İman kitabı

Münafiqin əlamətləri

حَدَّثَنَا قَبِيصَةُ بْنُ عُقْبَةَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُرَّةَ عَنْ مَسْرُوقٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا ، وَمَنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنَ النِّفَاقِ حَتَّى يَدَعَهَا إِذَا اؤْتُمِنَ خَانَ وَإِذَا حَدَّثَ كَذَبَ وَإِذَا عَاهَدَ غَدَرَ ، وَإِذَا خَاصَمَ فَجَرَ » .

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kimdə dörd (xislət) olsa, əsl münafiq sayılar və kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər onda münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman əmanətə xəyanət edər; danışdığı zaman yalan danışar; əhd bağladığı zaman əhdini pozar; mübahisə etdiyi zaman haqsızlıq edər”.”

Abdullah ibn Amr
Səhih

İstinad

Buxari, 34 (İman, 27)

Səhih əl-Buxari — İman kitabı