İman kitabı

Peyğəmbərin ﷺ “Aranızda Allah barədə ən çox elmi olan mənəm” kəlamı

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا عَبْدَةُ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَمَرَهُمْ أَمَرَهُمْ مِنَ الأَعْمَالِ بِمَا يُطِيقُونَ قَالُوا إِنَّا لَسْنَا كَهَيْئَتِكَ يَا رَسُولَ اللَّهِ ، إِنَّ اللَّهَ قَدْ غَفَرَ لَكَ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ . فَيَغْضَبُ حَتَّى يُعْرَفَ الْغَضَبُ فِى وَجْهِهِ ثُمَّ يَقُولُ « إِنَّ أَتْقَاكُمْ وَأَعْلَمَكُمْ بِاللَّهِ أَنَا » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ səhabələrinə əmr etdikdə onlara gücləri yetdiyi bir şeyi əmr edərdi. Bəzən onlar deyərdilər: “Ey Allahın Elçisi! Axı biz sənin kimi deyilik. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır”. O isə buna üzündə qəzəbin əlaməti görünənə qədər qəzəblənər, sonra isə deyərdi: “Şübhəsiz ki, aranızda (Allahdan) ən çox qorxan və Allah barədə ən çox elmi olan mənəm!””

Aişə
Səhih

İstinad

Buxari, 20 (İman, 13)

Səhih əl-Buxari — İman kitabı