İman kitabı

Möminin özünün də hiss etmədən əməlinin puç olmasından qorxması

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ حُمَيْدٍ عَنْ أَنَسٍ قَالَ أَخْبَرَنِى عُبَادَةُ بْنُ الصَّامِتِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ يُخْبِرُ بِلَيْلَةِ الْقَدْرِ ، فَتَلاَحَى رَجُلاَنِ مِنَ الْمُسْلِمِينَ فَقَالَ « إِنِّى خَرَجْتُ لأُخْبِرَكُمْ بِلَيْلَةِ الْقَدْرِ ، وَإِنَّهُ تَلاَحَى فُلاَنٌ وَفُلاَنٌ فَرُفِعَتْ وَعَسَى أَنْ يَكُونَ خَيْرًا لَكُمُ الْتَمِسُوهَا فِى السَّبْعِ وَالتِّسْعِ وَالْخَمْسِ » .

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Qədr gecəsini xəbər vermək üçün evindən məscidə çıxdı. Bu vaxt müsəlmanlardan iki nəfər mübahisə edirdilər. Allah Elçisi ﷺ dedi: “Mən sizə Qədr gecəsinin (hansı günə düşdüyünü) xəbər vermək üçün çıxdım. Filankəslə filankəs mübahisə etdiklərinə görə (bu elm məndən) qaldırıldı. Bəlkə də, bu sizin üçün daha xeyirlidir. Elə isə onu (iyirmi) yeddinci, (iyirmi) doqquzuncu və (iyirmi) beşinci günlərdə axtarın”.”

Ubadə ibn əs-Samit
Səhih

İstinad

Buxari, 49 (İman, 42)

Səhih əl-Buxari — İman kitabı