Peyğəmbərin ﷺ: “Din Allaha, Onun elçilərinə, müsəlmanların rəhbərlərinə və ümmətə nəsihətdir!”- kəlamı
حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ قَالَ سَمِعْتُ جَرِيرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ يَوْمَ مَاتَ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ قَامَ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ وَقَالَ عَلَيْكُمْ بِاتِّقَاءِ اللَّهِ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَالْوَقَارِ وَالسَّكِينَةِ حَتَّى يَأْتِيَكُمْ أَمِيرٌ ، فَإِنَّمَا يَأْتِيكُمُ الآنَ ، ثُمَّ قَالَ اسْتَعْفُوا لأَمِيرِكُمْ ، فَإِنَّهُ كَانَ يُحِبُّ الْعَفْوَ . ثُمَّ قَالَ أَمَّا بَعْدُ ، فَإِنِّى أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قُلْتُ أُبَايِعُكَ عَلَى الإِسْلاَمِ . فَشَرَطَ عَلَىَّ وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ . فَبَايَعْتُهُ عَلَى هَذَا ، وَرَبِّ هَذَا الْمَسْجِدِ إِنِّى لَنَاصِحٌ لَكُمْ . ثُمَّ اسْتَغْفَرَ وَنَزَلَ .
“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵄ demişdir: “(Bəsrə valisi olan) Muğira ibn Şubə ölən gün ayağa durdu, Allaha həmd-səna etdi və dedi: “Başınıza bir əmir təyin olunana qədər tək və şəriki olmayan Allaha qarşı təqvalı, təmkinli və sükunət halında olmanızı tövsiyə edirəm. Çünki əmiriniz bura gəlir”. Sonra dedi: “Vəfat edən əmiriniz üçün Allahdan bağışlanma diləyin, çünki o, bağışlamağı sevərdi. Bundan sonra... Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “İslamda sabit qalacağıma dair sənə beyət edirəm”. Peyğəmbər ﷺ: “Hər bir müsəlmana nəsihət etməlisən” – deyə qarşıma şərt qoydu. Mən buna da beyət etdim. Bu məscidin Rəbbinə and olsun ki, mən sizin nəsihətçiniz idim”. Sonra Allahdan bağışlanma diləyib minbərdən endi”.”
İstinad
Buxari, 58 (İman, 51)
Səhih əl-Buxari — İman kitabı