Zəkat İslamdandır
حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكُ بْنُ أَنَسٍ عَنْ عَمِّهِ أَبِى سُهَيْلِ بْنِ مَالِكٍ عَنْ أَبِيهِ أَنَّهُ سَمِعَ طَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ يَقُولُ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ أَهْلِ نَجْدٍ ، ثَائِرُ الرَّأْسِ ، يُسْمَعُ دَوِىُّ صَوْتِهِ ، وَلاَ يُفْقَهُ مَا يَقُولُ حَتَّى دَنَا ، فَإِذَا هُوَ يَسْأَلُ عَنِ الإِسْلاَمِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « خَمْسُ صَلَوَاتٍ فِى الْيَوْمِ وَاللَّيْلَةِ » . فَقَالَ هَلْ عَلَىَّ غَيْرُهَا قَالَ « لاَ ، إِلاَّ أَنْ تَطَوَّعَ » . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « وَصِيَامُ رَمَضَانَ » . قَالَ هَلْ عَلَىَّ غَيْرُهُ قَالَ « لاَ ، إِلاَّ أَنْ تَطَوَّعَ » . قَالَ وَذَكَرَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الزَّكَاةَ . قَالَ هَلْ عَلَىَّ غَيْرُهَا قَالَ « لاَ ، إِلاَّ أَنْ تَطَوَّعَ » . قَالَ فَأَدْبَرَ الرَّجُلُ وَهُوَ يَقُولُ وَاللَّهِ لاَ أَزِيدُ عَلَى هَذَا وَلاَ أَنْقُصُ . قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَفْلَحَ إِنْ صَدَقَ » .
“Rəvayət edilir ki, Təlhə ibn Ubeydullah ﵁ demişdir: “Nəcd əhlindən olan, saçları dağınıq halda olan bir kişi Allah Elçisinin ﷺ yanına gəldi. Biz uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini ayırd edə bilmirdik. O, yaxına gəldi və aydın oldu ki, İslam barəsində soruşur. Allah Elçisi ﷺ buyurdu: “Bir gün və bir gecə ərzində beş vaxtda namaz (qılmaq lazımdır)”. Kişi soruşdu: “Mənə bundan başqası vacib buyrulub?” Allah Elçisi ﷺ dedi: “Xeyr! Yalnız könüllü olaraq qıldığından başqa”. Sonra Allah Elçisi ﷺ buyurdu: “Ramazan orucunu da (tutmaq lazımdır)”. Kişi soruşdu: “Mənə bundan başqası vacib buyrulub?” Allah Elçisi ﷺ dedi: “Xeyr! Yalnız könüllü olaraq tutduğundan başqa”. Allah Elçisi ﷺ ona zəkatın vacib olması da bildirdi. Kişi soruşdu: “Mənə bundan başqası vacib buyrulub?” Allah Elçisi ﷺ dedi: “Xeyr! Yalnız könüllü olaraq verdiyindən başqa”. Kişi: “Vallahi, mən buna heç nə artırmayacağam və bundan heç nə əskiltməyəcəyəm”– dedi və dönüb getdi. Allah Elçisi ﷺ buyurdu: “Əgər doğru deyirsə, nicat tapacaq”.”
İstinad
Buxari, 46 (İman, 39)
Səhih əl-Buxari — İman kitabı