Sunən ən-NəsəiKusuf (günəşin və ayın tutulması) kitabı

Kitab 16

Kusuf (günəşin və ayın tutulması) kitabı

كِتَابُ الْكُسُوفِ

45

hədis

Fəsil 1

Günəş və ay tutulması

كُسُوفُ الشَّمْسِ وَالْقَمَرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ تَعَالَى لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُخَوِّفُ بِهِمَا عِبَادَهُ.

“Rəvayət edilir ki, Əbu Bəkrə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, günəş və ay Uca Allahın varlığının əlamətlərindəndir. Onlar heç kimin ölməsi və ya dünyaya gəlməsi səbəbi ilə tutulmurlar. Allah ﷿ bununla Öz qullarını qorxudur”.”

Əbu Bəkrə
SəhihNəsəi, 1459 (Kusuf, 1)

Fəsil 2

Günəş tutulduqda təsbih, təkbir və dua etmək

التَّسْبِيحُ وَالتَّكْبِيرُ وَالدُّعَاءُ عِنْدَ كُسُوفِ الشَّمْسِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو هِشَامٍ هُوَ الْمُغِيرَةُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا أَبُو مَسْعُودٍ الْجُرَيْرِيُّ ، عَنْ حَيَّانَ بْنِ عُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَمُرَةَ ، قَالَ : بَيْنَا أَنَا أَتَرَامَى بِأَسْهُمٍ لِي بِالْمَدِينَةِ إِذْ انْكَسَفَتِ الشَّمْسُ ، فَجَمَعْتُ أَسْهُمِي ، وَقُلْتُ : لأَنْظُرَنَّ مَا أَحْدَثَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي كُسُوفِ الشَّمْسِ ، فَأَتَيْتُهُ مِمَّا يَلِي ظَهْرَهُ ، وَهُوَ فِي الْمَسْجِدِ فَجَعَلَ يُسَبِّحُ ، وَيُكَبِّرُ ، وَيَدْعُو حَتَّى حُسِرَ عَنْهَا ، قَالَ : ثُمَّ قَامَ فَصَلَّى رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Səmura ﵁ demişdir: “Mən Mədinədə öz oxlarımı ataraq məşq edirdim. Bu zaman günəş tutuldu. Mən oxlarımı toplayıb dedim: “Mən günəş tutulduqda Allah Elçisinin ﷺ nə etdiyinə baxmalıyam”. O, məsciddə idi. Günəş açılana qədər təsbih və təkbir edib dua etdi. Sonra qalxdı, dörd səcdədən ibarət olan iki rükət namaz qıldı”.”

Abdur-Rahmən ibn Səmura
SəhihNəsəi, 1460 (Kusuf, 2)

Fəsil 3

Günəş tutulduqda namaz qılmağın əmr edilməsi

الأَمْرُ بِالصَّلاَةِ عِنْدَ كُسُوفِ الشَّمْسِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ الْقَاسِمِ حَدَّثَهُ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللهِ تَعَالَى ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, günəş və ay heç kimin ölməsi və ya dünyaya gəlməsi səbəbi ilə tutulmurlar. Onlar Uca Allahın varlığının əlamətlərindəndir. Onların (tutulmalarını) gördükdə namaz qılın!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 1461 (Kusuf, 3)

Fəsil 4

Ay tutulduqda namaz qılmağın əmr olunması

بَابُ الأَمْرِ بِالصَّلاَةِ عِنْدَ كُسُوفِ الْقَمَرِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنِي قَيْسٌ ، عَنْ أَبِي مَسْعُودٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللهِ عَزَّ وَجَلَّ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, günəş və ay heç kimin ölməsinə görə tutulmurlar. Onlar Allahın ﷿ varlığının əlamətlərindəndir. Onları (tutulmalarını) gördükdə namaz qılın!””

Əbu Məsud
SəhihNəsəi, 1462 (Kusuf, 4)

Fəsil 5

Günəş tutulduqda hava açılana qədər namaz qılmaq

بَابُ الأَمْرِ بِالصَّلاَةِ عِنْدَ الْكُسُوفِ حَتَّى تَنْجَلِيَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ كَامِلٍ الْمَرْوَزِيُّ ، عَنْ هُشَيْمٍ ، عَنْ يُونُسَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ عَزَّ وَجَلَّ ، وَإِنَّهُمَا لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا حَتَّى تَنْجَلِيَ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, günəş və ay Allahın ﷿ varlığının dəlillərindən bir dəlildir. Onlar heç kimin ölməsi və ya doğulması səbəbi ilə tutulmur. Onların tutulmasını gördükdə hava açılana qədər namaz qılın”.”

Əbu Bəkratə
SəhihNəsəi, 1463 (Kusuf, 5)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، قَالَ : كُنَّا جُلُوسًا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَكَسَفَتِ الشَّمْسُ ، فَوَثَبَ يَجُرُّ ثَوْبَهُ ، فَصَلَّى رَكْعَتَيْنِ حَتَّى انْجَلَتْ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə oturmuşduq. Bu vaxt günəş tutuldu və Peyğəmbər ﷺ paltarını yığıb qalxdı və günəş açılana (hava açılana) qədər iki rükət namaz qıldı”.”

Əbu Bəkratə
SəhihNəsəi, 1464 (Kusuf, 6)

Fəsil 6

Kusuf namazı üçün camaatın namaza çağırılması

بَابُ الأَمْرِ بِالنِّدَاءِ لِصَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَمَرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنَادِيًا يُنَادِي : أَنِ الصَّلاَةَ جَامِعَةً ، فَاجْتَمَعُوا وَاصْطَفُّوا ، فَصَلَّى بِهِمْ أَرْبَعَ رَكَعَاتٍ فِي رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutulmuşdu. Peyğəmbər ﷺ insanları camaat namazına çağırmaq üçün bir carçıya əmr verdi. Camaat toplandı və səfə düzüldülər. Allah Elçisi ﷺ onlara dörd ruku və dörd səcdəsi olan iki rükətli namaz qıldırdı”.”

Aişə
SəhihNəsəi, 1465 (Kusuf, 7)

Fəsil 7

Kusuf namazında olan səflər (cərgələr)

بَابُ الصُّفُوفِ فِي صَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ خَالِدِ بْنِ خَلِيٍّ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ عَائِشَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ : كَسَفَتِ الشَّمْسُ فِي حَيَاةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الْمَسْجِدِ ، فَقَامَ فَكَبَّرَ ، وَصَفَّ النَّاسُ وَرَاءَهُ ، فَاسْتَكْمَلَ أَرْبَعَ رَكَعَاتٍ ، وَأَرْبَعَ سَجَدَاتٍ ، وَانْجَلَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَنْصَرِفَ.

“Urva ibn əz-Zubeyr ﵀ rəvayət edir ki, Peyğəmğəmbərin ﷺ zövcəsi Aişə demişdir: “Allah Elçisinin ﷺ yaşadığı dövrdə günəş tutulmuşdu. Allah Elçisi ﷺ (evindən) məscidə çıxdı və namaza dayanıb təkbir etdi. İnsanlar da onun arxasında səfdə dayandılar. O, dörd ruku və dörd səcdə etdi, namazı bitirməsindən əvvəl isə günəşin üzü açıldı”.”

Urva ibn əz-Zubeyr
SəhihNəsəi, 1466 (Kusuf, 8)

Fəsil 8

Kusuf namazının necəliyi

بَابُ كَيْفَ صَلاَةُ الْكُسُوفِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ إِسْمَعِيلَ ابْنِ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ الثَّوْرِيُّ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عِنْدَ كُسُوفِ الشَّمْسِ ثَمَانِيَ رَكَعَاتٍ ، وَأَرْبَعَ سَجَدَاتٍ ، وَعَنْ عَطَاءٍ مِثْلُ ذَلِكَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş tutulan zaman səkkiz rukusu və dörd səcdəsi olan bir namaz qıldı. Ətadan da bu cür rəvayət olunmuşdur.”

İbn Abbas
ZəifNəsəi, 1467 (Kusuf, 9)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ يَحْيَى ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنَا حَبِيبُ بْنُ أَبِي ثَابِتٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ صَلَّى فِي كُسُوفٍ فَقَرَأَ ، ثُمَّ رَكَعَ ، ثُمَّ قَرَأَ ، ثُمَّ رَكَعَ ، ثُمَّ قَرَأَ ، ثُمَّ رَكَعَ ، ثُمَّ قَرَأَ ، ثُمَّ رَكَعَ ، ثُمَّ سَجَدَ ، وَالأُخْرَى مِثْلُهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ günəşin və ya ayın tutulması namazını qıldıqda Quran oxudu, sonra ruku etdi. Sonra qalxıb Quran oxudu, sonra ruku etdi. Sonra qalxıb Quran oxudu, sonra ruku etdi. Sonra qalxıb Quran oxudu, sonra ruku etdi. Sonra səcdə etdi. Bundan sonrakı rükətdə də belə etdi.”

İbn Abbas
ZəifNəsəi, 1468 (Kusuf, 10)

Fəsil 9

Kusuf namazının başqa bir növü

نَوْعٌ آخَرُ مِنْ صَلاَةِ الْكُسُوفِ عَنْ ابْنِ عَبَّاسٍ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ ابْنِ نَمِرٍ وَهُوَ عَبْدُ الرَّحْمَنِ بْنُ نَمِرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ كَثِيرِ بْنِ عَبَّاسٍ وَأَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي كَثِيرُ بْنُ عَبَّاسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمَ كَسَفَتِ الشَّمْسُ أَرْبَعَ رَكَعَاتٍ فِي رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ.

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş tutulduğu gün dörd ruku və dörd səcdəsi olan iki rükətli namaz qıldı.”

Abdullah ibn Abbas
SəhihNəsəi, 1469 (Kusuf, 11)

Fəsil 10

Kusuf namazının başqa bir növü

نَوْعٌ آخَرُ مِنْ صَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ بْنَ عُمَيْرٍ يُحَدِّثُ ، قَالَ : حَدَّثَنِي مَنْ أُصَدِّقُ ، فَظَنَنْتُ أَنَّهُ يُرِيدُ عَائِشَةَ ، أَنَّهَا قَالَتْ : كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ بِالنَّاسِ قِيَامًا شَدِيدًا ، يَقُومُ بِالنَّاسِ ، ثُمَّ يَرْكَعُ ، ثُمَّ يَقُومُ ، ثُمَّ يَرْكَعُ ، ثُمَّ يَقُومُ ، ثُمَّ يَرْكَعُ ، فَرَكَعَ رَكْعَتَيْنِ فِي كُلِّ رَكْعَةٍ ثَلاَثَ رَكَعَاتٍ ، رَكَعَ الثَّالِثَةَ ، ثُمَّ سَجَدَ حَتَّى إِنَّ رِجَالاً يَوْمَئِذٍ يُغْشَى عَلَيْهِمْ ، حَتَّى إِنَّ سِجَالَ الْمَاءِ لَتُصَبُّ عَلَيْهِمْ مِمَّا قَامَ بِهِمْ ، يَقُولُ إِذَا رَكَعَ : اللَّهُ أَكْبَرُ ، وَإِذَا رَفَعَ رَأْسَهُ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، فَلَمْ يَنْصَرِفْ حَتَّى تَجَلَّتِ الشَّمْسُ ، فَقَامَ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، وَقَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنْ آيَتَانِ مِنْ آيَاتِ اللهِ يُخَوِّفُكُمْ بِهِمَا ، فَإِذَا كَسَفَا فَافْزَعُوا إِلَى ذِكْرِ اللهِ عَزَّ وَجَلَّ حَتَّى يَنْجَلِيَا.

“Rəvayət edilir ki, Ubeyd ibn Umeyr ﵀ demişdir: “Doğruluğuna inandığım biri – inandığım biri deməklə zənn edirəm ki, Aişəni qəsd edir - belə demşdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ insanlarla brlikdə uzun bir namaza başladı, sonra ruku etdi, sonra qiyamda durdu. Sonra ruku etdi, sonra qiyamda durdu. Sonra ruku etdi və bu şəkildə iki rükət namaz qıldı. Hər rükətdə üç ruku etdi. Üçüncü rukunu etdikdən sonra səcdə etdi. Bəzi kişilər özlərindən getdilər. İş o yerə çatdı ki, onları ayıltmaq üçün üzərilərinə bir qab su tökdülər. Allah Elçisi ﷺ ruku etmək istədikdə “Allahu Əkbər”, başını qaldırmaq istədikdə isə “Səmi Alla:hu limən həmidəh” deyirdi. Onun namazı bitirməsindən əvvəl günəşin üzü açıldı. Namazdan sonra qalxaraq Allaha həmd-səna etdi və dedi: “Həqiqətən, günəş və ay heç kimin ölümünə və ya doğulmasına görə tutulmurlar. Onlar Allahın varlığının dəlillərindən bir dəlildir. Allah onlarla insanları qorxuzur. Onlar tutulduqda onların üzü açılana qədər zikr ilə Allaha ﷿ yönəlin”.”

Ubeyd ibn Umeyr
ZəifNəsəi, 1470 (Kusuf, 12)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ - فِي صَلاَةِ الآيَاتِ - عَنْ عَطَاءٍ ، عَنْ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى سِتَّ رَكَعَاتٍ فِي أَرْبَعِ سَجَدَاتٍ ، قُلْتُ لِمُعَاذٍ : عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : لاَ شَكَّ وَلاَ مِرْيَةَ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ altı ruku və dörd səcdədən ibarət olan namaz qıldı. Mən Muaza dedim: “Bunu Peyğəmbərdənmi ﷺ rəvayət edirsən?!” O dedi: “Bunun belə olmasına heç bir şübhə yoxdur”.”

Aişə
ZəifNəsəi, 1471 (Kusuf, 13)

Fəsil 11

Kusuf namazının Aişədən ﵂ rəvayət olunan başqa bir növü

نَوْعٌ آخَرُ مِنْهُ عَنْ عَائِشَةَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَسَفَتِ الشَّمْسُ فِي حَيَاةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ فَكَبَّرَ ، وَصَفَّ النَّاسُ وَرَاءَهُ ، فَاقْتَرَأَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ ، ثُمَّ قَامَ فَاقْتَرَأَ قِرَاءَةً طَوِيلَةً هِيَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً هُوَ أَدْنَى مِنَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ، ثُمَّ سَجَدَ ، ثُمَّ فَعَلَ فِي الرَّكْعَةِ الأُخْرَى مِثْلَ ذَلِكَ ، فَاسْتَكْمَلَ أَرْبَعَ رَكَعَاتٍ ، وَأَرْبَعَ سَجَدَاتٍ ، وَانْجَلَتِ الشَّمْسُ قَبْلَ أَنْ يَنْصَرِفَ ، ثُمَّ قَامَ فَخَطَبَ النَّاسَ ، فَأَثْنَى عَلَى اللهِ عَزَّ وَجَلَّ بِمَا هُوَ أَهْلُهُ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ تَعَالَى لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمُوهُمَا فَصَلُّوا حَتَّى يُفْرَجَ عَنْكُمْ ، وَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : رَأَيْتُ فِي مَقَامِي هَذَا كُلَّ شَيْءٍ وُعِدْتُمْ ، لَقَدْ رَأَيْتُمُونِي أَرَدْتُ أَنْ آخُذَ قِطْفًا مِنَ الْجَنَّةِ حِينَ رَأَيْتُمُونِي جَعَلْتُ أَتَقَدَّمُ ، وَلَقَدْ رَأَيْتُ جَهَنَّمَ يَحْطِمُ بَعْضُهَا بَعْضًا حِينَ رَأَيْتُمُونِي تَأَخَّرْتُ ، وَرَأَيْتُ فِيهَا ابْنَ لُحَيٍّ وَهُوَ الَّذِي سَيَّبَ السَّوَائِبَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. O, qalxıb təkbir etdi və insanlar da onun arxasında cərgədə durdular. Allah Elçisi ﷺ qiraətini uzun etdi. Sonra təkbir edib uzun bir ruku etdi. Sonra başını qaldırdı və dedi: “Səmi Alla:hu limən həmidəh, Rabbənə: va ləkəl-həmd!” Sonra qalxdı və birinci qiraətindən qısa, amma yenə uzun qiraət etdi. Sonra birinci rukudan qısa, amma yenə də uzun bir ruku etdi. Sonra dedi: “Səmi Alla:hu limən həmidəh, Rabbənə: və ləkəl-həmd”. Sonra səcdə etdi. O biri rükətdə də etdiklərini təkrar etdi. Dörd ruku və dörd səcdəni tamamladı. Allah Elçisi ﷺ namazını bitirmədən günəşin üzü açıldı. O, qalxdı və Allaha həmd-səna etdikdən sonra insanlara xitab etdi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar heç kimin ölümünə və ya doğulmasına görə tutulmurlar. Siz onların tutulmasını gördükdə bu hal sizdən gedənə qədər namaz qılın!” Allah Elçisi ﷺ dedi: “Mən öz məqamımı və sizə vəd etdiyim hər şeyi gördüm. Siz mənim namazda önə getdiyimi gördüyünüzdə, mən Cənnətdən bir meyvə götürmək istəyirdim. Mən namazda arxaya çəkilmək istədikdə, Cəhənnəmin parçalarının bir-birinə girdiyini gördüm. Orada (Kəbəyə qurban deyilən dəvələrin) minilməməsi və yüklənməməsi adətini qoyan İbn Luheyi gördüm”.”

Aişə
SəhihNəsəi, 1472 (Kusuf, 14)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَنُودِيَ : الصَّلاَةُ جَامِعَةٌ ، فَاجْتَمَعَ النَّاسُ ، فَصَلَّى بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْبَعَ رَكَعَاتٍ فِي رَكْعَتَيْنِ وَأَرْبَعَ سَجَدَاتٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutuldu və carçı “camaat namazına toplaşın!”- deyə nida etdi. İnsanlar toplandıqda, Allah Elçisi ﷺ onlara iki rükətdə dörd ruku və dörd səcdədən ibarət olan namaz qıldırdı”.”

Aişə
SəhihNəsəi, 1473 (Kusuf, 15)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَسَفَتِ الشَّمْسُ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالنَّاسِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَسَجَدَ ، ثُمَّ فَعَلَ ذَلِكَ فِي الرَّكْعَةِ الأُخْرَى مِثْلَ ذَلِكَ ، ثُمَّ انْصَرَفَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَادْعُوا اللَّهَ عَزَّ وَجَلَّ وَكَبِّرُوا وَتَصَدَّقُوا ، ثُمَّ قَالَ : يَا أُمَّةَ مُحَمَّدٍ ، مَا مِنْ أَحَدٍ أَغْيَرُ مِنَ اللهِ عَزَّ وَجَلَّ أَنْ يَزْنِيَ عَبْدُهُ أَوْ تَزْنِيَ أَمَتُهُ ، يَا أُمَّةَ مُحَمَّدٍ وَاللَّهِ لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ də insanlara namaz qıldırdı. Namazın qiyamında uzun müddət qaldı. Sonra uzun bir ruku etdi. Sonra qiyama qalxdı və onu uzun etdi, lakin birinci qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin birinci rukudan qısa idi. Sonra dikəldi və səcdə etdi. Sonra qalxıb sonrakı rükəti buna oxşar şəkildə qıldı. Günəşin üzü açıldıqdan sonra namazı bitirdi və insanlara xitab edərək Allaha həmd-səna etdi, sonra da dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar kiminsə ölümünə və ya dünyaya gəlməsinə görə tutulmurlar. Onların tutulduğunu gördükdə Allaha ﷿ dua edin, təkbir edin və sədəqə verin”. Daha sonra buyurdu: “Ey Muhəmməd ümməti! Qullarının zina etməsinə Allahdan ﷿ daha çox qısqanan heç kim yoxdur. Ey Muhəmməd ümməti! Allaha and olsun ki, mənim bildiklərimi bilsəydininz, az gülüb çox ağlayardınız”.”

Aişə
SəhihNəsəi, 1474 (Kusuf, 16)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، أَنَّ عَمْرَةَ حَدَّثَتْهُ ، أَنَّ عَائِشَةَ حَدَّثَتْهَا ، أَنَّ يَهُودِيَّةً أَتَتْهَا فَقَالَتْ : أَجَارَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ ، قَالَتْ عَائِشَةُ : يَا رَسُولَ اللهِ ، إِنَّ النَّاسَ لَيُعَذَّبُونَ فِي الْقُبُورِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَائِذًا بِاللَّهِ ، قَالَتْ عَائِشَةُ : إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مَخْرَجًا فَخَسَفَتِ الشَّمْسُ ، فَخَرَجْنَا إِلَى الْحُجْرَةِ ، فَاجْتَمَعَ إِلَيْنَا نِسَاءٌ ، وَأَقْبَلَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَذَلِكَ ضَحْوَةً فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَامَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ دُونَ رُكُوعِهِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ الثَّانِيَةَ ، فَصَنَعَ مِثْلَ ذَلِكَ ، إِلاَّ أَنَّ رُكُوعَهُ وَقِيَامَهُ دُونَ الرَّكْعَةِ الأُولَى ، ثُمَّ سَجَدَ وَتَجَلَّتِ الشَّمْسُ ، فَلَمَّا انْصَرَفَ قَعَدَ عَلَى الْمِنْبَرِ ، فَقَالَ فِيمَا يَقُولُ : إِنَّ النَّاسَ يُفْتَنُونَ فِي قُبُورِهِمْ كَفِتْنَةِ الدَّجَّالِ ، قَالَتْ عَائِشَةُ : كُنَّا نَسْمَعُهُ بَعْدَ ذَلِكَ يَتَعَوَّذُ مِنْ عَذَابِ الْقَبْرِ.

“Aişə ﵂ rəvayət edir ki, bir yəhudi onun yanına gəlib belə dedi: “Allah səni qəbir əzabından qorusun!” Aişə dedi: “Ey Allahın Elçisi, məgər insanlar qəbirlərində əzab olunacaqlar?” Allah Elçisi ﷺ dedi: “(Qəbir əzabından) Allaha sığınıram!” Aişə dedi: “Peyğəmbər ﷺ bayıra çıxdı, bu zaman günəş tutuldu. Biz də otaqlarımızdan çıxdıq, qadınlar da ətrafıma toplandı”. Allah Elçisi ﷺ bizə tərəf çevrildi. Bu hadisə də səhər tezdən baş vermişdi. O, namaz qılaraq uzun bir qiyam etdi. Sonra uzun bir ruku etdi. Sonra başını rukudan qaldırdı və əvvəlkindən daha qısa qiyamda durdu. Sonra əvvəlkindən qısa ruku etdi. Sonra səcdə etdi. Sonra ikincü rükəti də bunun kimi qıldı. Amma qiyam və rukuları əvvəlkilərdən qısa etdi. Sonra səcdə etdi. Bu vaxt günəşin üzü açıldı. O, namazı bitirdikdən sonra minbərə qalxdı və dedi: “Həqiqətən, insanlar qəbirlərində Məsih Dəccalın fitnəsi kimi imtahan olunacaqlar”. Aişə dedi: “Biz onun qəbir əzabından Allaha sığındığını eşidirdik”.”

Aişə
SəhihNəsəi, 1475 (Kusuf, 17)

Fəsil 12

Kusuf namazının başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ هُوَ الأَنْصَارِيُّ ، قَالَ : سَمِعْتُ عَمْرَةَ ، قَالَتْ : سَمِعْتُ عَائِشَةَ ، تَقُولُ : جَاءَتْنِي يَهُودِيَّةٌ تَسْأَلُنِي ، فَقَالَتْ : أَعَاذَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ ، فَلَمَّا جَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُعَذَّبُ النَّاسُ فِي الْقُبُورِ ؟ فَقَالَ : عَائِذًا بِاللَّهِ ، فَرَكِبَ مَرْكَبًا ـ يَعْنِي ـ وَانْخَسَفَتِ الشَّمْسُ ، فَكُنْتُ بَيْنَ الْحُجَرِ مَعَ نِسْوَةٍ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مَرْكَبِهِ فَأَتَى مُصَلاَّهُ ، فَصَلَّى بِالنَّاسِ فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ قَامَ قِيَامًا أَيْسَرَ مِنْ قِيَامِهِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ أَيْسَرَ مِنْ رُكُوعِهِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَقَامَ أَيْسَرَ مِنْ قِيَامِهِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ أَيْسَرَ مِنْ رُكُوعِهِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَقَامَ أَيْسَرَ مِنْ قِيَامِهِ الأَوَّلِ ، فَكَانَتْ أَرْبَعَ رَكَعَاتٍ وَأَرْبَعَ سَجَدَاتٍ وَانْجَلَتِ الشَّمْسُ ، فَقَالَ : إِنَّكُمْ تُفْتَنُونَ فِي الْقُبُورِ كَفِتْنَةِ الدَّجَّالِ ، قَالَتْ عَائِشَةُ : فَسَمِعْتُهُ بَعْدَ ذَلِكَ يَتَعَوَّذُ مِنْ عَذَابِ الْقَبْرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir yəhudi qadın onun yanına gəlib belə dedi: “Allah səni qəbir əzabından qorusun!” Allah Elçisi ﷺ gəldikdə, mən ona dedim: “Ey Allahın Elçisi, insanlar qəbirlərində əzab olunacaqlarmı?” Allah Elçisi ﷺ dedi: “(Qəbir əzabından) Allaha sığınıram!” O, bir miniyə mindi və bu zaman günəş tutuldu. Mən qadınlarla birlikdə otaqlarımızın arasında idim. Allah Elçisi ﷺ miniklə gəldi və insanlarla birlikdə namaz qıldı. Qiyamı uzun etdi, sonra uzun bir ruku etdi. Sonra başını rukudan qaldırdı və uzun bir qiyamda durdu. Sonra ruku etdi. Sonra uzun bir səcdə etdi. Sonra qiyama durdu, lakin ilk qiyamdan qısa etdi. Sonra uzun bir ruku etdi, lakin bu, birinci rukudan qısa idi. Sonra uzun bir qiyam etdi, lakin bu, birinci qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu, birinci rukudan qısa idi. Sonra başını qaldırdı və birinci qiyamdan qısa olan qiyam etdi. Bu şəkildə dörd ruku və dörd səcdə etdi. Bu vaxt günəşin üzü açıldı və o dedi: “Həqiqətən, siz qəbirlərinizdə Dəccalın fitnəsi kimi imtahan olunacaqsınız”. Aişə dedi: “Mən bundan sonra onun qəbir əzabından Allaha sığındığını eşitdim”.”

Aişə
SəhihNəsəi, 1476 (Kusuf, 18)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ عُيَيْنَةَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِي كُسُوفٍ فِي صُفَّةِ زَمْزَمَ أَرْبَعَ رَكَعَاتٍ فِي أَرْبَعِ سَجَدَاتٍ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Zəm-zəm quyusunun yanında dörd ruku və dörd səcdədən ibarət olan (günəş) tutulması namazını qıldı.”

Aişə
ZəifNəsəi, 1477 (Kusuf, 19)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا أَبُو عَلِيٍّ الْحَنَفِيُّ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، صَاحِبُ الدَّسْتَوَائِيِّ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي يَوْمٍ شَدِيدِ الْحَرِّ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَصْحَابِهِ ، فَأَطَالَ الْقِيَامَ حَتَّى جَعَلُوا يَخِرُّونَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ ، ثُمَّ رَفَعَ فَأَطَالَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ ، ثُمَّ رَفَعَ فَأَطَالَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ قَامَ فَصَنَعَ نَحْوًا مِنْ ذَلِكَ ، وَجَعَلَ يَتَقَدَّمُ ، ثُمَّ جَعَلَ يَتَأَخَّرُ فَكَانَتْ أَرْبَعَ رَكَعَاتٍ ، وَأَرْبَعَ سَجَدَاتٍ ، كَانُوا يَقُولُونَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَخْسِفَانِ إِلاَّ لِمَوْتِ عَظِيمٍ مِنْ عُظَمَائِهِمْ ، وَإِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللهِ يُرِيكُمُوهُمَا ، فَإِذَا انْخَسَفَتْ فَصَلُّوا حَتَّى تَنْجَلِيَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında isti bir gündə günəş tutulmuşdu. Allah Elçisi ﷺ səhabələri ilə birlikdə namaz qıldı və qiyamı elə uzun etdi ki, bəzi insanlar yorğunluqdan yıxılırdı. Sonra uzun bir ruku etdi. Sonra dikəldi və uzun müddət bu halda qaldı. Sonra yenə uzun bir ruku etdi. Sonra dikəldi və uzun müddət bu halda qaldı. Sonra iki dəfə səcdə etdi. Sonra qalxdı və (daha bir rükət qılaraq) bunun kimi təkrar etdi. Gah qabağa gedir, gah da arxaya çəkilirdi. Bu cür dörd ruku və dörd səcdə etdi. Camaat belə deyirdi: “Günəş və ay böyük insanlardan kiminsə ölümünə görə tutulur”. Peyğəmbər ﷺ dedi: “Həqiqətən, onlar Allahın varlığının dəlillərindəndir ki, onları sizə göstərir. Onlar tutulduqda, açılana qədər namaz qılın!””

Cabir ibn Abdullah
SəhihNəsəi, 1478 (Kusuf, 20)

Fəsil 13

Kusuf namazının başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنِي مَحْمُودُ بْنُ خَالِدٍ ، عَنْ مَرْوَانَ ، قَالَ : حَدَّثَنِي مُعَاوِيَةُ بْنُ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَمَرَ فَنُودِيَ : الصَّلاَةُ جَامِعَةٌ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالنَّاسِ رَكْعَتَيْنِ وَسَجْدَةً ، ثُمَّ قَامَ فَصَلَّى رَكْعَتَيْنِ وَسَجْدَةً ، قَالَتْ عَائِشَةُ : مَا رَكَعْتُ رُكُوعًا قَطُّ وَلاَ سَجَدْتُ سُجُودًا قَطُّ كَانَ أَطْوَلَ مِنْهُ ،. خَالَفَهُ مُحَمَّدُ بْنُ حِمْيَرَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. O, “camaat namazına toplaşın!”- deyə nida etməyi əmr etdi. Allah Elçisi ﷺ insanlara (birinci rükətdə) iki rukusu və bir səcdəsi olan namaz qıldırdı. Sonra qalxıb yenə iki rukusu və bir səcdəsi olan namaz qıldırdı. Aişə deyir: “Mən bundan qabaq bu rukudan və səcdədən uzununu etməmişdim”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 1479 (Kusuf, 21)

أَخْبَرَنَا يَحْيَى بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ حِمْيَرَ ، عَنْ مُعَاوِيَةَ بْنِ سَلاَّمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي طُعْمَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : كَسَفَتِ الشَّمْسُ ، فَرَكَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ وَسَجْدَتَيْنِ ، ثُمَّ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ وَسَجْدَتَيْنِ ، ثُمَّ جُلِّيَ عَنِ الشَّمْسِ ، وَكَانَتْ عَائِشَةُ تَقُولُ : مَا سَجَدَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُجُودًا ، وَلاَ رَكَعَ رُكُوعًا أَطْوَلَ مِنْهُ ،. خَالَفَهُ عَلِيُّ بْنُ الْمُبَارَكِ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Günəş tutulduqda Allah Elçisi ﷺ bir rükətdə iki ruku və iki səcdə etdi. Sonra qalxıb bir rükətdə də iki ruku və iki səcdə etdi. Sonra günəş açıldı. Aişə deyir: “Allah Elçisi ﷺ bu səcdələrdən və rukulardan uzun səcdə və ruku etməmişdi”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 1480 (Kusuf, 22)

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا أَبُو زَيْدٍ سَعِيدُ بْنُ الرَّبِيعِ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ الْمُبَارَكِ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : حَدَّثَنِي أَبُو حَفْصَةَ ، مَوْلَى عَائِشَةَ ، أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ ، أَنَّهُ لَمَّا كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ ، وَأَمَرَ فَنُودِيَ : أَنَّ الصَّلاَةَ جَامِعَةٌ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ فِي صَلاَتِهِ ، قَالَتْ عَائِشَةُ : فَحَسِبْتُ قَرَأَ سُورَةَ الْبَقَرَةِ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، ثُمَّ قَامَ مِثْلَ مَا قَامَ وَلَمْ يَسْجُدْ ، ثُمَّ رَكَعَ فَسَجَدَ ، ثُمَّ قَامَ فَصَنَعَ مِثْلَ مَا صَنَعَ ، رَكْعَتَيْنِ وَسَجْدَةً ، ثُمَّ جَلَسَ وَجُلِّيَ عَنِ الشَّمْسِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ dəstəmaz aldı və carçıya camaat namazı üçün çağırış etməyi əmr etdi. Namaza durdu və qiyamını uzun etdi. Aişə deyir: “Mən hesab edirəm ki, o, “əl-Bəqərə” surəsini oxuyurdu”. Sonra uzun bir ruku etdi. Sonra dedi: “Səmi Alla:hu limən həmidəh!” Sonra eyni şəkildə qiyamda durdu və səcdə etmədi. Sonra yenə ruku və səcdə etdi. Sonra qalxaraq bundan əvvəl etdiyi kimi etdi. Sonra iki ruku və səcdə etdi. Sonra oturdu və bu əsnada günəşin üzü açıldı”.”

Aişə
SəhihNəsəi, 1481 (Kusuf, 23)

Fəsil 14

Kusuf namazının başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا هِلاَلُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الصَّمَدِ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، قَالَ : حَدَّثَنِي أَبِي السَّائِبُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَمْرٍو حَدَّثَهُ ، قَالَ : انْكَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ وَقَامَ الَّذِينَ مَعَهُ ، فَقَامَ قِيَامًا فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَسَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَجَلَسَ فَأَطَالَ الْجُلُوسَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَقَامَ فَصَنَعَ فِي الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ مَا صَنَعَ فِي الرَّكْعَةِ الأُولَى مِنَ الْقِيَامِ وَالرُّكُوعِ وَالسُّجُودِ وَالْجُلُوسِ ، فَجَعَلَ يَنْفُخُ فِي آخِرِ سُجُودِهِ مِنَ الرَّكْعَةِ الثَّانِيَةِ ، وَيَبْكِي وَيَقُولُ : لَمْ تَعِدْنِي هَذَا وَأَنَا فِيهِمْ ، لَمْ تَعِدْنِي هَذَا وَنَحْنُ نَسْتَغْفِرُكَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَانْجَلَتِ الشَّمْسُ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ عَزَّ وَجَلَّ فَإِذَا رَأَيْتُمْ كُسُوفَ أَحَدِهِمَا فَاسْعَوْا إِلَى ذِكْرِ اللهِ عَزَّ وَجَلَّ ، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَقَدْ أُدْنِيَتِ الْجَنَّةُ مِنِّي ، حَتَّى لَوْ بَسَطْتُ يَدِي لَتَعَاطَيْتُ مِنْ قُطُوفِهَا ، وَلَقَدْ أُدْنِيَتِ النَّارُ مِنِّي ، حَتَّى لَقَدْ جَعَلْتُ أَتَّقِيهَا خَشْيَةَ أَنْ تَغْشَاكُمْ ، حَتَّى رَأَيْتُ فِيهَا امْرَأَةً مِنْ حِمْيَرَ تُعَذَّبُ فِي هِرَّةٍ رَبَطَتْهَا ، فَلَمْ تَدَعْهَا تَأْكُلُ مِنْ خَشَاشِ الأَرْضِ ، فَلاَ هِيَ أَطْعَمَتْهَا وَلاَ هِيَ سَقَتْهَا حَتَّى مَاتَتْ ، فَلَقَدْ رَأَيْتُهَا تَنْهَشُهَا إِذَا أَقْبَلَتْ ، وَإِذَا وَلَّتْ تَنْهَشُ أَلْيَتَهَا ، وَحَتَّى رَأَيْتُ فِيهَا صَاحِبَ السِّبْتِيَّتَيْنِ أَخَا بَنِي الدَّعْدَاعِ يُدْفَعُ بِعَصًا ذَاتِ شُعْبَتَيْنِ فِي النَّارِ ، وَحَتَّى رَأَيْتُ فِيهَا صَاحِبَ الْمِحْجَنِ ، الَّذِي كَانَ يَسْرِقُ الْحَاجَّ بِمِحْجَنِهِ مُتَّكِئًا عَلَى مِحْجَنِهِ فِي النَّارِ ، يَقُولُ : أَنَا سَارِقُ الْمِحْجَنِ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ namaza durdu, onunla birlikdə olanlar da namaza durdular. O, qiyamı uzun etdi. Sonra ruku etdi və rukusunu uzun etdi. Sonra başını qaldıraraq dikəldi və səcdə etdi. Səcdəsini də uzun etdi. Sonra başını qaldırıb oturdu və uzun bir oturuş etdi. Sonra yenə səcdə etdi. Bu səcdəsini də uzun etdi. Sonra qalxdı və ikinci rükəti də əvvəlki rükətin qiyamı, rukusu, səcdəsi və oturuşu kimi uzadaraq qıldı. İkinci rükətin səcdəsində dərindən nəfəs alaraq ağlayır və belə deyirdi: “Mən onların arasında ikən bunu vəd etməmişdin, biz bağışlanma dilədiyimiz müddətdə bunu bizə vəd etməmişdin!” Sonra başını qaldırdı və günəşin üzü açıldı. Namazdan qalxaraq camaata xitab etdi, Allaha həmd edib Onu təriflədikdən sonra belə buyurdu: “Həqiqətən, günəş və ay Allahın ﷿ varlığının dəlillərindən bir dəlildir. Onların tutulduğunu gördükdə Allahı ﷿ zikr etməyə tələsin! Muhəmmədin canı Əlində Olana and olsun ki, mənə Cənnət yaxınlaşdırıldı və əlimi uzatsaydım, ondan bir şey götürərdim. Artıq mənə Cəhənnəm də yaxınlaşdırıldı və mən sizə toxunar deyə ondan çəkindim. Mən orada bir qadın gördüm ki, bir pişiyi tutub bağlı yerdə saxladığına görə ona əzab verilir. Pişiyi yerin həşəratlarından yeməyə qoymamış və özü də onu yedizdirməmişdi. Mən gördüm ki, pişik qadını o tərəf-bu tərəfdən cırmaqlayır. Həmçinin mənim qurbanlıq dəvələrimi oğurlayanı - Bəni əd-Dadəa tayfasından olan şəxsi də gördüm. Od içində dəyənəklə təqib olunurdular. Həmçinin Cəhənnəmdə əyri əsası ilə həcc edənlərdən oğurluq edən birisini də gördüm. O, od içində öz əsasına söykənərək belə deyirdi: “Mən əsa ilə oğurluq edənəm”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 1482 (Kusuf, 24)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ الْعَظِيمِ ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ سَبَلاَنُ ، قَالَ : حَدَّثَنَا عَبَّادُ بْنُ عَبَّادٍ الْمُهَلَّبِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَامَ فَصَلَّى لِلنَّاسِ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ وَهُوَ دُونَ السُّجُودِ الأَوَّلِ ، ثُمَّ قَامَ فَصَلَّى رَكْعَتَيْنِ وَفَعَلَ فِيهِمَا مِثْلَ ذَلِكَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ يَفْعَلُ فِيهِمَا مِثْلَ ذَلِكَ حَتَّى فَرَغَ مِنْ صَلاَتِهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ ، وَإِنَّهُمَا لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَافْزَعُوا إِلَى ذِكْرِ اللهِ عَزَّ وَجَلَّ وَإِلَى الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. O, qalxıb insanlarla birlikdə namaz qıldı və qiyamı uzun etdi. Sonra ruku etdi və rukunu da uzun etdi. Sonra qiyama qalxdı və onu uzun etdi, lakin bu qiyam birinci qiyamdan qısa idi. Sonra ruku etdi, lakin bu ruku birinci rukudan qısa idi. Sonra uzun bir səcdə etdi. Sonra dikəldi və daha bir səcdə etdi, lakin bu səcdə əvvəlkindən qısa idi. Sonra qalxıb buna oxşar daha bir rükət qıldı. Sonra iki dəfə səcdə etdi və onlarda da bundan qabaqkıları etdi və namazı bitirdi. Sonra dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar kiminsə ölümü və ya dünyaya gəlməsinə görə tutulmurlar. Onların tutulduğunu gördükdə, Allahı ﷿ zikr etməyə və namaz qılmağa tələsin!””

Əbu Hureyra
SəhihNəsəi, 1483 (Kusuf, 25)

Fəsil 15

Kusuf namazının başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا هِلاَلُ بْنُ الْعَلاَءِ بْنِ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، قَالَ : حَدَّثَنَا الأَسْوَدُ بْنُ قَيْسٍ ، قَالَ : حَدَّثَنِي ثَعْلَبَةُ بْنُ عَبَّادٍ الْعَبْدِيُّ مِنْ أَهْلِ الْبَصْرَةِ أَنَّهُ شَهِدَ خُطْبَةً يَوْمًا لِسَمُرَةَ بْنِ جُنْدُبٍ ، فَذَكَرَ فِي خُطْبَتِهِ حَدِيثًا عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ سَمُرَةُ بْنُ جُنْدُبٍ : بَيْنَا أَنَا يَوْمًا وَغُلاَمٌ مِنَ الأَنْصَارِ نَرْمِي غَرَضَيْنِ لَنَا عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، حَتَّى إِذَا كَانَتِ الشَّمْسُ قِيدَ رُمْحَيْنِ أَوْ ثَلاَثَةٍ فِي عَيْنِ النَّاظِرِ مِنَ الأُفُقِ اسْوَدَّتْ ، فَقَالَ أَحَدُنَا لِصَاحِبِهِ : انْطَلِقْ بِنَا إِلَى الْمَسْجِدِ ، فَوَاللَّهِ لَيُحْدِثَنَّ شَأْنُ هَذِهِ الشَّمْسِ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي أُمَّتِهِ حَدَثًا ، قَالَ : فَدَفَعْنَا إِلَى الْمَسْجِدِ ، قَالَ : فَوَافَيْنَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَرَجَ إِلَى النَّاسِ ، قَالَ : فَاسْتَقْدَمَ فَصَلَّى ، فَقَامَ كَأَطْوَلِ قِيَامٍ قَامَ بِنَا فِي صَلاَةٍ قَطُّ ، مَا نَسْمَعُ لَهُ صَوْتًا ، ثُمَّ رَكَعَ بِنَا كَأَطْوَلِ رُكُوعٍ مَا رَكَعَ بِنَا فِي صَلاَةٍ قَطُّ ، مَا نَسْمَعُ لَهُ صَوْتًا ، ثُمَّ سَجَدَ بِنَا كَأَطْوَلِ سُجُودٍ مَا سَجَدَ بِنَا فِي صَلاَةٍ قَطُّ ، لاَ نَسْمَعُ لَهُ صَوْتًا ، ثُمَّ فَعَلَ ذَلِكَ فِي الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ ذَلِكَ ، قَالَ : فَوَافَقَ تَجَلِّي الشَّمْسِ جُلُوسَهُ فِي الرَّكْعَةِ الثَّانِيَةِ ، فَسَلَّمَ فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، وَشَهِدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَشَهِدَ أَنَّهُ عَبْدُ اللهِ وَرَسُولُهُ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, bir gün Bəsrə əhlindən olan Sələbə ibn Abbəd əl-Abdi ﵀ xütbədə Səmura ibn Cundəbə qulaq asırdı. Səmura ibn Cundəb bu xütbəsində Allah Elçisindən ﷺ bir hədis danışaraq dedi: “Allah Elçisinin ﷺ zamanında bir gün mən və ənsardan olan bir oğlan hədəfə ox atmaq üzrə məşq edirdik. Günəş üfüqdə iki və ya üç nizə hündürlükdə olarkən tutuldu. Birimiz digərinə dedi: “Tez məscidə gedək! Allaha and olsun ki, Allah Elçisi ﷺ bu məsələdə ümmətinə bir şeylər əmr edəcək”. Biz məscidə tərəf getik və bu anda Allah Elçisi ﷺ də (məscidə) insanlara tərəf gəlirdi. Allah Elçisi ﷺ önə keçdi və namaza durdu. Qiyamını bizim ən uzun gördüyümüz qiyam etdi. Namazda bundan qabaq belə qiyam etməmişdi. Ondan heç bir səs eşitmirdik. Sonra bizim gördüyümüz ən uzun rukunu etdi. Namazda bundan qabaq belə ruku etməmişdi. Yenə ondan heç nə eşitmirdik. Sonra bizim gördüyümüz ən uzun səcdəni etdi. Namazda bundan qabaq belə səcdə etməmişdi. Yenə ondan heç nə eşitmirdik. Sonra bunun kimi ikinci rükətdə də belə etdi. Sonra ikinci rükətin oturuşunda günəşin üzü açılmağa başladı. Sonra salam verdi, Allaha həmd və təriflər etdi. Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Allahın Elçisi ﷺ olduğuna şahidlik etdi”.”

Sələbə ibn Abbəd əl-Abdi
ZəifNəsəi, 1484 (Kusuf, 26)

Fəsil 16

Kusuf namazının başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، قَالَ : انْكَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَجَ يَجُرُّ ثَوْبَهُ فَزِعًا ، حَتَّى أَتَى الْمَسْجِدَ ، فَلَمْ يَزَلْ يُصَلِّي بِنَا حَتَّى انْجَلَتْ ، فَلَمَّا انْجَلَتْ ، قَالَ : إِنَّ نَاسًا يَزْعُمُونَ أَنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ إِلاَّ لِمَوْتِ عَظِيمٍ مِنَ الْعُظَمَاءِ ، وَلَيْسَ كَذَلِكَ إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللهِ عَزَّ وَجَلَّ ، إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ إِذَا بَدَا لِشَيْءٍ مِنْ خَلْقِهِ خَشَعَ لَهُ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَصَلُّوا كَأَحْدَثِ صَلاَةٍ صَلَّيْتُمُوهَا مِنَ الْمَكْتُوبَةِ.

“Rəvayət edilir ki, ən-Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ təlaş içində və paltarını yuxarı çəkə-çəkə məscidə gəldi. Günəşin üzü açılana qədər bizimlə namaz qıldı. Günəşin üzü açıldıqda isə dedi: “İnsanlar elə fikirləşirlər ki, günəş və ay böyük insanlardan hansınınsa ölümünə görə tutulur. Bu, belə deyil. Şübhəsiz ki, günəş və ay heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Onlar Allahın ﷿ varlığının dəlillərindən bir dəlildir. Allah ﷿ yaratdıqlarına bir şey etmək istədikdə, Ona tabe olurlar. Belə şey gördükdə, fərz namazlarını qıldığınız kimi namaz qılın!””

ən-Numan ibn Bəşir
ZəifNəsəi, 1485 (Kusuf, 27)

وأَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ ، أَنَّ جَدَّهُ عُبَيْدَ اللهِ بْنَ الْوَازِعِ حَدَّثَهُ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ السَّخْتِيَانِيُّ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ قَبِيصَةَ بْنِ مُخَارِقٍ الْهِلاَلِيِّ ، قَالَ : كَسَفَتِ الشَّمْسُ وَنَحْنُ إِذْ ذَاكَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ ، فَخَرَجَ فَزِعًا يَجُرُّ ثَوْبَهُ ، فَصَلَّى رَكْعَتَيْنِ أَطَالَهُمَا ، فَوَافَقَ انْصِرَافُهُ انْجِلاَءَ الشَّمْسِ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ ، وَإِنَّهُمَا لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ مِنْ ذَلِكَ شَيْئًا فَصَلُّوا كَأَحْدَثِ صَلاَةٍ مَكْتُوبَةٍ صَلَّيْتُمُوهَا.

“Rəvayət edilir ki, Qabisa ibn Muxariq əl-Hilali ﵁ demişdir: “Biz Mədinədə Allah Elçisinin ﷺ yanında olduqda günəş tutuldu. Allah Elçisi ﷺ təlaş içində və (ayaqlarına maneçilik törətməmək üçün) libasının ətəyini bir qədər qaldıraraq gəldi. İki rükət uzun olan namaz qıldırdı. Onun namazı bitirməsi günəşin açılması ilə üst-üstə düşdü. O, Allahı həmd və tərif etdi, sonra da dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar heç kimin ölümünə və ya doğulmasına görə tutulmur. Belə bir şey gördükdə, fərz namazlarını qıldığınız kimi namazlar qılın!””

Qabisa ibn Muxariq əl-Hilali
ZəifNəsəi, 1486 (Kusuf, 28)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُعَاذٌ وَهُوَ ابْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ قَبِيصَةَ الْهِلاَلِيِّ ، أَنَّ الشَّمْسَ انْخَسَفَتْ ، فَصَلَّى نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ رَكْعَتَيْنِ حَتَّى انْجَلَتْ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْخَسِفَانِ لِمَوْتِ أَحَدٍ ، وَلَكِنَّهُمَا خَلْقَانِ مِنْ خَلْقِهِ ، وَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُحْدِثُ فِي خَلْقِهِ مَا شَاءَ ، وَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ إِذَا تَجَلَّى لِشَيْءٍ مِنْ خَلْقِهِ يَخْشَعُ لَهُ ، فَأَيُّهُمَا حَدَثَ فَصَلُّوا حَتَّى يَنْجَلِيَ أَوْ يُحْدِثَ اللَّهُ أَمْرًا.

“Qabisa əl-Hilali ﵁ rəvayət edir ki, günəş tutulmuşdu və Allahın Peyğəmbəri ﷺ iki rükətdə iki rukulu namaz qıldı, sonra da belə buyurudu: “Həqiqətən, günəş və ay kiminsə ölümünə görə tutulmur. Onlar Allahın yaratdığı iki məxluqdur. Allah ﷿ yaratdıqları arasında istədiyi dəyişikliyi edir. Allah ﷿ hansı məxluq üzərində bir dəyişiklik etmək istəsə, onlar buna boyun əyərlər. Onların hansınınsa tutulmasını gördükə hava açılana və ya Allah başqa bir şey əmr edənə qədər namaz qılın!””

Qabisa əl-Hilali
ZəifNəsəi, 1487 (Kusuf, 29)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ مُعَاذِ بْنِ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا خَسَفَتِ الشَّمْسُ وَالْقَمَرُ فَصَلُّوا كَأَحْدَثِ صَلاَةٍ صَلَّيْتُمُوهَا.

“ən-Numan ibn Bəşir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Günəş və ay tutulduqda, namazınızı ən gözəl şəkildə qılın!””

ən-Numan ibn Bəşir
ZəifNəsəi, 1488 (Kusuf, 30)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، عَنِ الْحَسَنِ بْنِ صَالِحٍ ، عَنْ عَاصِمٍ الأَحْوَلِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى حِينَ انْكَسَفَتِ الشَّمْسُ مِثْلَ صَلاَتِنَا يَرْكَعُ وَيَسْجُدُ.

“Numan ibn Bəşir ﵁ rəvayət edir ki, günəş tutulduqda, Allah Elçisi ﷺ bizim namazımız kimi namaz qıldı, ruku və səcdə etdi.”

Numan ibn Bəşir
ZəifNəsəi, 1489 (Kusuf, 31)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ خَرَجَ يَوْمًا مُسْتَعْجِلاً إِلَى الْمَسْجِدِ وَقَدْ انْكَسَفَتِ الشَّمْسُ ، فَصَلَّى حَتَّى انْجَلَتْ ، ثُمَّ قَالَ : إِنَّ أَهْلَ الْجَاهِلِيَّةِ كَانُوا يَقُولُونَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْخَسِفَانِ إِلاَّ لِمَوْتِ عَظِيمٍ مِنْ عُظَمَاءِ أَهْلِ الأَرْضِ ، وَإِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْخَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا خَلِيقَتَانِ مِنْ خَلْقِهِ ، يُحْدِثُ اللَّهُ فِي خَلْقِهِ مَا يَشَاءُ ، فَأَيُّهُمَا انْخَسَفَ فَصَلُّوا حَتَّى يَنْجَلِيَ أَوْ يُحْدِثَ اللَّهُ أَمْرًا.

“Numan ibn Bəşir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir gün tələsik məscidə gəldi. Bu zaman günəş tutulmuşdu. Hava açılana qədər namaz qıldı, sonra isə dedi: “Cahiliyyə insanları deyərdilər: “Günəş və ay yer üzünün böyük insanlarına görə tutulurlar”. Həqiqətən, günəş və ay heç kimin ölümünə və ya doğulmasına görə tutulmurlar. Onlar Allahın yaratdıqlarından bir məxluqdur. Allah Öz yaratdıqlarına istədiyini edir. Onlardan hansısa tutulduqda, açılana qədər və ya Allah başqa bir əmr edincəyə qədər namaz qılın”.”

Numan ibn Bəşir
ZəifNəsəi, 1490 (Kusuf, 32)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، قَالَ : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْكَسَفَتِ الشَّمْسُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَجُرُّ رِدَاءَهُ حَتَّى انْتَهَى إِلَى الْمَسْجِدِ ، وَثَابَ إِلَيْهِ النَّاسُ ، فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ، فَلَمَّا انْكَشَفَتِ الشَّمْسُ ، قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ يُخَوِّفُ اللَّهُ عَزَّ وَجَلَّ بِهِمَا عِبَادَهُ ، وَإِنَّهُمَا لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَصَلُّوا حَتَّى يُكْشَفَ مَا بِكُمْ ، وَذَلِكَ أَنَّ ابْنًا لَهُ مَاتَ يُقَالُ لَهُ : إِبْرَاهِيمُ ، فَقَالَ لَهُ نَاسٌ فِي ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ yanında ikən günəş tutuldu. Allah Elçisi ﷺ (ayaqlarına maneçilik törətməmək üçün) libasının ətəyini bir qədər qaldıraraq məscidə gəldi. İnsanlar da ora toplandılar. O, bizə iki rükət namaz qıldırdı. Günəş açıldıqda isə belə buyurdu: “Həqiqətən, günəş və ay Allahın ﷿ varlığının dəlillərindən bir dəlildir. Allah ﷿ onlarla Öz qullarını qorxudur. Onlar kiminsə ölümünə və ya doğulmasına görə tutulmur. Onların tutulmasını gördükdə, hava açılana qədər namaz qılın”. Onun oğlu var idi, adı da İbrahim idi. İnsanlar günəşin tutulmasını İbrahimin ölümü ilə əlaqələndirirdilər”.”

Əbu Bəkratə
SəhihNəsəi, 1491 (Kusuf, 33)

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَشْعَثَ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى رَكْعَتَيْنِ مِثْلَ صَلاَتِكُمْ هَذِهِ ، وَذَكَرَ كُسُوفَ الشَّمْسِ.

“Əbu Bəkrə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ günəş tutulan zaman sizin namazınız kimi iki rükət namaz qıldı.”

Əbu Bəkrə
SəhihNəsəi, 1492 (Kusuf, 34)

Fəsil 17

Kusuf namazında qiraət nə qədər olmaldır?

قَدْرُ الْقِرَاءَةِ فِي صَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، قَالَ : خَسَفَتِ الشَّمْسُ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ مَعَهُ ، فَقَامَ قِيَامًا طَوِيلاً ، قَرَأَ نَحْوًا مِنْ سُورَةِ الْبَقَرَةِ قَالَ : ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ قِيَامًا طَوِيلاً وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ فَقَامَ قِيَامًا طَوِيلاً وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ انْصَرَفَ ، وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَقَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ لاَ يَخْسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَاذْكُرُوا اللَّهَ عَزَّ وَجَلَّ قَالُوا : يَا رَسُولَ اللهِ ، رَأَيْنَاكَ تَنَاوَلْتَ شَيْئًا فِي مَقَامِكَ هَذَا ، ثُمَّ رَأَيْنَاكَ تَكَعْكَعْتَ ، قَالَ : إِنِّي رَأَيْتُ الْجَنَّةَ - أَوْ أُرِيتُ الْجَنَّةَ - فَتَنَاوَلْتُ مِنْهَا عُنْقُودًا ، وَلَوْ أَخَذْتُهُ لأَكَلْتُمْ مِنْهُ مَا بَقِيَتِ الدُّنْيَا ، وَرَأَيْتُ النَّارَ فَلَمْ أَرَ كَالْيَوْمِ مَنْظَرًا قَطُّ ، وَرَأَيْتُ أَكْثَرَ أَهْلِهَا النِّسَاءَ قَالُوا : لِمَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : بِكُفْرِهِنَّ ، قِيلَ : يَكْفُرْنَ بِاللَّهِ ؟ قَالَ : يَكْفُرْنَ الْعَشِيرَ ، وَيَكْفُرْنَ الإِحْسَانَ ، لَوْ أَحْسَنْتَ إِلَى إِحْدَاهُنَّ الدَّهْرَ ثُمَّ رَأَتْ مِنْكَ شَيْئًا قَالَتْ : مَا رَأَيْتُ مِنْكَ خَيْرًا قَطُّ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Günəş tutulmuşdu və Allah Elçisi ﷺ namaz qıldı. İnsanlar da onunla birlikdə namaz qıldılar. O, uzun bir qiyam etdi və “əl-Bəqərə” surəsi qədər oxudu. Sonra uzun bir ruku etdi. Sonra qalxıb qiyamda durdu, lakin bu, ilk qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu ruku ilk rukudan qısa idi. Sonra səcdə etdi. Sonra uzun bir qiyam etdi, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu ruku ilk rukudan qısa idi. Sonra qalxıb qiyamda durdu, lakin bu, ilk qiyamdan qısa idi. Sonra uzun bir ruku etdi, lakin bu ruku ilk rukudan qısa idi. Sonra səcdə etdi, sonra da namazını bitirdi. Bu zaman günəşin üzü açılmışdı. Sonra dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının dəlillərindən bir dəlildir. Onlar kiminsə ölümünə və ya doğulmasına görə tutulmur. Siz bunu gördükdə Allahı ﷿ zikr edin!” Allah onlarla Öz qullarını qorxudur. Onların tutulmasını gördükdə hava açılana qədər namaz qılın!” Səhabələr eddilər: “Ey Allahın Elçisi! Biz gördük ki, sən namazda ikən sanki əlinlə nəyisə tutmaq istəyirsən. Sonra gördük ki, sən arxaya çəkilirsən”. O dedi: “Mən Cənnəti gördüm – və ya Cənnət mən göstərildi. Ondan bir budaq götürmək istədim. Əgər bunu götürsəydim, dünya mövcud olduğu müddətdə siz bundan yeyərdiniz və bu salxım bitməzdi. Mən bundan əvvəl belə bir mənzərə görməmişdim. Belə ki, Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm”. Səhabələr dedilər: “Nəyə görə, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ dedi: “Onların küfrlərinə görə”. Dedilər: “Onlar Allahamı küfr edirlər?” O dedi: “Onlar öz ailələrinə küfr edirlər. Onlara edilən yaxşılığa naşükürlük edirlər. Əgər sən onlara ömür boyu yaxşılıq etsən, sonra səndən başqa bir şey görsə, deyər: ”Mən indiyə kimi səndən heç bir xeyir görmədim”.”

Abdullah ibn Abbas
SəhihNəsəi, 1493 (Kusuf, 35)

Fəsil 18

Kusuf namazında qiraəti səsli oxumaq

بَابُ الْجَهْرِ بِالْقِرَاءَةِ فِي صَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْوَلِيدُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ نَمِرٍ ، أَنَّهُ سَمِعَ الزُّهْرِيَّ يُحَدِّثُ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ صَلَّى أَرْبَعَ رَكَعَاتٍ فِي أَرْبَعِ سَجَدَاتٍ ، وَجَهَرَ فِيهَا بِالْقِرَاءَةِ كُلَّمَا رَفَعَ رَأْسَهُ قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ dörd rukulu və dörd səcdəli namaz qıldı. Bu namazda qiraəti səsli etdi. Hər dəfə başını rukudan qaldırdıqda deyərdi: “Səmi Alla:hu limən həmidəh, Rabbənə: və ləkəl-həmd!””

Aişə
SəhihNəsəi, 1494 (Kusuf, 36)

Fəsil 19

Kusuf namazında qiraəti səssiz oxumaq

تَرْكُ الْجَهْرِ فِيهَا بِالْقِرَاءَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَسْوَدِ بْنِ قَيْسٍ ، عَنْ ابْنِ عَبَّادٍ ، رَجُلٍ مِنْ بَنِي عَبْدِ الْقَيْسِ ، عَنْ سَمُرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِهِمْ فِي كُسُوفِ الشَّمْسِ لاَ نَسْمَعُ لَهُ صَوْتًا.

“Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ onlarla günəşin tutulması namazını qıldı. Biz onun səsini (qiraət oxunuşu) eşitmədik.”

Səmura
ZəifNəsəi, 1495 (Kusuf, 37)

Fəsil 20

Kusuf namazında səcdələrdə deyilən sözlər

بَابُ الْقَوْلِ فِي السُّجُودِ فِي صَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْمِسْوَرِ الزُّهْرِيُّ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : كَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَأَطَالَ ـ قَالَ شُعْبَةُ : وَأَحْسَبُهُ قَالَ : فِي السُّجُودِ نَحْوَ ذَلِكَ ـ وَجَعَلَ يَبْكِي فِي سُجُودِهِ وَيَنْفُخُ وَيَقُولُ : رَبِّ لَمْ تَعِدْنِي هَذَا وَأَنَا أَسْتَغْفِرُكَ ، لَمْ تَعِدْنِي هَذَا وَأَنَا فِيهِمْ ، فَلَمَّا صَلَّى قَالَ : عُرِضَتْ عَلَيَّ الْجَنَّةُ حَتَّى لَوْ مَدَدْتُ يَدِي تَنَاوَلْتُ مِنْ قُطُوفِهَا ، وَعُرِضَتْ عَلَيَّ النَّارُ فَجَعَلْتُ أَنْفُخُ خَشْيَةَ أَنْ يَغْشَاكُمْ حَرُّهَا ، وَرَأَيْتُ فِيهَا سَارِقَ بَدَنَتَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَرَأَيْتُ فِيهَا أَخَا بَنِي دُعْدُعٍ سَارِقَ الْحَجِيجِ ، فَإِذَا فُطِنَ لَهُ قَالَ : هَذَا عَمَلُ الْمِحْجَنِ ، وَرَأَيْتُ فِيهَا امْرَأَةً طَوِيلَةً سَوْدَاءَ تُعَذَّبُ فِي هِرَّةٍ رَبَطَتْهَا ، فَلَمْ تُطْعِمْهَا وَلَمْ تَسْقِهَا ، وَلَمْ تَدَعْهَا تَأْكُلُ مِنْ خَشَاشِ الأَرْضِ حَتَّى مَاتَتْ ، وَإِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللهِ ، فَإِذَا انْكَسَفَتْ إِحْدَاهُمَا ـ أَوْ قَالَ : فَعَلَ أَحَدُهُمَا شَيْئًا مِنْ ذَلِكَ ـ فَاسْعَوْا إِلَى ذِكْرِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. Allah Elçisi ﷺ namaz qıldı və qiyamını uzun etdi. Sonra uzun bir ruku etdi. Sonra rukudan qalxdı və bunu uzun etdi”. Hədisin ravisi Şöbə deyir: “Zənn edirəm ki, səcdəsini də uzun etdi”. Səcdəsində ağlayır və üfürərək belə deyirdi: “Ya Rəbbim, mən bağışlanma dilədiyim müddətdə Sən bunu mənə vəd etməmişdin. Mən onların arasında olduğum müddətdə Sən bunu mənə vəd etməmişdin”. Namazı bitirdikdən sonra isə dedi: “Cənnət (qarşıma) gətirildi, əlimi uzatsaydım, onun meyvələrindən dərərdim. Cəhənnəm də (qarşıma) gətirildi, onun istisinin sizə toxunmasından qorxduğum üçün üfləməyə başladım. Orda mənim iki qurbanlıq inəyimi oğurlayanı gördüm. Həmçinin orda Bəni Dudu tayfasından olan, əsasının ucu ilə həcc edənlərdən oğurluq edənləri gördüm. Həmin şəxsə bu deyiləndə, deyərmiş: “Bu, mənim əsamın işidir (əsama ilişib)”. Mən orada uzun qara qadını gördüm. Ona bir pişiyə görə əzab verilirdi. O, pişiyi tutub bağlamış, onu yedizdirib-içizdirmirdi, ona su vermirdi. Buraxmırdı ki, yerdə olan həşəratlardan yesin. (Beləliklə də pişik) ölmüşdü. Həqiqətən, günəş və ay kiminsə ölümünə və ya dünyaya gəlməsinə görə tutulmur. Onlar Allahın varlığına sübut olan dəlillərdən bir dəlildir. Onlardan biri tutulduqda - və ya “onlardan belə bir hal gördükdə”- Allahı ﷿ zikr etməyə tələsin!””

Abdullah ibn Amr
SəhihNəsəi, 1496 (Kusuf, 38)

Fəsil 21

Kusuf namazlarında təşəhhüd və salam

بَابُ التَّشَهُّدِ وَالتَّسْلِيمِ فِي صَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرٍ ، عَنِ الْوَلِيدِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ نَمِرٍ ، أَنَّهُ سَأَلَ الزُّهْرِيَّ ، عَنْ سُنَّةِ صَلاَةِ الْكُسُوفِ ، فَقَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَسَفَتِ الشَّمْسُ فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً فَنَادَى : أَنِ الصَّلاَةَ جَامِعَةً ، فَاجْتَمَعَ النَّاسُ ، فَصَلَّى بِهِمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَكَبَّرَ ، ثُمَّ قَرَأَ قِرَاءَةً طَوِيلَةً ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً مِثْلَ قِيَامِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، وَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، ثُمَّ قَرَأَ قِرَاءَةً طَوِيلَةً هِيَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً هُوَ أَدْنَى مِنَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ سُجُودًا طَوِيلاً مِثْلَ رُكُوعِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ كَبَّرَ فَرَفَعَ رَأْسَهُ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ ، ثُمَّ كَبَّرَ ، فَقَامَ ، فَقَرَأَ قِرَاءَةً طَوِيلَةً هِيَ أَدْنَى مِنَ الأُولَى ، ثُمَّ كَبَّرَ ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً هُوَ أَدْنَى مِنَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، ثُمَّ قَرَأَ قِرَاءَةً طَوِيلَةً وَهِيَ أَدْنَى مِنَ الْقِرَاءَةِ الأُولَى فِي الْقِيَامِ الثَّانِي ، ثُمَّ كَبَّرَ فَرَكَعَ رُكُوعًا طَوِيلاً دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ كَبَّرَ فَرَفَعَ رَأْسَهُ ، فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ أَدْنَى مِنْ سُجُودِهِ الأَوَّلِ ، ثُمَّ تَشَهَّدَ ، ثُمَّ سَلَّمَ فَقَامَ فِيهِمْ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْخَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللهِ ، فَأَيُّهُمَا خُسِفَ بِهِ أَوْ بِأَحَدِهِمَا فَافْزَعُوا إِلَى اللهِ عَزَّ وَجَلَّ بِذِكْرِ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Nəmr ﵀ əz-Zuhridən kusuf namazında olan sünnə haqda soruşdu. əz-Zuhri dedi: “Bizə Urva ibn əz-Zubeyr Aişənin belə dediyini rəvayət etmişdir: “Günəş tutulduqda Allah Elçisi ﷺ bir kişiyə (insanları) camaat namazına çağırmaq üçün əmr etdi. İnsanlar toplandıqda Allah Elçisi ﷺ onlarla namaz qılaraq təkbir etdi, sonra qiyamda oxunuşu uzun etdi. Sonra təkbir edib qiyamı qədər və ya ondan da uzun olan ruku etdi. Sonra başını rukudan qaldıraraq: “Səmi Alla:hu limən həmidəh!”- dedi. Sonra qiyamda oxunuşu uzun, lakin birinci qiyamdan bir qədər qısa etdi. Sonra təkbir edib uzun, lakin birinci rukudan bir qədər qısa olan ruku etdi. Sonra başını rukudan qaldıraraq: “Səmi Alla:hu limən həmidəh!”- dedi. Sonra təkbir edib ruku və ya qiyam qədər uzun olan səcdə etdi. Sonra təkbir edib başını səcdədən qaldırdı. Sonra təkbir edib yenə səcdəyə getdi. Sonra təkbir edib ayağa qalxdı və uzun olan, lakin əvvəlki oxunuşdan daha qısa oxunuş eti. Sonra təkbir edib uzun olan, lakin ilk rukudan qısa olan ruku etdi. Sonra başını rukudan qaldıraraq: “Səmi Alla:hu limən həmidəh”- dedi. Sonra ayaq üstə uzun olan, lakin ikinci rükətin birinci oxunuşundan qısa bir oxunuş etdi. Sonra təkbir edib uzun olan, lakin əvvəlki rukudan qısa olan ruku etdi. Sonra təkbir edib başını rukudan qaldıraraq: “Səmi Alla:hu limən həmidəh”- dedi. Sonra təkbir edib əvvəlki səcdələrdən qısa səcdə etdi. Sonra təşəhhüdü dedi. Sonra salam verdi. Sonra qalxıb insanlar arasında Allaha həmd edib Onu təriflədi. Sonra da dedi: “Həqiqətən, günəş və ay kiminsə ölümünə və ya dünyaya gəlməsinə görə tutulmur. Onlar Allahın varlığına sübut olan dəlillərdən bir dəlildir. Onların və ya birinin tutulduğunu gördükdə, zikr etmək və namazla Allaha ﷿ sığının!””

Abdur-Rahmən ibn Nəmr
SəhihNəsəi, 1497 (Kusuf, 39)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا نَافِعُ بْنُ عُمَرَ ، عَنْ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، قَالَتْ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْكُسُوفِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ انْصَرَفَ.

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “Allah Elçisi ﷺ günəş tutulduqda namaz qıldı. Qiyamını uzun etdi, sonra uzun bir ruku etdi. Sonra başını rukudan qaldırıb yenidən uzun bir qiyamda durdu. Sonra uzun bir ruku etdi. Sonra rukudan başını qaldırdı. Sonra uzun bir səcdə etdi. Sonra başını səcdədən qaldırdı və yenə uzun bir səcdə etdi. Sonra ayağa durdu və qiyamını uzun etdi. Sonra uzun bir ruku etdi. Sonra başını rukudan qaldırdı və uzun bir qiyamda durdu. Sonra uzun bir ruku etdi. Sonra başını rukudan qaldırdı. Sonra səcdə etdi və səcdəsini uzun etdi. Sonra başını səcdədən qaldırdı və yenidən uzun bir səcdə etdi. Sonra başını səcdədən qaldırdı və namazını bitirdi”.”

Əsma bint Əbu Bəkr
SəhihNəsəi, 1498 (Kusuf, 40)

Fəsil 22

Kusuf namazından sonra minbərdə dayanmaq

بَابُ الْقُعُودِ عَلَى الْمِنْبَرِ بَعْدَ صَلاَةِ الْكُسُوفِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، أَنَّ عَمْرَةَ حَدَّثَتْهُ ، أَنَّ عَائِشَةَ ، قَالَتْ : إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مَخْرَجًا فَخُسِفَ بِالشَّمْسِ ، فَخَرَجْنَا إِلَى الْحُجْرَةِ فَاجْتَمَعَ إِلَيْنَا نِسَاءٌ ، وَأَقْبَلَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَذَلِكَ ضَحْوَةً ، فَقَامَ قِيَامًا طَوِيلاً ، ثُمَّ رَكَعَ رُكُوعًا طَوِيلاً ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَقَامَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ دُونَ رُكُوعِهِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ قَامَ الثَّانِيَةَ فَصَنَعَ مِثْلَ ذَلِكَ إِلاَّ أَنَّ قِيَامَهُ وَرُكُوعَهُ دُونَ الرَّكْعَةِ الأُولَى ، ثُمَّ سَجَدَ وَتَجَلَّتِ الشَّمْسُ ، فَلَمَّا انْصَرَفَ قَعَدَ عَلَى الْمِنْبَرِ ، فَقَالَ فِيمَا يَقُولُ : إِنَّ النَّاسَ يُفْتَنُونَ فِي قُبُورِهِمْ كَفِتْنَةِ الدَّجَّالِ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün Peyğəmbər ﷺ evindən çıxıb məscidə girdikdə, günəş tutuldu. Biz də öz otaqlarımızdan çıxdıq və qadınlar da bizim yanımıza toplandılar. Səhər vaxtı idi və Allah Elçisi ﷺ bizim yanımıza gəldi. O, qiyamı uzun olan namaz qıldı. Sonra uzun ruku etdi, sonra başını rukudan qaldırdı və əvvəlkindən bir az qısa qiyamda durdu. Sonra əvvəlkindən bir az qısa ruku etdi. Sonra səcdə etdi. Sonra ikinci dəfə ayağa durdu və bunun mislində olanları etdi. Amma bu rükət birinci rükətdən qısa oldu. Sonra səcdə etdi və günəşin üzü açıldı. Sonra namazı bitirib minbərə qalxdı və dedi: “Həqiqətən, insanlar qəbirdə Dəccalın fitnəsi kimi fitnəyə məruz qalacaqlar”.”

Aişə
SəhihNəsəi, 1499 (Kusuf, 41)

Fəsil 23

Günəş və ay tutulduqda olan xütbə

بَابُ كَيْفَ الْخُطْبَةِ فِي الْكُسُوفِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ فَصَلَّى ، فَأَطَالَ الْقِيَامَ جِدًّا ، ثُمَّ رَكَعَ ، فَأَطَالَ الرُّكُوعَ جِدًّا ، ثُمَّ رَفَعَ ، فَأَطَالَ الْقِيَامَ جِدًّا وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ ، فَأَطَالَ الرُّكُوعَ وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَأَطَالَ الْقِيَامَ وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ ، فَأَطَالَ الرُّكُوعَ وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ رَفَعَ ، فَأَطَالَ الْقِيَامَ وَهُوَ دُونَ الْقِيَامِ الأَوَّلِ ، ثُمَّ رَكَعَ ، فَأَطَالَ الرُّكُوعَ وَهُوَ دُونَ الرُّكُوعِ الأَوَّلِ ، ثُمَّ سَجَدَ ، فَفَرَغَ مِنْ صَلاَتِهِ وَقَدْ جُلِّيَ عَنِ الشَّمْسِ ، فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَصَلُّوا وَتَصَدَّقُوا ، وَاذْكُرُوا اللَّهَ عَزَّ وَجَلَّ ، وَقَالَ : يَا أُمَّةَ مُحَمَّدٍ ، إِنَّهُ لَيْسَ أَحَدٌ أَغْيَرَ مِنَ اللهِ عَزَّ وَجَلَّ أَنْ يَزْنِيَ عَبْدُهُ أَوْ أَمَتُهُ ، يَا أُمَّةَ مُحَمَّدٍ ، لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ zamanında günəş tutulmuşdu. O, qalxıb qiyamı çox uzun namaz qıldı. Sonra ruku etdi və rukusu çox uzun idi. Sonra başını (rukudan) qaldırdı və yenə qiyamı çox uzun oldu, lakin birinci qiyamdan qısa idi. Sonra ruku etdi, lakin birinci rukudan qısa etdi. Sonra səcdə etdi və başını səcdədən qaldırdı. Sonra qiyamda durdu, lakin birinci qiyamdan qısa etdi. Sonra ruku etdi, lakin birinci rukudan qısa etdi. Sonra başını rukudan qaldırdı və qiyamını uzun etdi, lakin əvvəlki qiyamdan qısa etdi. Sonra ruku etdi, lakin rukusunu əvvəlkindən qısa etdi. Sonra səcdə etdi. Namazı bitirdikdə, artıq günəşin üzü açılmışdı. O, insanlara xitab edərək Allaha həmd və səna etdi. Sonra dedi: “Həqiqətən, günəş və ay heç kimin ölümü və ya doğulmasına görə tutulmur. Onları gördükdə, namaz qılın, sədəqə verin və Allahı ﷿ zikr edin!” Sonra dedi: “Ey Muhəmməd ümməti! Həqiqətən, Allahın qadın və ya kişi qulu zina etdikdə, heç kim Ondan daha çox qısqanc ola bilməz. Ey Muhəmməd ümməti! Mən bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız”.”

Aişə
SəhihNəsəi, 1500 (Kusuf, 42)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ الْحَفَرِيُّ ، عَنْ سُفْيَانَ ، عَنِ الأَسْوَدِ بْنِ قَيْسٍ ، عَنْ ثَعْلَبَةَ بْنِ عَبَّادٍ ، عَنْ سَمُرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَبَ حِينَ انْكَسَفَتِ الشَّمْسُ فَقَالَ : أَمَّا بَعْدُ.

“Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ günəş tutulduqda xütbə verdi və dedi: “Bundan sonra…”.”

Səmura
ZəifNəsəi, 1501 (Kusuf, 43)

Fəsil 24

Günəş və ay tutulduqda dua etməyin əmr edilməsi

الأَمْرُ بِالدُّعَاءِ فِي الْكُسُوفِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَبِي بَكْرَةَ ، قَالَ : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْكَسَفَتِ الشَّمْسُ ، فَقَامَ إِلَى الْمَسْجِدِ يَجُرُّ رِدَاءَهُ مِنَ الْعَجَلَةِ ، فَقَامَ إِلَيْهِ النَّاسُ ، فَصَلَّى رَكْعَتَيْنِ كَمَا يُصَلُّونَ ، فَلَمَّا انْجَلَتْ خَطَبَنَا فَقَالَ : إِنَّ الشَّمْسَ وَالْقَمَرَ آيَتَانِ مِنْ آيَاتِ اللهِ يُخَوِّفُ بِهِمَا عِبَادَهُ ، وَإِنَّهُمَا لاَ يَنْكَسِفَانِ لِمَوْتِ أَحَدٍ ، فَإِذَا رَأَيْتُمْ كُسُوفَ أَحَدِهِمَا فَصَلُّوا وَادْعُوا حَتَّى يَنْكَشِفَ مَا بِكُمْ.

“Rəvayət edilir ki, Əbu Bəkratə ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanında idik. Günəş tutuldu və o, tələsərək ridasını yuxarı çəkə-çəkə məscidə tərəf getdi. İnsanlar da ona tərəf gəldilər. Onlarla sizin qıldığınız kimi iki rükət namaz qıldı. Günəşin üzü açıldıqda, insanlara xitab edərək dedi: “Həqiqətən, günəş və ay Allahın varlığının əlamətlərindəndir. Allah bununla Öz qullarını qorxudur. Onlar heç kimin ölməsi səbəbi ilə tutulmur. Onlardan birinin tutulduğunu gördükdə, bu hal sizdən gedənə qədər namaz qılıb dua edin!””

Əbu Bəkratə
SəhihNəsəi, 1502 (Kusuf, 44)

Fəsil 25

Günəş və ay tutulduqda bağışlanma diləməyin əmr edilməsi

الأَمْرُ بِالاِسْتِغْفَارِ فِي الْكُسُوفِ

أَخْبَرَنَا مُوسَى بْنُ عَبْدِ الرَّحْمَنِ الْمَسْرُوقِيُّ ، عَنْ أَبِي أُسَامَةَ ، عَنْ بُرَيْدٍ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَزِعًا يَخْشَى أَنْ تَكُونَ السَّاعَةُ ، فَقَامَ حَتَّى أَتَى الْمَسْجِدَ ، فَقَامَ يُصَلِّي بِأَطْوَلِ قِيَامٍ وَرُكُوعٍ وَسُجُودٍ مَا رَأَيْتُهُ يَفْعَلُهُ فِي صَلاَتِهِ قَطُّ ، ثُمَّ قَالَ : إِنَّ هَذِهِ الآيَاتِ الَّتِي يُرْسِلُ اللَّهُ لاَ تَكُونُ لِمَوْتِ أَحَدٍ وَلاَ لِحَيَاتِهِ ، وَلَكِنَّ اللَّهَ يُرْسِلُهَا يُخَوِّفُ بِهَا عِبَادَهُ ، فَإِذَا رَأَيْتُمْ مِنْهَا شَيْئًا فَافْزَعُوا إِلَى ذِكْرِهِ وَدُعَائِهِ وَاسْتِغْفَارِهِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Günəş tutulduqda, Peyğəmbər ﷺ Qiyamətin baş verəcəyindən təlaşa düşüb ayağa qalxdı və məscidə getdi. Bundan qabaq mənim görmədiyim, qiyamı, rukusu və səcdələri uzun olan bir namaz qıldı, sonra da dedi: “Həqiqətən, Allahın göndərdiyi bu ayələr (günəşin tutulması) heç kimin ölümü və ya doğulmasına görə baş vermir. Allah onları qullarını qorxutmaq üçün göndərir. Onları gördükdə Allahı zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!””

Əbu Musa
SəhihNəsəi, 1503 (Kusuf, 45)