Dininə görə şübhəli şeylərdən çəkinənin fəziləti
حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا زَكَرِيَّاءُ عَنْ عَامِرٍ قَالَ سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « الْحَلاَلُ بَيِّنٌ وَالْحَرَامُ بَيِّنٌ ، وَبَيْنَهُمَا مُشَبَّهَاتٌ لاَ يَعْلَمُهَا كَثِيرٌ مِنَ النَّاسِ ، فَمَنِ اتَّقَى الْمُشَبَّهَاتِ اسْتَبْرَأَ لِدِيِنِهِ وَعِرْضِهِ ، وَمَنْ وَقَعَ فِى الشُّبُهَاتِ كَرَاعٍ يَرْعَى حَوْلَ الْحِمَى ، يُوشِكُ أَنْ يُوَاقِعَهُ . أَلاَ وَإِنَّ لِكُلِّ مَلِكٍ حِمًى ، أَلاَ إِنَّ حِمَى اللَّهِ فِى أَرْضِهِ مَحَارِمُهُ ، أَلاَ وَإِنَّ فِى الْجَسَدِ مُضْغَةً إِذَا صَلَحَتْ صَلَحَ الْجَسَدُ كُلُّهُ ، وَإِذَا فَسَدَتْ فَسَدَ الْجَسَدُ كُلُّهُ . أَلاَ وَهِىَ الْقَلْبُ » .
“Rəvayət edilir ki, Numən ibn Bəşir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Halal da bəllidir, haram da. Bunların arasında (halal, yaxud haram olduğu bəlli olmayan bəzi) şübhəli şeylər var ki, bir çox insan bunu bilmir. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli şeylərə dalarsa, (mal-qarasını) qoruğun kənarında otaran çoban kimi, çox keçməz, qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu var. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir. Diqqət edin! Bədəndə bir ət parçası var. Əgər o salamat olarsa, bütün bədən salamat olar, yox, əgər korlanarsa, bütün bədən korlanar. Bilin ki, o, qəlbdir”.”
İstinad
Buxari, 52 (İman, 45)
Səhih əl-Buxari — İman kitabı