنُ فُضَيْلٍ فِى السَّتْرِ .

“Rəvayət edilir ki, Məymunə ﵂ demişdir: “Peyğəmbər ﷺ cənabət qüslu alanda mən ona pərdə tutdum. O, əlini yudu, sonra sağ əli ilə sol əlinə su tökdü, cinsiyyət üzvünü və ora dəyənləri yudu. Sonra əlini divara və ya yerə sürtdü, sonra da əlini yudu. Sonra namaz üçün alınan dəstəmaz kimi dəstəmaz aldı, ayaqlarından başqa. Sonra bədəninin qalan hissəsinə su tökdü. Sonra kənara çəkilib ayaqlarını yudu”.”

Məymunə
SəhihBuxari, 281 (Qüsl, 34)

Fəsil 22

Qadın ihtilam olarsa

باب إِذَا احْتَلَمَتِ الْمَرْأَةُ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ زَيْنَبَ بِنْتِ أَبِى سَلَمَةَ عَنْ أُمِّ سَلَمَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا قَالَتْ جَاءَتْ أُمُّ سُلَيْمٍ امْرَأَةُ أَبِى طَلْحَةَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَتْ يَا رَسُولَ اللَّهِ ، إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِى مِنَ الْحَقِّ ، هَلْ عَلَى الْمَرْأَةِ مِنْ غُسْلٍ إِذَا هِىَ احْتَلَمَتْ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ إِذَا رَأَتِ الْمَاءَ » .

“Rəvayət edilir ki, möminlərin anası Ummu Sələmə ﵂ demişdir: “Ummu Suleym Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah haqqı deməkdən həya etməz. Qadın ihtilam olduqda qüsl almalıdırmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, əgər su görübsə (məni axıdıbsa), almalıdır!””

Ummu Sələmə
SəhihBuxari, 282 (Qüsl, 35)

Fəsil 23

Cənabət halında olanın təri və “müsəlman murdar olmaz”

باب عَرَقِ الْجُنُبِ وَأَنَّ الْمُسْلِمَ لاَ يَنْجُسُ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا حُمَيْدٌ قَالَ حَدَّثَنَا بَكْرٌ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَقِيَهُ فِى بَعْضِ طَرِيقِ الْمَدِينَةِ وَهْوَ جُنُبٌ ، فَانْخَنَسْتُ مِنْهُ ، فَذَهَبَ فَاغْتَسَلَ ، ثُمَّ جَاءَ فَقَالَ « أَيْنَ كُنْتَ يَا أَبَا هُرَيْرَةَ » . قَالَ كُنْتُ جُنُبًا ، فَكَرِهْتُ أَنْ أُجَالِسَكَ وَأَنَا عَلَى غَيْرِ طَهَارَةٍ . فَقَالَ « سُبْحَانَ اللَّهِ ، إِنَّ الْمُؤْمِنَ لاَ يَنْجُسُ » .

“Rəvayət edilir ki, bir gün Əbu Hureyra ﵁ cənabətli halda Mədinənin küçələrindən birində Peyğəmbərlə ﷺ rastlaşdı. Peyğəmbərdən ﷺ aralanıb getdi, sonra da qüsl alıb geri qayıtdı. Peyğəmbər ﷺ dedi: “Harada idin, ey Əbu Hureyra?” Əbu Hureyra dedi: “Cənabətli idim. Ona görə təmiz olmadığım halda sənin yanında oturmaq istəmədim”. Peyğəmbər ﷺ isə buyurdu “Subhən-Allah! Mömin murdar olmaz”.”

Əbu Hureyra
SəhihBuxari, 283 (Qüsl, 36)

Fəsil 24

Cənabət halında olanın evdən çıxıb bazarda və başqa yerlərdə gəzməsi

باب الْجُنُبُ يَخْرُجُ وَيَمْشِى فِى السُّوقِ وَغَيْرِهِ

وَقَالَ عَطَاءٌ يَحْتَجِمُ الْجُنُبُ وَيُقَلِّمُ أَظْفَارَهُ ، وَيَحْلِقُ رَأْسَهُ ، وَإِنْ لَمْ يَتَوَضَّأْ

Əta ﵀ demişdir: “Cənabət halında olan adam dəstəmaz almasa da, qan aldıra, dırnaqlarını tuta və başını qırxdıra bilər”.

حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ حَمَّادٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنَا سَعِيدٌ عَنْ قَتَادَةَ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَطُوفُ عَلَى نِسَائِهِ فِى اللَّيْلَةِ الْوَاحِدَةِ ، وَلَهُ يَوْمَئِذٍ تِسْعُ نِسْوَةٍ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ bir gecədə bütün qadınlarına baş çəkərdi. Həmin vaxt onun doqquz zövcəsi var idi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 284 (Qüsl, 37)

حَدَّثَنَا عَيَّاشٌ قَالَ حَدَّثَنَا عَبْدُ الأَعْلَى حَدَّثَنَا حُمَيْدٌ عَنْ بَكْرٍ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لَقِيَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا جُنُبٌ ، فَأَخَذَ بِيَدِى ، فَمَشَيْتُ مَعَهُ حَتَّى قَعَدَ فَانْسَلَلْتُ ، فَأَتَيْتُ الرَّحْلَ ، فَاغْتَسَلْتُ ثُمَّ جِئْتُ وَهْوَ قَاعِدٌ فَقَالَ « أَيْنَ كُنْتَ يَا أَبَا هِرٍّ » فَقُلْتُ لَهُ . فَقَالَ « سُبْحَانَ اللَّهِ يَا أَبَا هِرٍّ إِنَّ الْمُؤْمِنَ لاَ يَنْجُسُ »

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən cənabətli olduğum halda Allah Elçisi ﷺ mənimlə rastlaşdı və mənim əlimdən tutdu. Beləliklə, mən onunla birlikdə yeridim. Nəhayət, oturdu, mən də aradan çıxıb qüsl aldım. Sonra gəldim, o hələ də oturmuşdu. Mənə dedi: “Harada idin, ey Əbu Hureyra?” Mən də olanları ona dedim. Allah Elçisi ﷺ buyurdu: “Subhən-Allah, ey Əbu Hirr! Həqiqətən, mömin murdar olmaz”.”

Əbu Hureyra
SəhihBuxari, 285 (Qüsl, 38)

Fəsil 25

Cənabət halında olanın qüsl almadan dəstəmaz alaraq evdə olması

باب كَيْنُونَةِ الْجُنُبِ فِى الْبَيْتِ إِذَا تَوَضَّأَ قَبْلَ أَنْ يَغْتَسِلَ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا هِشَامٌ وَشَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ قَالَ سَأَلْتُ عَائِشَةَ أَكَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَرْقُدُ وَهْوَ جُنُبٌ قَالَتْ نَعَمْ وَيَتَوَضَّأُ .

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Peyğəmbər ﷺ cənabətli halda yatardı?” Aişə dedi: “Bəli, (cənabətli halda olsa da) dəstəmaz alıb yatardı”.”

Əbu Sələmə
SəhihBuxari, 286 (Qüsl, 39)

Fəsil 26

Cənabət halında olanın yatması

باب نَوْمِ الْجُنُبِ

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَيَرْقُدُ أَحَدُنَا وَهْوَ جُنُبٌ قَالَ « نَعَمْ إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَرْقُدْ وَهُوَ جُنُبٌ » .

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ Allah Elçisindən ﷺ soruşdu: “Biz cənabətli olduqda yata bilərik?” Peyğəmbər ﷺ buyurdu: “Bəli! Əgər sizdən biriniz cənabətli olduğu halda dəstəmaz alsa, yata bilər”.”

Ömər ibn əl-Xattab
SəhihBuxari, 287 (Qüsl, 40)

Fəsil 27

Cənabət halında olanın dəstəmaz aldıqdan sonra yatması

باب الْجُنُبِ يَتَوَضَّأُ ثُمَّ يَنَامُ

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ أَبِى جَعْفَرٍ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَنَامَ وَهْوَ جُنُبٌ ، غَسَلَ فَرْجَهُ ، وَتَوَضَّأَ لِلصَّلاَةِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Əgər Peyğəmbər ﷺ cənabətli halda olduqda yatmaq istəyərdisə, cinsiyyət üzvünü yuyar və namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alıb yatardı”.”

Aişə
SəhihBuxari, 288 (Qüsl, 41)

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ اسْتَفْتَى عُمَرُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَيَنَامُ أَحَدُنَا وَهْوَ جُنُبٌ قَالَ « نَعَمْ ، إِذَا تَوَضَّأَ » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Ömər Peyğəmbərdən “birimiz cənabətli olduğu halda yata bilərmi?” deyə fətva istədi. Allah Elçisi ﷺ dedi: “Bəli, əgər dəstəmaz alsa, (yata bilər)”.”

Abdullah
SəhihBuxari, 289 (Qüsl, 42)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُ قَالَ ذَكَرَ عُمَرُ بْنُ الْخَطَّابِ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ تُصِيبُهُ الْجَنَابَةُ مِنَ اللَّيْلِ ، فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « تَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ ثُمَّ نَمْ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Ömər ibn əl-Xattab Allah Elçisinə ﷺ gecə ikən özünün cənabət halına düşməsini zikr etdi. Allah Elçisi ﷺ ona dedi: “Cinsiyyət üzvünü yu, dəstəmaz al və yat!””

İbn Ömər
SəhihBuxari, 290 (Qüsl, 43)

Fəsil 28

Kişi və qadının cinsiyyət üzvləri bir-birinə toxunarsa

باب إِذَا الْتَقَى الْخِتَانَانِ

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ ح وَحَدَّثَنَا أَبُو نُعَيْمٍ عَنْ هِشَامٍ عَنْ قَتَادَةَ عَنِ الْحَسَنِ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا جَلَسَ بَيْنَ شُعَبِهَا الأَرْبَعِ ثُمَّ جَهَدَهَا ، فَقَدْ وَجَبَ الْغَسْلُ » . تَابَعَهُ عَمْرُو بْنُ مَرْزُوقٍ عَنْ شُعْبَةَ مِثْلَهُ . وَقَالَ مُوسَى حَدَّثَنَا أَبَانُ قَالَ حَدَّثَنَا قَتَادَةُ أَخْبَرَنَا الْحَسَنُ مِثْلَهُ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kişi qadının dörd əzası arasında oturub onunla cinsi əlaqəyə girərsə, hər ikisinə qüsl almaq vacib olar”.”

Əbu Hureyra
SəhihBuxari, 291 (Qüsl, 44)

Fəsil 29

Qadının cinsiyyət üzvündən dəyənlərin yuyulması

باب غَسْلِ مَا يُصِيبُ مِنْ فَرْجِ الْمَرْأَةِ

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنِ الْحُسَيْنِ قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عَطَاءَ بْنَ يَسَارٍ أَخْبَرَهُ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عُثْمَانَ بْنَ عَفَّانَ فَقَالَ أَرَأَيْتَ إِذَا جَامَعَ الرَّجُلُ امْرَأَتَهُ فَلَمْ يُمْنِ . قَالَ عُثْمَانُ يَتَوَضَّأُ كَمَا يَتَوَضَّأُ لِلصَّلاَةِ ، وَيَغْسِلُ ذَكَرَهُ . قَالَ عُثْمَانُ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . فَسَأَلْتُ عَنْ ذَلِكَ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ وَالزُّبَيْرَ بْنَ الْعَوَّامِ وَطَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ وَأُبَىَّ بْنَ كَعْبٍ - رضى الله عنهم - فَأَمَرُوهُ بِذَلِكَ . قَالَ يَحْيَى وَأَخْبَرَنِى أَبُو سَلَمَةَ أَنَّ عُرْوَةَ بْنَ الزُّبَيْرِ أَخْبَرَهُ أَنَّ أَبَا أَيُّوبَ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ ذَلِكَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵀ Osman ibn Əffandan soruşdu: “Necə bilirsən, kişi öz qadını ilə cinsi yaxınlıq edib məni axıtmasa, nə etməlidir?” Osman: “Namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz almalı və cinsiyyət üzvünü yumalıdır”– deyə cavab verdi, sonra da Osman: “Bunu Allah Elçisindən ﷺ eşitdim”– deyə əlavə etdi. (Zeyd dedi:) “Mən bu haqda Əli ibn Əbu Talibdən, Zubeyr ibn əl-Əvvamdan, Talha ibn Ubeydullahdan və Ubey ibn Kəbdən ﵃ soruşdum. Hamısı bunu (cinsi əlaqədə olub məni axıtmayan) kəsə aid etdi”.”

Zeyd ibn Xalid əl-Cuhəni
SəhihBuxari, 292 (Qüsl, 45)

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامِ بْنِ عُرْوَةَ قَالَ أَخْبَرَنِى أَبِى قَالَ أَخْبَرَنِى أَبُو أَيُّوبَ قَالَ أَخْبَرَنِى أُبَىُّ بْنُ كَعْبٍ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ إِذَا جَامَعَ الرَّجُلُ الْمَرْأَةَ فَلَمْ يُنْزِلْ قَالَ « يَغْسِلُ مَا مَسَّ الْمَرْأَةَ مِنْهُ ، ثُمَّ يَتَوَضَّأُ وَيُصَلِّى » . قَالَ أَبُو عَبْدِ اللَّهِ الْغَسْلُ أَحْوَطُ ، وَذَاكَ الآخِرُ ، وَإِنَّمَا بَيَّنَّا لاِخْتِلاَفِهِمْ .

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Ey Allahın Elçisi, əgər kişi qadını ilə cinsi yaxınlıq etsə, lakin məni axıtmasa, nə etməlidir?” Allah Elçisi ﷺ buyurdu: “Qadına toxunan hissəni yuyar, dəstəmaz alıb namaz qılar”. Əbu Abdullah əl-Buxari dedi: “Ehtiyata görə qüsl almaq lazımdır. Bu məsələdə ixtilaf olduğuna görə biz bunu qeyd etdik”.”

Ubey ibn Kəb
SəhihBuxari, 293 (Qüsl, 46)