Elm kitabı

Danışaraq məşğul olana elmi sual verildikdə danışığını qurtardıqdan sonra sual verənə cavab verməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا فُلَيْحٌ ح وَحَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُلَيْحٍ قَالَ حَدَّثَنِى أَبِى قَالَ حَدَّثَنِى هِلاَلُ بْنُ عَلِىٍّ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ بَيْنَمَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَجْلِسٍ يُحَدِّثُ الْقَوْمَ جَاءَهُ أَعْرَابِىٌّ فَقَالَ مَتَى السَّاعَةُ فَمَضَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُحَدِّثُ ، فَقَالَ بَعْضُ الْقَوْمِ سَمِعَ مَا قَالَ ، فَكَرِهَ مَا قَالَ ، وَقَالَ بَعْضُهُمْ بَلْ لَمْ يَسْمَعْ ، حَتَّى إِذَا قَضَى حَدِيثَهُ قَالَ « أَيْنَ - أُرَاهُ - السَّائِلُ عَنِ السَّاعَةِ » . قَالَ هَا أَنَا يَا رَسُولَ اللَّهِ . قَالَ « فَإِذَا ضُيِّعَتِ الأَمَانَةُ فَانْتَظِرِ السَّاعَةَ » . قَالَ كَيْفَ إِضَاعَتُهَا قَالَ « إِذَا وُسِّدَ الأَمْرُ إِلَى غَيْرِ أَهْلِهِ فَانْتَظِرِ السَّاعَةَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ camaatla söhbət edərkən bir bədəvi gəlib: “Qiyamət nə zaman olacaq?” deyə soruşdu. Allah Elçisi ﷺ isə söhbətinə davam etdi. Oradakılardan kimisi: “O, (bu bədəvinin) sözünü eşitdi, lakin bu onun xoşuna gəlmədi”– dedi, kimisi də: “Xeyr, o eşitmədi”– dedi. Peyğəmbər ﷺ söhbətini bitirdikdən sonra soruşdu: “Qiyamət barədə soruşan adam haradadır?” Bədəvi dedi: “Mən buradayam, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Əmanət itiriləcəyi zaman Qiyaməti gözlə”. Bədəvi soruşdu: “Əmanət necə itiriləcək?” Peyğəmbər ﷺ buyurdu: “Bir işi ona layiq olmayan adama tapşırdıqda Qiyaməti gözlə”.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 59 (Elm, 1)

Səhih əl-Buxari — Elm kitabı