İman kitabı

Uca Allahın: “Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın” (ət-Tövbə, 5) kəlamı

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ الْمُسْنَدِىُّ قَالَ حَدَّثَنَا أَبُو رَوْحٍ الْحَرَمِىُّ بْنُ عُمَارَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ وَاقِدِ بْنِ مُحَمَّدٍ قَالَ سَمِعْتُ أَبِى يُحَدِّثُ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ، وَيُقِيمُوا الصَّلاَةَ ، وَيُؤْتُوا الزَّكَاةَ ، فَإِذَا فَعَلُوا ذَلِكَ عَصَمُوا مِنِّى دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ إِلاَّ بِحَقِّ الإِسْلاَمِ ، وَحِسَابُهُمْ عَلَى اللَّهِ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “İnsanlar Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət edənə qədər, namaz qılıb zəkat verənə qədər (onlarla) vuruşmaq mənə əmr olundu. Əgər (zahirdə) bunu yerinə yetirsələr, İslamın haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Onların (gizli etdikləri əməllərinin) haqq-hesabı isə Allaha aiddir”.”

İbn Ömər
Səhih

İstinad

Buxari, 25 (İman, 18)

Səhih əl-Buxari — İman kitabı