Məxfilik
Son yenilənmə: 26 oktyabr 2026
Sunnah.az saytı (sunnah.az) və Sunnah.az mobil tətbiqi IF-Tech tərəfindən hazırlanır və idarə olunur. Bu siyasət hər ikisinə aiddir. Sualınız olsa, yazın: ftech-sunnah@googlegroups.com.
Hədisləri oxumaq, axtarmaq və paylaşmaq üçün hesab lazım deyil. Hesabsız saxladığınız seçilmişlər, qovluqlar, qeydlər, oxuma tarixçəsi, oxuma vaxtı və oxu sazlamaları yalnız cihazınızda (tətbiqin yaddaşında və ya brauzerin yaddaşında) qalır və bizə göndərilmir. Onları tətbiqin və ya brauzerin məlumatlarını silməklə silə bilərsiniz.
Bu məlumatlar yalnız xidməti göstərmək üçündür: hesabınıza girişi təmin etmək və seçilmişlərinizi, qeydlərinizi, tarixçənizi telefon və sayt arasında eyni saxlamaq. Statistika (oxuma vaxtı, oxunan hədislər) yalnız sizə göstərilir.
Reklam yoxdur. Məlumatlar satılmır, reklam və ya profil yaratmaq üçün istifadə olunmur, üçüncü tərəflərə ötürülmür. Sayt və tətbiqdə analitika və ya izləmə xidmətləri istifadə olunmur.
Qanunun tələb etdiyi hallar istisna olmaqla, başqa heç kimlə paylaşılmır.
Sayt və tətbiq serverlə yalnız şifrələnmiş əlaqə (HTTPS) üzərindən danışır. Şifrələr və sessiya token-ləri serverdə geri çevrilməyən heş şəklində saxlanılır; mobil tətbiq sessiyanı telefonun qorunan yaddaşında saxlayır. Giriş cəhdləri sayca məhdudlaşdırılır.
Hesab səhifəsində bütün məlumatlarınızı fayl kimi yükləyə, adınızı və şifrənizi dəyişə bilərsiniz.
Hesabı və ona aid bütün məlumatları silmək üçün: tətbiqdə Profilim → Hesab → Hesabı sil, saytda sunnah.az/az/hesab/sil. Silmə tələbindən sonra hesab 30 gün saxlanılır (bu müddətdə yenidən daxil olsanız, silinmə ləğv olunur), sonra birdəfəlik silinir.
Hədisləri oxumaq üçün yaş həddi yoxdur və hesab tələb olunmur. Hesab xidməti 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və bilərəkdən onlardan məlumat toplamırıq.
Bu siyasət dəyişsə, yeni mətn bu səhifədə yuxarıdakı tarixlə dərc olunur. Toplanan məlumatlar əhəmiyyətli dərəcədə dəyişərsə, bunu tətbiqdə və ya saytda ayrıca bildirəcəyik.
Məxfiliklə bağlı hər sual üçün: ftech-sunnah@googlegroups.com.