İman əhlinin əməllər sayəsində bir-birindən üstün olması
حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ عَمْرِو بْنِ يَحْيَى الْمَازِنِىِّ عَنْ أَبِيهِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ رضى الله عنه - عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَدْخُلُ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ ، وَأَهْلُ النَّارِ النَّارَ ، ثُمَّ يَقُولُ اللَّهُ تَعَالَى أَخْرِجُوا مَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ . فَيُخْرَجُونَ مِنْهَا قَدِ اسْوَدُّوا فَيُلْقَوْنَ فِى نَهَرِ الْحَيَا - أَوِ الْحَيَاةِ ، شَكَّ مَالِكٌ - فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى جَانِبِ السَّيْلِ ، أَلَمْ تَرَ أَنَّهَا تَخْرُجُ صَفْرَاءَ مُلْتَوِيَةً » . قَالَ وُهَيْبٌ حَدَّثَنَا عَمْرٌو « الْحَيَاةِ » . وَقَالَ « خَرْدَلٍ مِنْ خَيْرٍ » .
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnət əhli Cənnətə, Cəhənnəm əhli də Cəhənnəmə daxil olduqdan sonra Uca Allah buyuracaq: “Qəlbində xardal dənəsi ağırlığında imanı olan hər kəsi (Cəhənnəmdən) çıxarın!” Beləliklə, onlar oradan qapqara qaralmış halda çıxarılıb yağışdan əmələ gələn “Həya” (və ya “Həyat”) çayına atılacaq və selin kənarında qalan toxumların cücərdiyi kimi cücərəcəklər. Məgər (torpaqdan) çıxan sapsarı əyilmiş cücərtiləri görmədinmi?” Amr belə dedi: ”Həyat”. Ravi belə dedi: “Xardal dənəsi qədər xeyir”.”
İstinad
Buxari, 22 (İman, 15)
Səhih əl-Buxari — İman kitabı