İman kitabı

İslamı qəbul edən həqiqətən deyil, zahirdə və ya öldürülməkdən qorxduğuna görə İslamı qəbul edərsə (belə İslam qəbul deyil)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عَامِرُ بْنُ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ عَنْ سَعْدٍ رضى الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَعْطَى رَهْطًا وَسَعْدٌ جَالِسٌ ، فَتَرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً هُوَ أَعْجَبُهُمْ إِلَىَّ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ مَا لَكَ عَنْ فُلاَنٍ فَوَاللَّهِ إِنِّى لأَرَاهُ مُؤْمِنًا . فَقَالَ « أَوْ مُسْلِمًا » . فَسَكَتُّ قَلِيلاً ، ثُمَّ غَلَبَنِى مَا أَعْلَمُ مِنْهُ فَعُدْتُ لِمَقَالَتِى فَقُلْتُ مَا لَكَ عَنْ فُلاَنٍ فَوَاللَّهِ إِنِّى لأَرَاهُ مُؤْمِنًا فَقَالَ « أَوْ مُسْلِمًا » . ثُمَّ غَلَبَنِى مَا أَعْلَمُ مِنْهُ فَعُدْتُ لِمَقَالَتِى وَعَادَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ « يَا سَعْدُ ، إِنِّى لأُعْطِى الرَّجُلَ وَغَيْرُهُ أَحَبُّ إِلَىَّ مِنْهُ ، خَشْيَةَ أَنْ يَكُبَّهُ اللَّهُ فِى النَّارِ » . وَرَوَاهُ يُونُسُ وَصَالِحٌ وَمَعْمَرٌ وَابْنُ أَخِى الزُّهْرِىِّ عَنِ الزُّهْرِىِّ .

“Səd ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ bir dəstə adama hədiyyə verərkən mən də onların yanında oturmuşdum. Allah Elçisi ﷺ onlardan xoşladığım bir adama heç nə vermədi. Mən dedim: “Ey Allahın Elçisi! Nəyə görə filankəsi kənarda qoydun? Allaha and olsun ki, mən onu mömin hesab edirəm”. Allah Elçisi ﷺ: “Bəlkə müsəlmandır?!”, – dedi. Mən bir az susdum, lakin onun haqqında bildiklərim mənə üstün gəldi və yenə sözümü təkrarlayıb: “Nəyə görə filankəsi kənarda qoydun? Allaha and olsun ki, mən onu mömin hesab edirəm”, – dedim. Allah Elçisi ﷺ: “Bəlkə müsəlmandır?!”, – dedi. Mən bir müddət susdum, lakin onun haqqında bildiklərim yenə mənə üstün gəldi və bir daha sözümü təkrarladım. Allah Elçisi ﷺ də dediyini yenidən söylədikdən sonra mənə buyurdu: “Ey Səd! Bəzən bir adama Allah onu Oda atmasın deyə hədiyyə verirəm, baxmayaraq ki, başqasını ondan da çox istəyirəm”.”

Səd
Səhih

İstinad

Buxari, 27 (İman, 20)

Səhih əl-Buxari — İman kitabı