İman kitabı

Qənimətin beşdə birini vermək imandandır

حَدَّثَنَا عَلِىُّ بْنُ الْجَعْدِ قَالَ أَخْبَرَنَا شُعْبَةُ عَنْ أَبِى جَمْرَةَ قَالَ كُنْتُ أَقْعُدُ مَعَ ابْنِ عَبَّاسٍ ، يُجْلِسُنِى عَلَى سَرِيرِهِ فَقَالَ أَقِمْ عِنْدِى حَتَّى أَجْعَلَ لَكَ سَهْمًا مِنْ مَالِى ، فَأَقَمْتُ مَعَهُ شَهْرَيْنِ ، ثُمَّ قَالَ إِنَّ وَفْدَ عَبْدِ الْقَيْسِ لَمَّا أَتَوُا النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنِ الْقَوْمُ أَوْ مَنِ الْوَفْدُ » . قَالُوا رَبِيعَةُ . قَالَ « مَرْحَبًا بِالْقَوْمِ - أَوْ بِالْوَفْدِ - غَيْرَ خَزَايَا وَلاَ نَدَامَى » . فَقَالُوا يَا رَسُولَ اللَّهِ ، إِنَّا لاَ نَسْتَطِيعُ أَنْ نَأْتِيَكَ إِلاَّ فِى شَهْرِ الْحَرَامِ ، وَبَيْنَنَا وَبَيْنَكَ هَذَا الْحَىُّ مِنْ كُفَّارِ مُضَرَ ، فَمُرْنَا بِأَمْرٍ فَصْلٍ ، نُخْبِرْ بِهِ مَنْ وَرَاءَنَا ، وَنَدْخُلْ بِهِ الْجَنَّةَ . وَسَأَلُوهُ عَنِ الأَشْرِبَةِ . فَأَمَرَهُمْ بِأَرْبَعٍ ، وَنَهَاهُمْ عَنْ أَرْبَعٍ ، أَمَرَهُمْ بِالإِيمَانِ بِاللَّهِ وَحْدَهُ . قَالَ « أَتَدْرُونَ مَا الإِيمَانُ بِاللَّهِ وَحْدَهُ » . قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ « شَهَادَةُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، وَإِقَامُ الصَّلاَةِ ، وَإِيتَاءُ الزَّكَاةِ ، وَصِيَامُ رَمَضَانَ ، وَأَنْ تُعْطُوا مِنَ الْمَغْنَمِ الْخُمُسَ » . وَنَهَاهُمْ عَنْ أَرْبَعٍ عَنِ الْحَنْتَمِ وَالدُّبَّاءِ وَالنَّقِيرِ وَالْمُزَفَّتِ . وَرُبَّمَا قَالَ الْمُقَيَّرِ . وَقَالَ « احْفَظُوهُنَّ وَأَخْبِرُوا بِهِنَّ مَنْ وَرَاءَكُمْ » .

“Rəvayət edilir ki, Əbu Cəmra ﵀ demişdir: “Mən İbn Abbasın qaldığı yerdə idim və məni öz çarpayısının üstündə əyləşdirib dedi: “Mənim yanımda qal, sənə öz var-dövlətimdən bir hissə ayırım”. Mən də onlarda iki ay qaldım. Sonra İbn Abbas dedi: “Abdul-Qeys tayfasının nümayəndələri Peyğəmbərin ﷺ yanına gəldikdə o soruşdu: “Siz kimlərdənsiniz?” Onlar dedilər: “Biz Rabia qəbiləsindənik”. Peyğəmbər ﷺ buyurdu: “Xoş gəlmişsiniz! Allah sizi utandırmasın, peşman eləməsin!” Onlar dedilər: “Ey Allahın Elçisi! Biz sənin yanına ancaq haram olan ayda gələ bilirik. Səninlə bizim aramızda Mudar qəbiləsinin kafirləri var. Ona görə bizə (haqqı batildən ayırd edən) bəlli bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək, onun sayəsində Cənnətə girək”. Onlar Peyğəmbərdən ﷺ içkilər barədə də soruşdular. Peyğəmbər ﷺ onlara dörd şeyi əmr etdi, dörd şeyi qadağan etdi. Onlara tək Allaha iman gətirməyi əmr etdikdən sonra soruşdu: “Bilirsinizmi, tək Allaha iman gətirmək nə deməkdir?” Onlar: “Allah və Onun elçisi daha yaxşı bilir!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “(Bu) – şəriki olmayan tək Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və qənimətlərdən beşdə birini (xums) verməyinizdir”. Peyğəmbər ﷺ onlara dörd şeyi – hantəmi, dubbanı, nəqiri və muzəffəti (yaxud muqayyəri) qadağan etdi. Sonra dedi: “Mənim dediklərimi yadda saxlayın və bunları özünüzdən sonra gələnlərə xəbər verin”.”

Əbu Cəmra
Səhih

İstinad

Buxari, 53 (İman, 46)

Səhih əl-Buxari — İman kitabı