وَهُوَ قَوْلٌ وَفِعْلٌ ، وَيَزِيدُ وَيَنْقُصُ . قَالَ اللَّهُ تَعَالَى { لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ } . { وَزِدْنَاهُمْ هُدًى } { وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى } { وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ } { وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا } وَقَوْلُهُ { أَيُّكُمْ زَادَتْهُ هَذِهِ إِيمَانًا فَأَمَّا الَّذِينَ آمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا } . وَقَوْلُهُ جَلَّ ذِكْرُهُ { فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا } . وَقَوْلُهُ تَعَالَى { وَمَا زَادَهُمْ إِلاَّ إِيمَانًا وَتَسْلِيمًا } . وَالْحُبُّ فِى اللَّهِ وَالْبُغْضُ فِى اللَّهِ مِنَ الإِيمَانِ . وَكَتَبَ عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ إِلَى عَدِىِّ بْنِ عَدِىٍّ إِنَّ لِلإِيمَانِ فَرَائِضَ وَشَرَائِعَ وَحُدُودًا وَسُنَنًا ، فَمَنِ اسْتَكْمَلَهَا اسْتَكْمَلَ الإِيمَانَ ، وَمَنْ لَمْ يَسْتَكْمِلْهَا لَمْ يَسْتَكْمِلِ الإِيمَانَ ، فَإِنْ أَعِشْ فَسَأُبَيِّنُهَا لَكُمْ حَتَّى تَعْمَلُوا بِهَا ، وَإِنْ أَمُتْ فَمَا أَنَا عَلَى صُحْبَتِكُمْ بِحَرِيصٍ . وَقَالَ إِبْرَاهِيمُ { وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِى } . َقَالَ مُعَاذٌ اجْلِسْ بِنَا نُؤْمِنْ سَاعَةً . وَقَالَ ابْنُ مَسْعُودٍ الْيَقِينُ الإِيمَانُ كُلُّهُ . وَقَالَ ابْنُ عُمَرَ لاَ يَبْلُغُ الْعَبْدُ حَقِيقَةَ التَّقْوَى حَتَّى يَدَعَ مَا حَاكَ فِى الصَّدْرِ . وَقَالَ مُجَاهِدٌ { شَرَعَ لَكُمْ } أَوْصَيْنَاكَ يَا مُحَمَّدُ وَإِيَّاهُ دِينًا وَاحِدًا . وَقَالَ ابْنُ عَبَّاسٍ { شِرْعَةً وَمِنْهَاجًا } سَبِيلاً وَسُنَّةً .
İman söz və əməldir, artır və azalır. Uca Allah buyurur: “...imanı üstünə iman artırmaq üçün...” (əl-Fəth, 4); “...Biz də onların hidayətini artırdıq” (əl-Kəhf, 13); “...Allah doğru yolda olanların doğruluğunu artırar” (Məryəm, 76); “Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 17); “...iman gətirənlərin imanı artsın” (əl-Muddəssir, 31); “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır” (ət-Tövbə, 124); “...onlardan qorxun!”– deyildikdə, bu söz onların imanını daha da artırdı...” (Ali-İmran, 173); “Bu onların yalnız imanını və itaətini artırdı” (əl-Əhzab, 22). Allah üçün sevmək və Allah üçün qəzəblənmək imandandır. Ömər ibn Abdul-Əziz ﵀ Adiy ibn Adiyə məktub yazaraq belə buyurmuşdur: “Şübhəsiz, imanın fərzləri, şərtləri, hədləri və sünnələri var. Kim bunları tam yerinə yetirərsə, imanı tamamlamış olar. Kim də bunları tam yerinə yetirməzsə, imanı kamil olmamışdır. Əgər mən yaşasam, bunları bilməyiniz üçün mən onları sizə bəyan edəcəyəm ki, əməl edəsiniz, lakin ölsəm, mən sizinlə yoldaşlıq etməyə həris deyiləm. “İbrahim demişdir: “Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– demişdi. Rəbbi ona: “Məgər sən inanmırsan?”– deyə buyurdu. İbrahim dedi: “Əlbəttə, inanıram! Lakin istəyirəm ki, qəlbim rahat olsun.” Allah buyurdu: “Quşlardan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!” (əl-Bəqərə, 260). Muaz ﵁ bir adama demişdir: “Bizimlə otur, bir saat imanı artıraq”. İbn Məsud ﵁ demişdir: “Yəqinlik imanın hamısıdır”. İbn Ömər ﵄ demişdir: “Bəndə sinəsində olan şübhələri tam tərk etməyənə qədər təqvanın həqiqətinə çata bilməz”. Mücahid “Allah Nuha tövsiyə etdiyini... sizin üçün də dində qanun etdi...” (əş-Şura, 13) ayəsi haqda demişdir: “Ey Muhəmməd, sənə də Nuha da vahid din tövsiyə etdik”. İbn Abbas “...hər biriniz üçün bir şəriət və bir yol təyin etdik” (əl-Maidə, 48) bu ayə haqda demişdir: “Yəni yol və sünnə təyin etdik”.