Əməllərin ancaq niyyətə görə mötəbər sayılacağı və hər kəsin əlinə ancaq niyyət etdiyi şeyin keçəcəyi barədə gələn hədis
حَدَّثَنَا حَجَّاجُ بْنُ مِنْهَالٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى عَدِىُّ بْنُ ثَابِتٍ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ يَزِيدَ عَنْ أَبِى مَسْعُودٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَحْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ » .
“Əbu Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Bir adam savabını Allahdan umaraq varından ailəsinə xərcləsə, bu onun üçün sədəqə olar”.”
Əbu Məsud
Səhihİstinad
Buxari, 55 (İman, 48)
Səhih əl-Buxari — İman kitabı