İman kitabı

Kişinin İslamının gözəlliyi

قَالَ مَالِكٌ أَخْبَرَنِى زَيْدُ بْنُ أَسْلَمَ أَنَّ عَطَاءَ بْنَ يَسَارٍ أَخْبَرَهُ أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا أَسْلَمَ الْعَبْدُ فَحَسُنَ إِسْلاَمُهُ يُكَفِّرُ اللَّهُ عَنْهُ كُلَّ سَيِّئَةٍ كَانَ زَلَفَهَا ، وَكَانَ بَعْدَ ذَلِكَ الْقِصَاصُ ، الْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ ، وَالسَّيِّئَةُ بِمِثْلِهَا إِلاَّ أَنْ يَتَجَاوَزَ اللَّهُ عَنْهَا » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir bəndə müsəlman olub İslamı gözəl şəkildə yaşayarsa, Allah onun keçmişdə işlədiyi hər bir günahını bağışlayar. Bundan sonra isə (o bəndə edəcəyi əməllərin) əvəzini alar: hər yaxşılığa onun on qatından yeddi yüz qatınadək (əvəz verilər); hər pisliyə isə yalnız öz misli qədər (cəza verilər). Ancaq Allahın bunu bağışlaması istisnadır”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Buxari, 41 (İman, 34)

Səhih əl-Buxari — İman kitabı