حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ , زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّ بَرِيرَةَ أَتَتْهَا وَهِيَ مُكَاتَبَةٌ قَدْ كَاتَبَهَا أَهْلُهَا عَلَى تِسْعِ أَوَاقٍ , فَقَالَتْ لَهَا : إِنْ شَاءَ أَهْلُكِ عَدَدْتُ لَهُمْ عَدَّةً وَاحِدَةً ، وَكَانَ الْوَلاَءُ لِي ، قَالَ : فَأَتَتْ أَهْلَهَا , فَذَكَرَتْ ذَلِكَ لَهُمْ فَأَبَوْا ، إِلاَّ أَنْ تَشْتَرِطَ الْوَلاَءَ لَهُمْ ، فَذَكَرَتْ عَائِشَةُ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : افْعَلِي , قَالَ : فَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَخَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ , ثُمَّ قَالَ : مَا بَالُ رِجَالٍ يَشْتَرِطُونَ شُرُوطًا لَيْسَتْ فِي كِتَابِ اللهِ , كُلُّ شَرْطٍ لَيْسَ فِي كِتَابِ اللهِ فَهُوَ بَاطِلٌ ، وَإِنْ كَانَ مِئَةَ شَرْطٍ , كِتَابُ اللهِ أَحَقُّ , وَشَرْطُ اللهِ أَوْثَقُ , وَالْوَلاَءُ لِمَنْ أَعْتَقَ.
“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, azad olmaq üçün doqquz əvaq ilə ağası ilə müqavilə bağlayan Bərira onun yanına gəldi (və bu miqdarın ödənilməsi üçün kömək istədi). Aişə dedi: “Əgər ağan razı olarsa, vəlilik haqqı mənim olmaqla bu məbləği ödəyib səni onlardan alaram və sonra da azad edə bilərəm”. Bərira ağasının yanına gedərək bu təklifi onlara bildirdi, lakin ağası buna razı olmadı. Bunu yalnız vərəsəlik haqqının onlara aid olması şərti ilə qəbul etdilər. Sonra Aişə bunu Peyğəmbərə ﷺ bildirdi. Peyğəmbər ﷺ buyurdu: “Bunu et!” Sonra Peyğəmbər ﷺ qalxıb məscidə getdi və camaata bir xütbə dedi. O, Allaha həmd-səna etdikdən sonra buyurdu: “Bəzi adamlara nə olur ki, onlar Allah dərgahında sayılmayan bəzi şərtlər qoşurlar? Allahın Kitabında olmayan hər bir şərt yüz dəfə şərt qoyulsa da, batildir. Haqq olan Allahın Kitabıdır və qüvvətli olan Allahın şərtidir. Vəlilik haqqı isə köləni azad edənə aiddir”.”