İmanın artması və azalması
حَدَّثَنَا الْحَسَنُ بْنُ الصَّبَّاحِ سَمِعَ جَعْفَرَ بْنَ عَوْنٍ حَدَّثَنَا أَبُو الْعُمَيْسِ أَخْبَرَنَا قَيْسُ بْنُ مُسْلِمٍ عَنْ طَارِقِ بْنِ شِهَابٍ عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ أَنَّ رَجُلاً مِنَ الْيَهُودِ قَالَ لَهُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ ، آيَةٌ فِى كِتَابِكُمْ تَقْرَءُونَهَا لَوْ عَلَيْنَا مَعْشَرَ الْيَهُودِ نَزَلَتْ لاَتَّخَذْنَا ذَلِكَ الْيَوْمَ عِيدًا . قَالَ أَىُّ آيَةٍ قَالَ { الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا } . قَالَ عُمَرُ قَدْ عَرَفْنَا ذَلِكَ الْيَوْمَ وَالْمَكَانَ الَّذِى نَزَلَتْ فِيهِ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ قَائِمٌ بِعَرَفَةَ يَوْمَ جُمُعَةٍ .
“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, bir yəhudi ona belə dedi: “Ey möminlərin əmiri! Sizin Kitabınızda oxuduğunuz elə bir ayə var ki, o, biz yəhudilərə nazil olsaydı, həmin günü bayram edərdik”. Ömər dedi: “O hansı ayədir?” Yəhudi dedi: “Bu ayə “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3) ayəsidir”. Ömər dedi: “Biz bu ayənin nazil olduğu günü də, yeri də bilirik. Bu ayə Peyğəmbərə ﷺ Cümə günü, Arafatda dayandığı vaxt nazil olmuşdur”.”
İstinad
Buxari, 45 (İman, 38)
Səhih əl-Buxari — İman kitabı