Sunən ən-NəsəiVəqflər kitabı

Kitab 29

Vəqflər kitabı

كِتَابُ الأَحْبَاسِ

17

hədis

Fəsil 1

Vəqflər

الأَحْبَاسِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، قَالَ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ دِينَارًا وَلاَ دِرْهَمًا ، وَلاَ عَبْدًا وَلاَ أَمَةً ، إِلاَّ بَغْلَتَهُ الشَّهْبَاءَ الَّتِي كَانَ يَرْكَبُهَا ، وَسِلاَحَهُ وَأَرْضًا جَعَلَهَا فِي سَبِيلِ اللهِ وَقَالَ قُتَيْبَةُ ، مَرَّةً أُخْرَى : صَدَقَةً.

“Rəvayət edilir ki, Amr ibn əl-Haris ﵁ demişdir: “Allah Elçisi ﷺ miras olaraq nə dinar, nə dirhəm, nə kölə, nə də cariyə qoyub getmişdir. O, ancaq mindiyi ağ qatırını, silahını və Allah yolunda vəqf etdiyi bir ərazini qoyub getmişdi”. Ravi Quteybə deyir: “Sədəqə etdiyi ərazi qalmışdır”.”

Amr ibn əl-Haris
SəhihNəsəi, 3594 (Vəqflər, 1)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي أَبُو إِسْحَاقَ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ الْحَارِثِ ، يَقُولُ : مَا تَرَكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلاَّ بَغْلَتَهُ الْبَيْضَاءَ وَسِلاَحَهُ وَأَرْضًا تَرَكَهَا صَدَقَةً.

“Rəvayət edilir ki, Amr ibn əl-Haris ﵁ demişdir: “Allah Elçisi ﷺ miras olaraq yalnız ağ qatırını, silahını və vəqf etdiyi bir ərazini qoyub getmişdir”.”

Amr ibn əl-Haris
SəhihNəsəi, 3595 (Vəqflər, 2)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ الْحَارِثِ يَقُولُ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مَا تَرَكَ إِلاَّ بَغْلَتَهُ الشَّهْبَاءَ ، وَسِلاَحَهُ وَأَرْضًا تَرَكَهَا صَدَقَةً.

“Rəvayət edilir ki, Amr ibn əl-Haris ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ miras olaraq yalnız ağ qatırını, silahını və vəqf etdiyi bir ərazini qoyub getdiyini görmüşəm”.”

Amr ibn əl-Haris
SəhihNəsəi, 3596 (Vəqflər, 3)

Fəsil 2

Vəqf necə hazırlanır və İbn Ömərin bu barədə olan xəbəri haqda İbn Aunun ixtilafı

الأَحْبَاسُ كَيْفَ يُكْتَبُ الْحَبْسُ ، وَذِكْرُ الاِخْتِلاَفِ عَلَى ابْنِ عَوْنٍ فِي خَبَرِ ابْنِ عُمَرَ فِيهِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو دَاوُدَ الْحَفَرِيُّ عُمَرُ بْنُ سَعْدٍ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، قَالَ : أَصَبْتُ أَرْضًا مِنْ أَرْضِ خَيْبَرَ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : أَصَبْتُ أَرْضًا لَمْ أُصِبْ مَالاً أَحَبَّ إِلَيَّ وَلاَ أَنْفَسَ عِنْدِي مِنْهَا ، قَالَ : إِنْ شِئْتَ تَصَدَّقْتَ بِهَا ، فَتَصَدَّقَ بِهَا عَلَى أَنْ لاَ تُبَاعَ ، وَلاَ تُوهَبَ فِي الْفُقَرَاءِ وَذِي الْقُرْبَى وَالرِّقَابِ وَالضَّيْفِ وَابْنِ السَّبِيلِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ بِالْمَعْرُوفِ ، غَيْرَ مُتَمَوِّلٍ مَالاً ، وَيُطْعِمَ

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Xeybər ərazisindən bir torpaq sahəsinə sahib olmuşdum. Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Elə bir sahəyə sahib olmuşam ki, indiyə kimi bu qədər çox sevdiyim və çox xoşuma gələn bir malım olmayıb. Onu nə edim?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, onu sədəqə et”. Ömər də həmin sahəni alıb-satılmamaq və hədiyyə edilməmək şərti ilə sədəqə (vəqf) etdi. Bu sahənin gəlirindən kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulacaq adamlara, səfərdə olanlara, yolda qalan adamlara vəqf etdi. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

Ömər
SəhihNəsəi, 3597 (Vəqflər, 4)

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي إِسْحَاقَ الْفَزَارِيِّ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَحْوَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Ömər
ZəifNəsəi, 3598 (Vəqflər, 5)

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : أَصَابَ عُمَرُ ، أَرْضًا بِخَيْبَرَ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : أَصَبْتُ أَرْضًا لَمْ أُصِبْ مَالاً قَطُّ أَنْفَسَ عِنْدِي ، فَكَيْفَ تَأْمُرُ بِهِ ؟ قَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا ، فَتَصَدَّقَ بِهَا عَلَى أَنْ لاَ تُبَاعَ وَلاَ تُوهَبَ وَلاَ تُورَثَ فِي الْفُقَرَاءِ وَالْقُرْبَى وَالرِّقَابِ ، وَفِي سَبِيلِ اللهِ وَالضَّيْفِ وَابْنِ السَّبِيلِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ مِنْهَا بِالْمَعْرُوفِ ، وَيُطْعِمَ صَدِيقًا غَيْرَ مُتَمَوِّلٍ فِيهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Xeybər ərazisindən Ömərin payına bir ərazi düşmüşdü. Ona görə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “İndiyə kimi yiyələnmədiyim qiymətli bir əraziyə sahib olmuşam. Mənə nə əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, onu vəqf et və məhsulunu sədəqə et”. Ömər dedi: “Alınıb-satılmamaq, hədiyyə edilməmək və miras olunmamaq şərti ilə kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulacaq adamlara, Allah yolunda olan hər işə, müsafirlərə, yolda qalan adamlara sədəqə ediləcək. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə adətə uyğun olaraq yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

İbn Ömər
SəhihNəsəi, 3599 (Vəqflər, 6)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، عَنْ ابْنِ عَوْنٍ ، قَالَ : وَأَنْبَأَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : أَصَابَ عُمَرُ ، أَرْضًا بِخَيْبَرَ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاسْتَأْمَرَهُ فِيهَا ، فَقَالَ : إِنِّي أَصَبْتُ أَرْضًا كَثِيرًا لَمْ أُصِبْ مَالاً قَطُّ أَنْفَسَ عِنْدِي مِنْهُ ، فَمَا تَأْمُرُ فِيهَا ؟ قَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا ، فَتَصَدَّقَ بِهَا عَلَى أَنَّهُ لاَ تُبَاعُ وَلاَ تُوهَبُ ، فَتَصَدَّقَ بِهَا فِي الْفُقَرَاءِ وَالْقُرْبَى ، وَفِي الرِّقَابِ ، وَفِي سَبِيلِ اللهِ وَابْنِ السَّبِيلِ وَالضَّيْفِ ، لاَ جُنَاحَ - يَعْنِي - عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ أَوْ يُطْعِمَ صَدِيقًا ، غَيْرَ مُتَمَوِّلٍ اللَّفْظُ لِإِسْمَاعِيلَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Xeybər ərazisindən Ömərin payına bir ərazi düşmüşdü. Ona görə Peyğəmbərin ﷺ yanına gəlib dedi: “İndiyə kimi yiyələnmədiyim qiymətli bir əraziyə sahib olmuşam. Mənə nə əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, onu vəqf et və məhsulunu sədəqə et”. O da alınıb-satılmamaq və hədiyyə edilməmək şərti ilə ərazini vəqf etdi. Oradan əldə edilən məhsulun isə kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulmaq istəyənlərə, Allah yolunda olanlara, yolda qalan adamlara, müsafirlərə sədəqə verilməsini şərt qoşdu. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə adətə uyğun olaraq yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

İbn Ömər
SəhihNəsəi, 3600 (Vəqflər, 7)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَزْهَرُ السَّمَّانُ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ عُمَرَ ، أَصَابَ أَرْضًا بِخَيْبَرَ فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَسْتَأْمِرُهُ فِي ذَلِكَ ، فَقَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا ، فَحَبَّسَ أَصْلَهَا ، أَنْ لاَ تُبَاعَ ، وَلاَ تُوهَبَ ، وَلاَ تُورَثَ ، فَتَصَدَّقَ بِهَا عَلَى الْفُقَرَاءِ وَالْقُرْبَى وَالرِّقَابِ ، وَفِي الْمَسَاكِينِ ، وَابْنِ السَّبِيلِ ، وَالضَّيْفِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ مِنْهَا بِالْمَعْرُوفِ ، أَوْ يُطْعِمَ صَدِيقَهُ غَيْرَ مُتَمَوِّلٍ فِيهِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Xeybər ərazisindən Ömərin payına bir ərazi düşmüşdü. Ona görə Ömər Peyğəmbərin ﷺ yanına gəlib ona nə əmr etdiyini soruşdu. Peyğəmbər ﷺ buyurdu: “İstəyirsən, onu vəqf et və məhsulunu sədəqə et”. O da alınıb-satılmamaq, hədiyyə edilməmək və miras olmamaq şərti ilə onun məhsulunun kasıblara, yaxın qohumlarına, köləlikdən qurtulmaq istəyənlərə, yoxsullara, Allah yolunda olanlara, müsafirlərə sədəqə verilməsini şərt qoşdu. O ərazinin idarə olunmasını üzərinə götürən adama isə ehtiyacından çox olmamaq şərti ilə adətə uyğun olaraq yeməsində və başqalarına yedirtməsində bir günah yoxdur”.”

İbn Ömər
SəhihNəsəi, 3601 (Vəqflər, 8)

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ ، قَالَ : لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ {لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ} ، قَالَ أَبُو طَلْحَةَ : إِنَّ رَبَّنَا لَيَسْأَلُنَا عَنْ أَمْوَالِنَا ، فَأُشْهِدُكَ يَا رَسُولَ اللهِ ، أَنِّي قَدْ جَعَلْتُ أَرْضِي لِلَّهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : اجْعَلْهَا فِي قَرَابَتِكَ فِي حَسَّانَ بْنِ ثَابِتٍ وَأُبَيِّ بْنِ كَعْبٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmazsınız...” (Ali-İmran, 92) ayəsi nazil olduqda Əbu Təlhə dedi: “Rəbbimiz malımızdan xərcləməyimizi istəyir. Səni şahid tuturam ki, ey Allahın Elçisi, mən bağçamı Allah yolunda vəqf edirəm”. Allah Elçisi ﷺ buyurdu: “Onu yaxın qohumlarından olan Həssən ibn Sabit və Ubey ibn Kəbə ver!””

Ənəs
SəhihNəsəi, 3602 (Vəqflər, 9)

Fəsil 3

Vəqf edilən ərazinin ümumi olması

بَابُ : حَبْسِ الْمَشَاعِ

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ عُمَرُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّ الْمِائَةَ سَهْمٍ الَّتِي لِي بِخَيْبَرَ لَمْ أُصِبْ مَالاً قَطُّ أَعْجَبَ إِلَيَّ مِنْهَا ، قَدْ أَرَدْتُ أَنْ أَتَصَدَّقَ بِهَا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : احْبِسْ أَصْلَهَا ، وَسَبِّلْ ثَمَرَتَهَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər Peyğəmbərə ﷺ dedi: “Xeybər döyüşündə qənimətlərdən mənə düşən yüz hissə pay ərazi indiyə kimi yiyələnmədiyim ən dəyərli maldır. Mən onu sədəqə edə bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “Onu vəqf et, məhsulunu isə sədəqə et”.”

İbn Ömər
SəhihNəsəi, 3603 (Vəqflər, 10)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْخَلَنْجِيُّ ، بِبَيْتِ الْمَقْدِسِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : جَاءَ عُمَرُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَصَبْتُ مَالاً لَمْ أُصِبْ مِثْلَهُ قَطُّ ، كَانَ لِي مِئَةُ رَأْسٍ فَاشْتَرَيْتُ بِهَا مِئَةَ سَهْمٍ مِنْ خَيْبَرَ مِنْ أَهْلِهَا ، وَإِنِّي قَدْ أَرَدْتُ أَنْ أَتَقَرَّبَ بِهَا إِلَى اللهِ عَزَّ وَجَلَّ ، قَالَ : فَاحْبِسْ أَصْلَهَا ، وَسَبِّلِ الثَّمَرَةَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər ﵁ Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, indiyə kimi heç vaxt yiyələnmədiyim bir əraziyə sahib oldum. Mənim yüz dənə heyvanım var idi. Onlar vasitəsilə Xeybərdən və onun əhalisindən yüz hissə ərazi aldım. Bununla Allaha ﷿ yaxınlaşa bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Onu vəqf et, məhsulunu da sədəqə et”.”

İbn Ömər
SəhihNəsəi, 3604 (Vəqflər, 11)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مُصَفَّى بْنِ بَهْلُولٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ سَعِيدِ بْنِ سَالِمٍ الْمَكِّيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَرْضٍ لِي بِثَمْغٍ ، قَالَ : احْبِسْ أَصْلَهَا ، وَسَبِّلْ ثَمَرَتَهَا.

“Rəvayət edilir ki, Ömər demişdir: “Səmğ” adlı yerdən mənə düşən pay torpağı haqda Allah Elçisindən ﷺ soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Onu vəqf et, məhsulunu isə sədəqə et”.”

Ömər
SəhihNəsəi, 3605 (Vəqflər, 12)

Fəsil 4

Məscidlərin vəqf edilməsi

بَابُ : وَقْفِ الْمَسَاجِدِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ أَبِي ، يُحَدِّثُ ، عَنْ حُصَيْنِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عُمَرَ بْنِ جَاوَانَ ، رَجُلٍ مِنْ بَنِي تَمِيمٍ - وَذَاكَ أَنِّي قُلْتُ لَهُ : أَرَأَيْتَ اعْتِزَالَ الأَحْنَفِ بْنِ قَيْسٍ مَا كَانَ ؟ - قَالَ : سَمِعْتُ الأَحْنَفَ ، يَقُولُ : أَتَيْتُ الْمَدِينَةَ وَأَنَا حَاجٌّ ، فَبَيْنَا نَحْنُ فِي مَنَازِلِنَا ، نَضَعُ رِحَالَنَا إِذْ أَتَى آتٍ فَقَالَ : قَدِ اجْتَمَعَ النَّاسُ فِي الْمَسْجِدِ ، فَاطَّلَعْتُ فَإِذَا - يَعْنِي - النَّاسَ مُجْتَمِعُونَ ، وَإِذَا بَيْنَ أَظْهُرِهِمْ نَفَرٌ قُعُودٌ ، فَإِذَا هُوَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، وَالزُّبَيْرُ ، وَطَلْحَةُ ، وَسَعْدُ بْنُ أَبِي وَقَّاصٍ رَحْمَةُ اللهِ عَلَيْهِمْ ، فَلَمَّا قُمْتُ عَلَيْهِمْ قِيلَ : هَذَا عُثْمَانُ بْنُ عَفَّانَ ، قَدْ جَاءَ ، قَالَ : فَجَاءَ وَعَلَيْهِ مُلَيَّةٌ صَفْرَاءُ ، فَقُلْتُ لِصَاحِبِي : كَمَا أَنْتَ حَتَّى أَنْظُرَ مَا جَاءَ بِهِ ؟ فَقَالَ عُثْمَانُ : أَهَاهُنَا عَلِيٌّ ؟ أَهَاهُنَا الزُّبَيْرُ ؟ أَهَاهُنَا طَلْحَةُ ؟ أَهَاهُنَا سَعْدٌ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ يَبْتَاعُ مِرْبَدَ بَنِي فُلاَنٍ غَفَرَ اللَّهُ لَهُ ؟ فَابْتَعْتُهُ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : إِنِّي ابْتَعْتُ مِرْبَدَ بَنِي فُلاَنٍ ، قَالَ : فَاجْعَلْهُ فِي مَسْجِدِنَا وَأَجْرُهُ لَكَ ، قَالُوا : نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ يَبْتَاعُ بِئْرَ رُومَةَ غَفَرَ اللَّهُ لَهُ ؟ فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُلْتُ : قَدْ ابْتَعْتُ بِئْرَ رُومَةَ ، قَالَ : فَاجْعَلْهَا سِقَايَةً لِلْمُسْلِمِينَ وَأَجْرُهَا لَكَ ، قَالُوا : نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ يُجَهِّزُ جَيْشَ الْعُسْرَةِ غَفَرَ اللَّهُ لَهُ ؟ فَجَهَّزْتُهُمْ حَتَّى مَا يَفْقِدُونَ عِقَالاً وَلاَ خِطَامًا ، قَالُوا : نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ.

“Hüseyn ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Bəni Təmim tayfasından bir adam Ömər ibn Cavana dedi: “Əhnəf ibn Qeys o hadisədə nə üçün ayrılmışdı?” O dedi: “Mən Əhnəfin belə dediyini eşitdim: “Bir dəfə həcc etmək üçün Mədinəyə gəlmişdim. Biz qaldığımız yerdə yüklərimizi boşaldarkən bir nəfər gəlib dedi: “İnsanlar məsciddə toplanıblar”. Mən də gedib, həqiqətən də, insanların orada toplandığını gördüm. Baxdım ki, ortalıqda bir dəstə adam oturub. Onlar Əli ibn Əbu Talib, əz-Zubeyr, Təlhə, Səd ibn Əbu Vaqqas idilər. Allah onlara rəhm etsin! Mən onların yanında duranda dedilər: “Bu, Osman ibn Əffandır, o artıq gəldi”. O, üzərində sarı bir paltarla gəldi. Mən dostuma dedim: “Olduğun yerdə qal! Görüm Osman nə xəbərlə gəlib”. Osman dedi: “Əli buradadır? əz-Zubeyr buradadır? Təlhə buradadır? Səd buradadır?” Ona: “Bəli”, – dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Allah Elçisinin ﷺ: “Kim filankəslərin xurma qurutma yerini alarsa, Allah onu bağışlayar”, - buyurduğunu bilirsinizmi? Mən oranı aldım və Allah Elçisinin ﷺ yanına gələrək: “Filankəslərin xurma qurutma yerini aldım”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Onu bizim məscidimizə vəqf etsən, mükafatını alarsan”. Oradakılar: “Bəli”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim Rumə quyusunu alarsa, Allah onu bağışlayar”- buyurdu? Mən də Allah Elçisinin ﷺ yanına gəlib: “Mən Rumə quyusunu aldım”, - dedim. Allah Elçisi ﷺ də: “Onu müsəlmanların istifadəsi üçün vəqf et, mükafatını alarsan”, - deyə buyurdu”. Oradakılar: “Bəli”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim “çətinlik ordusunu” təchiz edərsə, Allah onu bağışlayar”, - buyurdu. Mən də onları yüyəndən tutmuş ox yaylarının iplərinə qədər hamısını təchiz etmişdim”. Oradakılar: “Bəli”, - dedilər. Osman dedi: “Allahım, şahid ol! Allahım, şahid ol! Allahım, şahid ol!””

Hüseyn ibn Abdur-Rahmən
SəhihNəsəi, 3606 (Vəqflər, 13)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، قَالَ : سَمِعْتُ حُصَيْنَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، يُحَدِّثُ عَنْ عُمَرَ بْنِ جَاوَانَ ، عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ ، قَالَ : خَرَجْنَا حُجَّاجًا فَقَدِمْنَا الْمَدِينَةَ وَنَحْنُ نُرِيدُ الْحَجَّ ، فَبَيْنَا نَحْنُ فِي مَنَازِلِنَا نَضَعُ رِحَالَنَا إِذْ أَتَانَا آتٍ فَقَالَ : إِنَّ النَّاسَ قَدِ اجْتَمَعُوا فِي الْمَسْجِدِ وَفَزِعُوا ، فَانْطَلَقْنَا فَإِذَا النَّاسُ مُجْتَمِعُونَ عَلَى نَفَرٍ فِي وَسَطِ الْمَسْجِدِ ، وَإِذَا عَلِيٌّ ، وَالزُّبَيْرُ ، وَطَلْحَةُ ، وَسَعْدُ بْنُ أَبِي وَقَّاصٍ ، فَإِنَّا لَكَذَلِكَ إِذْ جَاءَ عُثْمَانُ بْنُ عَفَّانَ ، عَلَيْهِ مُلاَءَةٌ صَفْرَاءُ قَدْ قَنَّعَ بِهَا رَأْسَهُ ، فَقَالَ : أَهَاهُنَا عَلِيٌّ ؟ أَهَاهُنَا طَلْحَةُ ؟ أَهَاهُنَا الزُّبَيْرُ ؟ أَهَاهُنَا سَعْدٌ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : فَإِنِّي أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ؟ قَالَ : مَنْ يَبْتَاعُ مِرْبَدَ بَنِي فُلاَنٍ غَفَرَ اللَّهُ لَهُ فَابْتَعْتُهُ بِعِشْرِينَ أَلْفًا أَوْ بِخَمْسَةٍ وَعِشْرِينَ أَلْفًا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخْبَرْتُهُ فَقَالَ : اجْعَلْهَا فِي مَسْجِدِنَا وَأَجْرُهُ لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ يَبْتَاعُ بِئْرَ رُومَةَ غَفَرَ اللَّهُ لَهُ ؟ فَابْتَعْتُهُ بِكَذَا وَكَذَا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُلْتُ : قَدْ ابْتَعْتُهَا بِكَذَا وَكَذَا ، قَالَ : اجْعَلْهَا سِقَايَةً لِلْمُسْلِمِينَ وَأَجْرُهَا لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَظَرَ فِي وُجُوهِ الْقَوْمِ فَقَالَ : مَنْ جَهَّزَ هَؤُلاَءِ غَفَرَ اللَّهُ لَهُ ؟ - يَعْنِي جَيْشَ الْعُسْرَةِ - فَجَهَّزْتُهُمْ حَتَّى مَا يَفْقِدُونَ عِقَالاً وَلاَ خِطَامًا ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ.

“Rəvayət edilir ki, Əhnəf ibn Qeys ﵀ demişdir: “Bir dəfə həcc etmək üçün Mədinəyə gəlmişdim. Biz qaldığımız yerdə yüklərimizi boşaldarkən bir nəfər gəlib dedi: “İnsanlar məsciddə toplanıb və qorxu içindədirlər”. Biz də məscidə gedib gördük ki, insanlar məscidin ortasında oturan adamların ətrafında toplanıblar. Baxdım ki, Əli, əz-Zubeyr, Təlhə və Səd ibn Əbu Vaqqas oturublar. Bu vaxt Osman ibn Əffan sarı paltarda və başı da sarıqlı halda gəldi və dedi: “Əli buradadır? əz-Zubeyr buradadır? Təlhə buradadır? Səd buradadır?” Ona: “Bəli”, – dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Allah Elçisinin ﷺ: “Kim filankəslərin xurma qurutma yerini alarsa, Allah onu bağışlayar”, - buyurduğunu bilirsinizmi? Mən oranı iyirmi və ya iyirmi beş min dirhəmə aldım və Allah Elçisinin ﷺ yanına gələrək bunu ona xəbər verdim. Allah Elçisi ﷺ buyurdu: “Onu bizim məscidimizə vəqf etsən, mükafatını alarsan”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim Rumə quyusunu alarsa, Allah onu bağışlayar”, - buyurdu. Mən də o quyunu filan qiymətə aldım, sonra da Allah Elçisinin yanına gedərək ona dedim: “Onu filan qiymətə aldım”. Allah Elçisi ﷺ də: “Müsəlmanların içməsi üçün onu vəqf et, mükafatını alarsan”, - deyə buyurdu”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Sizi Ondan başqa ibadətə layiq olmayan Allaha şahid gətirirəm! Bilirsinizmi ki, Allah Elçisi ﷺ: “Kim “çətinlik ordusunu” təchiz edərsə, Allah onu bağışlayar”, - buyurdu? Mən də onları yüyəndən tutmuş ox yaylarının iplərinə qədər hamısını təchiz etmişdim”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Allahım, şahid ol! Allahım, şahid ol!””

Əhnəf ibn Qeys
SəhihNəsəi, 3607 (Vəqflər, 14)

أَخْبَرَنِي زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ عَامِرٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي الْحَجَّاجِ ، عَنْ سَعِيدٍ الْجُرَيْرِيِّ ، عَنْ ثُمَامَةَ بْنِ حَزْنٍ الْقُشَيْرِيِّ ، قَالَ : شَهِدْتُ الدَّارَ حِينَ أَشْرَفَ عَلَيْهِمْ عُثْمَانُ ، فَقَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ وَبِالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَدِمَ الْمَدِينَةَ وَلَيْسَ بِهَا مَاءٌ يُسْتَعْذَبُ غَيْرَ بِئْرِ رُومَةَ ؟ فَقَالَ : مَنْ يَشْتَرِي بِئْرَ رُومَةَ فَيَجْعَلُ فِيهَا دَلْوَهُ مَعَ دِلاَءِ الْمُسْلِمِينَ بِخَيْرٍ لَهُ مِنْهَا فِي الْجَنَّةِ ؟ فَاشْتَرَيْتُهَا مِنْ صُلْبِ مَالِي فَجَعَلْتُ دَلْوِي فِيهَا مَعَ دِلاَءِ الْمُسْلِمِينَ ، وَأَنْتُمُ الْيَوْمَ تَمْنَعُونِي مِنَ الشُّرْبِ مِنْهَا حَتَّى أَشْرَبَ مِنْ مَاءِ الْبَحْرِ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ وَالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنِّي جَهَّزْتُ جَيْشَ الْعُسْرَةِ مِنْ مَالِي ؟ قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكُمْ بِاللَّهِ وَالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنَّ الْمَسْجِدَ ضَاقَ بِأَهْلِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ يَشْتَرِي بُقْعَةَ آلِ فُلاَنٍ فَيَزِيدُهَا فِي الْمَسْجِدِ بِخَيْرٍ لَهُ مِنْهَا فِي الْجَنَّةِ ؟ فَاشْتَرَيْتُهَا مِنْ صُلْبِ مَالِي فَزِدْتُهَا فِي الْمَسْجِدِ ، وَأَنْتُمْ تَمْنَعُونِي أَنْ أُصَلِّيَ فِيهِ رَكْعَتَيْنِ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ وَالإِسْلاَمِ ، هَلْ تَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، كَانَ عَلَى ثَبِيرٍ ثَبِيرِ مَكَّةَ ، وَمَعَهُ أَبُو بَكْرٍ وَعُمَرُ وَأَنَا ، فَتَحَرَّكَ الْجَبَلُ فَرَكَضَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِرِجْلِهِ وَقَالَ : اسْكُنْ ثَبِيرُ ، فَإِنَّمَا عَلَيْكَ نَبِيٌّ وَصِدِّيقٌ وَشَهِيدَانِ قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُ أَكْبَرُ ، شَهِدُوا لِي وَرَبِّ الْكَعْبَةِ - يَعْنِي أَنِّي شَهِيدٌ -.

“Rəvayət edilir ki, Sumamə ibn Həzn əl-Quşeyri ﵀ demişdir: “Mən Osmanın evini mühasirəyə alanların qarşısına çıxıb belə dediyinə şahid oldum: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, Allah Elçisi ﷺ Mədinəyə gəldikdə orada Rumə quyusundan başqa içməli su yox idi. Ona görə də Allah Elçisi ﷺ buyurdu: “Kim Rumə quyusunu alar və onu müsəlmanların istifadəsinə verərsə, ona Cənnətdə ondan daha xeyirlisi nəsib olar”. Mən onu öz pulumla alıb suqabımı müsəlmanların qabları ilə bərabər tutdum, yəni o quyunu müsəlmanlara vəqf etdim. Amma bu gün siz mənim o quyudan su içməyimə mane olursunuz və dəniz suyu içmyə məcbur edirsiniz. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Sonra Osman dedi: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, “çətinlik ordusunu” mən təchiz etmişdim?” Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, məscid camaata dar idi, buna görə də Allah Elçisi ﷺ buyurdu: “Kim filankəslərin ailəsinin ərazisini satın alarsa, Cənnətdə onun üçün bundan daha xeyirlisi nəsib olar”. Mən də həmin yeri öz pulumla alıb məscidə əlavə etmişdim. Siz isə indi o məsciddə mənim iki rükət namaz qılmağıma imkan vermirsiniz”. Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Sonra Osman dedi: “Allaha və İslama görə sizi şahid gətirirəm, bilirsinizmi ki, Allah Elçisi ﷺ Səbir dağına çıxmışdı, yanında Əbu Bəkr, Ömər və mən var idim. Bu vaxt dağ silkələnməyə başladı və Allah Elçisi ﷺ dağa ayağı ilə vurub buyurdu: “Sakit ol, ey Səbir! Sənin üstündə bir Peyğəmbər, bir Siddiq və iki şəhid var!” Oradakılar: “Allahım! (Ey Osman!) düz deyirsən”, - dedilər. Osman dedi: “Allah ən Böyükdür! (Allahu Əkbər!) Mənim lehimə şahidlik etdilər. Kəbənin Rəbbinə and olsun!””

Sumamə ibn Həzn əl-Quşeyri
SəhihNəsəi, 3608 (Vəqflər, 15)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارِ بْنِ رَاشِدٍ ، قَالَ : حَدَّثَنَا خَطَّابُ بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنِي أَبِي ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ : أَنَّ عُثْمَانَ ، أَشْرَفَ عَلَيْهِمْ حِينَ حَصَرُوهُ فَقَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً سَمِعَ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ يَوْمَ الْجَبَلِ حِينَ اهْتَزَّ فَرَكَلَهُ بِرِجْلِهِ وَقَالَ : اسْكُنْ فَإِنَّهُ لَيْسَ عَلَيْكَ إِلاَّ نَبِيٌّ أَوْ صِدِّيقٌ أَوْ شَهِيدَانِ وَأَنَا مَعَهُ ، فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً شَهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ بَيْعَةِ الرِّضْوَانِ يَقُولُ : هَذِهِ يَدُ اللهِ وَهَذِهِ يَدُ عُثْمَانَ فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ جَيْشِ الْعُسْرَةِ ، يَقُولُ : مَنْ يُنْفِقُ نَفَقَةً مُتَقَبَّلَةً ؟ فَجَهَّزْتُ نِصْفَ الْجَيْشِ مِنْ مَالِي ، فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ يَزِيدُ فِي هَذَا الْمَسْجِدِ بِبَيْتٍ فِي الْجَنَّةِ ؟ فَاشْتَرَيْتُهُ مِنْ مَالِي ، فَانْتَشَدَ لَهُ رِجَالٌ ، ثُمَّ قَالَ : أَنْشُدُ بِاللَّهِ رَجُلاً شَهِدَ رُومَةَ تُبَاعُ فَاشْتَرَيْتُهَا مِنْ مَالِي فَأَبَحْتُهَا لاِبْنِ السَّبِيلِ ، فَانْتَشَدَ لَهُ رِجَالٌ.

“Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, insanlar Osmanın evini mühasirəyə aldıqda Osman onların qarşısına çıxıb dedi: “Allah xatirinə deyin, Allah Elçisi ﷺ dağa çıxdıqda dağ silkələnməyə başladı və Allah Elçisi ﷺ dağa ayağı ilə vurub buyurdu: “Sakit ol! Sənin üstündə bir Peyğəmbər, bir Siddiq və iki şəhiddən başqa heç kim yoxdur!” Mən onun yanında idim”. Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, Ridvan beyətində Allah Elçisinin ﷺ: “Bu, Allahın əli, bu da Osmanın əlidir” dediyini eşitmədinizmi?!” Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, Allah Elçisi ﷺ çətinlik ordusu haqda buyurdu: “Kim qəbul edilən sədəqə vermək istəyir?” Mən də ordunun yarısını öz malımla təchiz etmişdim”. Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, Allah Elçisi ﷺ: “Kim Cənnətdə bir evinin olmasını müqabilində məscidin ərazisini genişləndirər?” buyurduqda o ərazini öz pulumla alıb genişləndirməmişdimmi?” Bir çoxları bunu təsdiq etdi. Sonra Osman dedi: “Allah xatirinə deyin, satılan Rumə quyusunu öz malımla alıb Allah yolunda müsəlmanlara vəqf etdiyimi bilən yoxdurmu?!” Bir çoxları bunu təsdiq etdi.”

Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihNəsəi, 3609 (Vəqflər, 16)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي أَبُو عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السَّلَمِيِّ ، قَالَ : لَمَّا حُصِرَ عُثْمَانُ ، فِي دَارِهِ ، اجْتَمَعَ النَّاسُ حَوْلَ دَارِهِ ، قَالَ : فَأَشْرَفَ عَلَيْهِمْ ، وَسَاقَ الْحَدِيثَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Abdur-Rahmən əs-Suləmi
ZəifNəsəi, 3610 (Vəqflər, 17)